top of page

 Q u r a n ı n  g ə l ə c ə y ə  a i d  x ə b ə r l ə r i    

 

 

 

                                                                                                                                                                                             BİZANSIN QƏLƏBƏSİ
 
 
         Quranın gələcəklə bağlı verdiyi xəbərlərdən biri “Rum” surəsinin əvvəlindəki ayələrdə qeyd edilib. Bu ayələrdə Bizans imperiyasının məğlub olacağı, lakin az müddətdən sonra yenidən qalib gələcəyi belə bildirilir:

 
    “Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Dünyanın ən aşağı yerində. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər.
                 Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allah`ındır. O gün möminlər sevinəcəklər”. (Rum surəsi, 1-4) 


        Bu ayələr xristian rumların bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra - eramızın 620-ci ilində göndərilmişdi. Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki, həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. Sasanilər bizanslıları 613-cü ildə Antakyada məğlub edərək qələbələrini Şam, Kilikiya, Tarsus və Qüdsü də işğal etməklə davam etdirmişlər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi, Müqəddəs Məzar Kilsəsinin xaraba qoyulması və xristianlığın simvolu olan «Həqiqi xaç»ın sasanilər tərəfindən ələ keçirilməsi bizanslılara ağır zərbə olmuşdu.

        Təkcə iranlılar yox, həm də avarlar, slavyanlar və lombardlar Bizans imperiyasına qarşı böyük təhlükə yaradırdılar. Avarlar İstanbul qapılarına qədər gəlib çıxmışdılar. Bizans kralı Herakl ordunun məsrəflərini təmin edə bilmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarını əridib pula çevirməyi əmr etmişdi. Hətta bunlar da kifayət etmədiyi üçün bürünc heykəllər də pul əldə etmək üçün əridilmişdi. Valilərin əksəriyyəti Herakla qarşı üsyan qaldırmış, imperiya parçalanmaq həddinə gəlib çatmışdı. Əvvəllər Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir bütpərəst iranlıların işğalı altına düşmüşdü.

         Qısası, hamı Bizansın yox olmasını gözləyirdi. Lakin bu dövrdə “Rum” surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər. 
 
        Ancaq Quranın bütün xəbərləri kimi bu da, şübhəsiz ki, baş verdi. 622-ci ildə Herakl Azərbaycan ərazilərini işğal edib sasaniləri məğlub edərək müxtəlif qələbələr qazandı. 627-ci ilin dekabr ayında Bizans və Sasani imperiyaları arasında Bağdad yaxınlığında, Dəclə çayının 50 km şərqində yerləşən Nineviya xarabalıqlarının yaxınlığında böyük müharibə oldu. Bu dəfə rumlular iranlıları məğlub etdilər. Bir neçə ay sonra iranlılar işğal etdikləri yerləri Bizansa qaytaran bir müqaviləyə qol çəkmək məcburiyyətində qaldılar. 

        Rumların qələbəsi 630-cu ildə imperator Heraklın Sasani hökmdarı II Xosrov üzərində zəfər qazanaraq Qüdsü qaytarması və xristianlığın rəmzi olan «Həqiqi xaç»ı Müqəddəs Məzar Kilsəsinə təslim etməsi ilə tamamlandı. Beləliklə, Allah`ın Quranda bildirdiyi “rumluların qalibiyyəti” möcüzəli şəkildə baş verdi. 

          Bu ayələrdə qeyd edilən başqa bir möcüzə isə coğrafiya ilə bağlı olan və həmin dövrdə heç kimin bilə bilməyəcəyi bir həqiqətin xəbər verilməsidir.

          “Rum” surəsinin 3-cü ayəsində rumluların dünyanın ən aşağı yerində
məğlub edildikləri bildirilir. Ərəb dilində “ədna əl-ard” olan bu ifadə bəzi
Quran tərcümələrində “ən yaxın bir yer” kimi də tərcümə edilir. Ancaq bu
tərcümələr əsl ifadənin tam əvəzi deyil, məcazi tərcüməsidir. “Ədna” kəlməsi
ərəb dilində “aşağı” demək olan “dəni” kəlməsindən törəmişdir və “ən aşağı”
mənasına gəlir. “Ard” isə “yer üzü, dünya” deməkdir. Dolayısilə, “ədna əl-ard”
ifadəsi “dünyanın ən aşağı yeri” mənasına gəlir. Bəzi təfsirçilər bəhs edilən
yerin ərəblərə yaxınlığını nəzərə alaraq kəlmənin “ən yaxın” mənasını qəbul edirlər.
Ancaq kəlmənin əsl mənası Quranın göndərildiyi dövrdə heç kimin bilmədiyi
və bilməsi də mümkün olmayan çox mühüm bir geologiya həqiqətinə işarə edir.
Çünki dünyanın ən aşağı yerini müəyyən etməyə çalışanda görəcəyik ki, bu nöqtə
məhz rumluların 613-614-cü illərdə məğlub olduğu yerlərdən biri olan Ölü dənizin

(Dead Sea, Lut gölü) sahilləridir.                                                                                                                                                                           Üstdə Lut gölünün peykdən çəkilmiş fotoşəkilləri

                                                                                                                                                                                                                                   görülməkdədir. Lut gölünün rakımı ancaq müasir

                                                                                                                                                                                                                                       çağlardakı ölçümlərlə aşkarlanıb. Bu təsbitlər                                                                                                                                                                                                                                             istiqamətində də "yer üzünün ən alçaq yeri" nin                                                                                                                                                                                                                                                    bu bölgə olduğu ortaya çıxmışdır.

 
 
           Bu məğlubiyyətin ən ağır zərbəsi, əvvəl də qeyd etdiyimiz kimi, Lut gölünün yaxınlığındakı Qüdsdəki məğlubiyyətlə yanaşı, xristianlığın rəmzi olan «Həqiqi xaç»ın itirilməsidir.

           Bizans imperiyası ilə iranlılar arasında müharibənin baş verdiyi yer Suriya, Fələstin və indiki İordaniya torpaqlarının kəsişdiyi bölgə olan Ölü dənizin sahilləridir. Bildirdiyimiz kimi, dəniz səviyyəsindən 417 metr aşağıda olan Ölü dənizin ətrafı dünyanın ən aşağı bölgəsidir.

          Burada ayrıca diqqət yetirilməli olan digər mühüm məsələ Ölü dənizin ölçülərinin və fiziki-coğrafi şəraitinin, yəni onun dərinliyinin, dəniz səviyyəsindən aşağı-yuxarı olmasının və s. yalnız müasir əsrdə texniki vasitələrin köməyi ilə dəqiqləşdirilməsidir. Əvvəllər heç kim Ölü dənizin dünyanın ən aşağı yeri olduğunu bilmirdi və bunu bilməsi də mümkün deyildi. Lakin bu bölgə Quranda dünyanın ən aşağı yeri olaraq bildirilmişdir. Bu məlumat Quranın Allah`ın sözü olduğunun başqa bir dəlilidir.
 
 
 

182. http://en.wikipedia.org/wiki/Heraclius
183. Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, ss. 287-299.
184. http://fstav.freeservers.com/emperors/heraclius.html
185. Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, ss. 287-299.
186. http://web.genie.it/utenti/i/inanna/livello2-i/mediterraneo-1-i.htm; 
http://impearls.blogspot.com/2003_12_07_impearls_archive.html; http://en.wikipedia.org/wiki/Heraclius
187. http://www.beconvinced.com/science/QURANLOWEST.htm; http://www.tasabeeh.com/english/html/print.php?sid=71
188. http://www.deadsea.co.il/ENA/Index.html.

 

 

                                                                                                                                                                                   MƏKKƏNİN FƏTH EDİLMƏSİ
 
 
             “And olsun ki, Allah-Taala öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Əgər Allah istəsə, siz əmin-amanlıqla,
                           saçlarınızı qırxdırmış, (bəziniz) qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız.
                  Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə, tezliklə bir qələbə də bəxş edəcəkdir”. (Fəth surəsi, 27)
 

        Peyğəmbərimiz Mədinədə gördüyü yuxusunda möminlərin əmin-amanlıqla Məscidül-hərama daxil olmalarını və Kəbəni təvaf etmələrini görmüş və möminləri bu xəbərlə müjdələmişdi. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o gündən bəri Məkkəyə gedə bilmirdilər.
 
 
 
 
 
 
 
 
 
 
 


       Allah Peyğəmbərimizə (s.ə.v.) qatından bir kömək və yardım olaraq “Fəth” surəsinin 27-ci ayəsini vəhy etmiş və onun röyasının həqiqət olduğunu, əgər Allah istəsə, möminlərin Məkkəyə daxil olacaqlarını bildirmişdir. Həqiqətən də bir müddət sonra, əvvəlcə Hudeybiyə müqaviləsi və ardınca gələn Məkkənin fəthi ilə müsəlmanlar eynilə ayədə bildirildiyi kimi, əmin-amanlıqla Məscidül-hərama daxil olmuşdular. Beləliklə, Allah Peyğəmbərimizin (s.ə.v.) əvvəlcədən xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.

        Ancaq burada diqqətimizi çəkən başqa mühüm bir məsələ də var. “Fəth” surəsinin 27-ci ayəsinə diqqət yetirsək, Məkkənin fəth edilməsindən əvvəl gerçəkləşəcək başqa bir fəthdən bəhs edildiyi məlum olacaq. Həmçinin ayədə xəbər verildiyi kimi, müsəlmanlar əvvəlcə yəhudilərin əlində olan Xeybər qalasını fəth etmiş, sonra da Məkkəyə daxil olmuşdular.201

Məkkənin fəthinin müjdələndiyi başqa ayələrdən bəziləri də bunlardır:


                      “Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur.
                                                                 Allah sizin nə  etdiklərinizi görəndir!” (Fəth surəsi, 24)
 
 

      “Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini
                   tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcək! Allah sənə yenilməz qələbə verəcəkdir!” (Fəth surəsi, 1-3) 
 


 “İsra” surəsinin 76-cı ayəsində isə inkarçıların da Məkkədə qalmayacaqları belə bildirilmişdir:
 

                   “Səni oradan (Məkkədən) çıxarmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar. Əgər onlar belə etsəydilər,
                                                       səndən sonra yalnız az bir müddət qala bilərdilər”. (İsra surəsi, 76)


             Peyğəmbərimiz (s.ə.v.) hicri tarixinin 8-ci ilində Məkkəyə daxil olaraq bu şəhəri fəth etmişdir. İki il sonra da Allah`ın Quranda bildirdiyi kimi, inkarçılar Məkkədən çıxmışdılar. Burada mühüm olan başqa bir məsələ də budur: Peyğəmbərimiz (s.ə.v.) möminlərə bu müjdələri verəndə mövcud vəziyyət heç də istənilən səviyyədə deyildi. Hətta həminki şərait deyilənlərin əksini göstərir, müşriklər möminləri Məkkəyə girməməyə qəti olaraq qoymayacaqlarında təkid edirdilər. Bu isə ürəyində xəstəlik olanların Peyğəmbərimizin (s.ə.v.) dediklərinə şübhə ilə yanaşmasına səbəb olmuşdur. Ancaq Peyğəmbərimiz (s.ə.v.) Allah`a etibar edərək və insanların sözlərinə əhəmiyyət verməyərək Allah`ın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Onun dediklərinin çox tez bir zamanda həyata keçməsi də Quranın mühüm bir möcüzəsidir.
 
 
190. İmam Taberi, Taberi Tefsiri, c. 5, Ümit Yayıncılık, :İstanbul, s. 2276.
                                                                                                                                                                                                     KOSMOSUN KƏŞFİ
 
 
           İnsanların kosmosu tədqiq və kəşf etməsi 1957-ci il oktyabr ayının 4-də SSRİ-nin “Sputnik” peykinin kosmosa göndərilməsi ilə başlandı. NASA «Sputnik»in kosmosa göndərilməsini kosmos əsrinin başlanğıcı kimi qəbul edir. Yerin orbitindən çıxan ilk insan «Vostok-1» adlı raketlə 1961-ci ildə kosmosa gedən sovet kosmonavtı Yuri Qaqarin oldu. İnsanların Aya ayaq açması isə amerikalıların 1969-cu il iyul ayının 20-də “Apollo-11” orbital gəmisini kosmosa göndərməsi ilə baş verdi.

         Həmçinin Quranda 1400 il əvvəl insanların belə bir sahədə nail olacağı inkişafa və kosmosa çıxmağın mümkün ola biləcəyinə işarə edilir. Allah bu məsələyə Quranda bu ayə ilə diqqət çəkir:


        «Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!»
                                                                                              (Rəhman surəsi, 33)


         Ayədə “qüvvət” olaraq tərcümə edilən söz, yəni ərəb dilindəki “sultan” kəlməsi “hüccət, bürhan, güc, qüvvət, hökm, qanun, yol, avtoritet, icazə, dəlil” kimi mənalara gəlir.

        Diqqət edilsə, görünər ki, yuxarıdakı ayə ilə insanların göylərin və yerin dərinliklərini heç vaxt keçə bilməyəcəkləri deyil, ancaq güc və qüvvətlə keçə biləcəkləri vurğulanır. Allah`ın Quranda bildirdiyi bu məsələ XX əsrdə üstün texnologiya sayəsində həyata keçdi.
 
 
 
 
 
                                                                                                                                                                                                                  AYA UÇUŞ
 
 
                «Bədirlənməkdə olan Aya (and içirəm) ki, Siz təbəqədən təbəqəyə minəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər?»
                                                                                               (İnşiqaq surəsi, 18-20) 


         Yuxarıdakı ayələrdə Aya diqqət çəkiləndən sonra təbəqədən təbəqəyə minib keçiləcəyi söylənir. «Tərkəbu» ifadəsi (vasitəyə) minmək, bir yol üzərində yerimək, arxasınca düşmək, izləmək, girişmək, cəhd göstərmək, qatılmaq, hakim olmaq mənalarına gələn «raqibə» feilindən törəyib. Bu mənalar nəzərə alınanda «təbəqədən təbəqəyə minib keçəcəksiniz» ifadəsində miniləcək bir vasitəyə işarə edilməsi mümkündür.

        Həmçinin Aya getmək üçün minilən kosmik vasitələr atmosfer təbəqələrini bir-bir ötəndən sonra fəza boşluğuna və oradan da Ayın cazibə sahəsinə daxil olur. Beləliklə, bir-birindən fərqli bir çox təbəqə dalbadal keçilərək Aya gedilir. Bunlarla yanaşı, növbə «İnşiqaq» surəsinin 18-ci ayəsində Ayın üzərinə and içilməsi də vurğunu xüsusi olaraq gücləndirir. Dolayısilə, yuxarıdakı ayə Aya gedişin gerçəkləşəcəyinə işarə ola bilər (ən doğrusunu Allah bilir).
 
                                                                                                                                                                                       TƏYYARƏ TEXNOLOGİYASI
 
 
   “Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana biz ram etdik. Biz hər şeyi bilənik!” (Ənbiya surəsi, 81) 


        Yuxarıdakı ayədən də məlum olduğu kimi, Allah küləyi hz. Süleymanın əmrinə vermiş və müxtəlif işlərində bir vasitə olaraq istifadə etməsi üçün imkan yaratmışdır. Bu ayədə hz.Süleyman dövründə olduğu kimi, gələcəkdə də külək enerjisindən texnologiyada istifadə ediləcəyinə işarə olunması ehtimalı var.


       “Süleymana da səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedən küləyi ram etdik”.
                                                                                                      (Səba surəsi, 12) 


        Yuxarıdakı ayədə qeyd edilən “səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedən küləyi ram etdik” ifadəsi ilə hz. Süleymanın müxtəlif yerlər arasında sürətli hərəkət etməsinə diqqət çəkilə bilər. Hz. Süleyman öz dövründə günümüzdəki təyyarə texnologiyasına oxşayan bir texnologiyadan istifadə edib küləklə hərəkət edən vasitələr yaradaraq, onların vasitəsi ilə bir-birinə uzaq olan məsafələri çox az müddət ərzində aşa bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir. Dolayısilə, günümüzdəki yüksək təyyarə texnologiyasına məhz yuxarıda qeyd edilən ayələrlə diqqət çəkilməsi məsələsi ehtimal daxilindədir.
 
                                                                                                                                                                            MÜASİR NƏQLİYYAT VASİTƏLƏRİ
 
 
                                            “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı).
                                                   Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır”. (Nəhl surəsi, 8) 


        Yuxarıdakı ayədə nəqliyyat vasitəsi olaraq sayılan heyvanlardan başqa insanların bilmədikləri nəqliyyat vasitələrinin də olacağına diqqət çəkilir. Aşağıdakı ayədə isə gəmi kimi böyük nəqliyyat vasitələrinin olacağına işarə edilir:

                     «Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir. Onlar üçün bunun kimi minik vasitələri də                                                                                                        yaratmağımız da...» (Yasin surəsi, 41-42)
 
 
                                                                                                                                                                                              TƏSVİRİN ÖTÜRÜLMƏSİ
 
 
                                        “Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!
                Onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək,
                                                               şükür edəcəyəm, yoxsa nankor olacağam!” (Nəml surəsi, 40).
 
 
 
 
 
 
 
 
 
 
 

         Ayədə “kitabdan bir qədər xəbəri olan birisi” olaraq bəhs edilən şəxs hz. Süleymana Səba hökmdarının taxtını bir göz qırpımında, yəni çox qısa vaxt ərzində gətirə biləcəyini söyləyir. Səba hökmdarının taxtının gətirilməsi hadisəsi ilə günümüzdə görüntülərin nəqli üçün istifadə edilən yüksək texnologiyaya işarə edilməsi mümkündür. Mövzu ilə əlaqəsi olan başqa bir ayə isə belədir:


                                            “Cinlərdən olan bir ifrit: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm.
                                             Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” - dedi”. (Nəml surəsi, 39)


          Dövrümüzdə yazı, şəkil, film kimi hər cür təsvirin və məlumatın internet texnologiyası ilə bir neçə dəqiqə, hətta bir neçə saniyə ərzində çox uzun məsafələr qət etməsi mümkündür. Məsələn, Səba hökmdarının taxtının sürətlə uzaq bir yerə göndərilməsindən bəhs edilməsi ilə belə bir işin (məsələn, bir taxta aid üçölçülü görüntünün və ya şəklin göndərilməsinin) internet vasitəsi ilə bir göz qırpımında mümkün olacağına da işarə ola bilər.

         Bugünkü alimlərin qənaətinə görə, atom və molekulların, hətta daha böyük cisimlərin ötürülməsi yaxın gələcəkdə mümkün olacaq. «Teleportasiya» deyilən bu üsulla bir yerdəki cismin maddi xüsusiyyətləri aradan qaldırılaraq, həmin cismə aid bütün xırdalıqlar və atom düzülüşü bir başqa yerə göndərilir. Qısası, cismin bütün maddi xüsusiyyətləri yenidən inşa edilir. Bu fəaliyyətlər zamanın və məkanın yolçuluq üçün maneə yaratmayacağını və əşyaların hər hansı bir məkana bir anın ərzində, həqiqətən, fiziki bir məsafə qət etmədən daşına biləcəyi mənasına gəlir.

        1998-ci ildə Kaliforniya Texnologiya İnstitutunun elmi mərkəzində fəaliyyət göstərən fiziklər iki avropalı qrupla birgə bir şəklin ötürülməsini həyata keçirdilər. Alimlər fotonun atom quruluşunu oxudu və bu məlumatı 1 metr boyunca daşıyaraq şəklin bir surətini yaratdı. Bir müddət əvvəl gerçəkləşdirilən başqa teleportasiya təcrübəsində Milli Avstraliya Universitetindən (ANU) olan Pinq Koy Lam və başqa tədqiqatçılar bir lazer şüasını qısa bir məsafə boyunca ötürməyi bacardılar.

         2002-ci il iyul ayının 17-də CNN xəbər kanalında verilən məlumatda Kanberrada Beynəlxalq Avstraliya Universitetinin fiziklərindən təşkil olunmuş bir qrupun bir lazer şüasını parçalayıb onu bir neçə metrlik ətrafa “şüaladıqları” bildirildi. Həmçinin o da vurğulandı ki, qrupun başqanı Pinq Koy Lam maddəni şüalandırmağı hələ bacara bilmədiklərini, lakin bunun imkan xaricində də olmadığını və atom halında bərk maddələrin şüalandırılmasının 3-5 il ərzində mümkün ola biləcəyini söyləyib.

         Danimarkanın Aarhus Universitetindən Eugen Polzik və heyəti «Nature» jurnalında dərc olunan tədqiqatın nəticələri əsasında lazer şüasından istifadə edərək və kvant fizikasından faydalanaraq çoxsaylı atom üzərində müsbət təcrübələr apardılar. «Scientific American» jurnalında yazan avstriyalı fizik Entoni Zeilinger isə teleportasiyanın potensialı ilə bağlı dəyərləndirmələrində daha çox mürəkkəb sistemlərin fizika qanunlarının üstündən xətt çəkmədən ötürülə biləcəyini bildirir.

         Quranda «Biz qüdrət nişanələrimizi onlara aşkar aydın olması üçün həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik...» (Fussilət surəsi, 53)ayəsi ilə bildirildiyi kimi, bu elmi tərəqqi də Quranda işarə edilən və Quranın möcüzəvi cəhətlərini göstərən texnologiyalardan bir hissəsi ola bilər.
 
 
191. Anil Ananthaswamy, "Teleporting larger objects becomes real possibility", New Scientist, 6 Şubat 2002.
192. Dr. David Whitehouse, BBC News Online, 17 Haziran 2002.
193. "Atom Experiment Brings Teleportation a Step Closer", Reuters, 26 Eylül 2001;http://www.space.com/businesstechnology/technology/quantum_teleportation_010926.html
194. James Schultz, Space News, Teleporting the Quantum Way, 12 Ekim 2000.
                                                                                                                                                                                         QOXUNUN ÖTÜRÜLMƏSİ
 
 
 «Dedi: "Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! Bu köynəyimi götürüb  aparın, atamın üzünə sürtün, gözü (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!" Karvan ayrılanda ataları dedi:                          " Əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram!"» (Yusif surəsi, 92-94)


          Bu gün alimlər fotonlar kimi atomların və iy molekullarının da yaxın gələcəkdə ötürülməsinin mümkün ola biləcəyini bildirir. «Yusif» surəsinin 94-cü ayəsində hz. Yusifin atası oğlunun ətrini aldığını bildirir. Alimlər yaxın gələcəkdə üçölçülü görüntü və ya şəklin göndərilməsi kimi, iyin ötürülməsinin də texnoloji imkanlarla mümkün olduğunu bildirir. Dolayısilə, bu ayənin günümüzdə üstündə iş aparılan qoxu nəqlinə aid inkişaf etmiş bir texnologiyaya işarə etməsi mümkündür. Çünki başqa hisslərimiz kimi qoxu hissi də beynimizdə yaranır. Bir limon qabığından çıxan kimyəvi molekullar burundakı qoxu sinirlərinə təsir edir. Onlar buradan elektrik siqnalı kimi aydınlaşdırılması üçün beyinə ötürülür. Dolayısilə, bu qoxuya aid siqnal süni olaraq başqa şəkildə yaradılanda da iyin eynilə hiss edilməsi mümkündür. «Elektrik burun» kimi tanınan texnologiya da bunun mümkün ola biləcəyini göstərən çalışmalardandır.

         İnsandakı qoxu sistemi 10 mindən çox iyi asanlıqla ayırmağı mümkün edir. Kimyaçılar bir ətirdəki 100-ə yaxın iyin mənbəyini aydınlaşdıra bilir.
 
 
 
 
 
 
 
 
 


        Budur, insanın burnunda olan mükəmməl yaradılış bir çox alimi oxşar cihazlar hazırlamağa həvəsləndirir. Dünyanın müxtəlif tədqiqat mərkəzləri insandakı bu iybilmə sisteminin surətini düzəltmək üçün çalışırlar. Burunun nümunə götürülməsi ilə inkişaf etdirilən bu modellər «elektron burun» adlandırılır.

        İnsanın burnunda proteinlərdən əmələ gələn radioqəbuledicilərin əvəzinə, onların elektron oxşarlarında bir növ kimyəvi qəbuledicidən istifadə edilir. Bu qəbuledicilərin hər biri müxtəlif qoxuları hiss edəcək tərzdə yaradılır, seçim həcmi artdıqca istehsalları çətinləşir və qiymətləri bahalaşır. Sensorların ətrafdan qəbul etdiyi siqnallar elektron sistemlər vasitəsilə ikili şifrlərə çevrilir və bir kompyuterə göndərilir. Elektron sistemlər qoxu almanı təmin edən sinir hüceyrələrinin, kompyuter də insan beyninin bir təqlidi olaraq təsəvvür edilə bilər. Kompyuter ona gələn məlumatları dəyərləndirmək üçün proqramlanır və bunun sayəsində aldığı ikili şifrləmədən yaranan siqnalları yorumlayır.

        Bu üsulla hazırlanan elektron burunlar başda qida, ətriyyat, tibb və kimya sənayesi olmaq üzrə müxtəlif sektorlarda istifadə edilir. Universitetlər və beynəlxalq təşkilatlar haqqında danışılan layihələrə böyük əhəmiyyət verirlər. Buna baxmayaraq, Uorvik Universitetindən Culian Qardnerin bildirdiyi kimi, elektron burun texnologiyası hələlik başlanğıc mərhələsindədir.

       NASA-da çalışan alimlər də kosmik tədqiqatlar üçün çox həssas süni burun hazırlayırlar. Bu cihaz demək olar ki, hər cür kimyəvi tərkibi ayıra biləcək, insan burnundan daha həssas əməliyyatları yerinə yetirə biləcək. Kosmik stansiyada zərərli maddələrin müəyyənləşdirilməsi bu metodla mümkün olacaq və o, ağıllı bir təhlükəsizlik sisteminin bir hissəsi kimi çalışacaq. Bu texnologiya səs, görüntü kimi, qoxu nəqlinin də yaxın gələcəkdə mümkün ola biləcəyini göstərir.
 
 
195. Elise Hancock, "A Primer on Smell", Johns Hopkins Magazine, Eylül 1996
196. Mia Schmiedeskamp, "Plenty to Sniff At", Scientific American, Mart 2001; http://www.sciam.com/2001/0301issue/0301techbus1.html.
                                                                                                                                                                                              ELİKTRİKDƏN İSTİFADƏ
 
 
                                                           “...Onun üçün mis mədənini sel kimi əridib axıtdıq...” (Səba surəsi, 12)
 

            Allah`ın hz. Süleymanın ixtiyarına verdiyi böyük nemətlərdən biri ərimiş mis mədənidir. Bu ayəni müxtəlif mənalarda izah etmək mümkündür.

          Ərimiş misdən istifadə olunması ilə hz. Süleymanın dövründə elektrik enerjisindən istifadə edilən yüksək texnologiyanın mövcudluğuna işarə edilmiş ola bilər. Bəlli olduğu kimi, mis elektriki və istiliyi ən yaxşı ötürən metallardan biridir və o, məhz bu cəhəti ilə elektrik sənayesinin əsasını təşkil edir. Dünyada istehsal edilən misin bir hissəsi elektrik sənayesində istifadə olunur.

        Ola bilər ki, ayədə bildirilən “sel kimi əridib axıtdıq” ifadəsi də elektrikin çox geniş sahələrdə istifadə oluna bilməsinə işarədir (ən doğrusunu Allah bilir).
                                                                                                                                                   FİRONUN CƏSƏDİNİN QORUNUB SAXLANMASI
 
 
 
        Bəlli olduğu kimi, firon özünü tanrı olaraq qəbul edirdi. (Sonrakı bölümlərdə bu haqda daha ətraflı bəhs olunacaq.) Firon həzrəti Musanın onu Allah`a iman gətirməyə çağıran bütün dəvətlərinə böhtan və hədə ilə cavab verirdi. Firon bu təkəbbürlü davranışını ölüm təhlükəsi ilə qarşılaşıb suların altında qalacağını başa düşəcəyi ana qədər davam etdirdi.

                      Fironun Allah`ın əzabı ilə qarşılaşanda dərhal iman gətirməyə çalışması Quranda bu ayə ilə bildirilir:

“İsrail oğullarını dənizdən keçirdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən də artıq müsəlmanlardanam!” dedi”. (Yunis surəsi, 90) 


        Ancaq Allah fironun belə bir anda iman gətirməsini qəbul etməmişdir. Allah fironun bu qeyri-səmimi davranışını Quranda bu ayələrlə bildirir: 


  “İndimi? Halbuki, əvvəlcə qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə bu gün səni                 xilas edəcəyik (hər kəsə cəsədini göstərəcəyik). Həqiqətən, insanların çoxu ayələrimizdən qafildir!” (Yunis surəsi, 91-92)


       Bu ayələrdə firona aid cəsədin gələcək nəsillərə ibrət olacağının bildirilməsi cəsədin dağılmayacağına bir işarə olaraq qəbul edilə bilər. Quranda 1400 il əvvəl xəbər verildiyi kimi, hələ də tarixi bir fakt olaraq saxlanılan bir cəsəd Qahirədəki Misir muzeyinin “Çar mumiyaları otağı”nda nümayiş etdirilir. Böyük ehtimalla sulara qərq olub boğulandan sonra fironun cəsədi sahilə çıxmış və misirlilər tərəfindən tapılaraq əvvəlcədən hazırlanmış qəbrinə aparılmışdır.
 
 
189. http://www.angelfire.com/az/miracles/Archaeology.html
                                                                                                                                                          TEXNOLOGİYADA QARIŞQA TEXNOLOGİYASI
 
 
                       “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki,
                                        Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!”” (Nəml surəsi, 18)


          Yuxarıdakı ayədə “Qarışqa vadisi” deyilən xüsusi bir yerə və xüsusi qarışqalara diqqət çəkilir. Hz. Süleymanın qarışqaların öz aralarında etdikləri danışıqlarını eşitməsində də kompyuter texnologiyasında baş verəcək inkişafa bəzi diqqət çəkici işarələr ola bilər. Günümüzdə çox məşhur olan “Silikon vadisi” termini texnologiya dünyasının mərkəzini ifadə edir. Hz. Süleyman hekayətində də bir qarışqa vadisindən bəhs edilməsi son dərəcə maraqlı və mənalıdır. Mümkündür ki, Allah bu ayə ilə gələcəkdə meydana gələcək inkişaf etmiş bir texnologiyaya diqqəti yönəldib.

         Bundan əlavə, günümüzdə qarışqalardan və bəzi böcək növlərindən yüksək texnologiya sahəsində çox geniş istifadə edilir. Bu canlıların nümunə olaraq götürülməsi yolu ilə hazırlanan robot layihələrinin müdafiə sənayesindən tutmuş texnologiya sahəsinə qədər əksər sahələrdə xidmət etməsi planlaşdırılır. Ayədə bu məsələlərə də işarə edilməsi güman oluna bilər.

                                                          Mini texnologiyada axırıncı inkişaf: robot qarışqa ordusu

         Qarışqalardan nümunə götürülərək inkişaf etdirilən layihələrin ən məşhuru müxtəlif ölkələrdə bir-birindən asılı olmadan icra edilən “Robot qarışqa ordusu layihələri”dir. Məsələn, Virciniya Politexnik İnstitutu və Virciniya Universiteti (ABŞ) tərəfindən aparılan bir araşdırmanın əsas məqsədi ucuz və sadə robotların inkişaf etdirilməsidir. Məqsəd fiziki baxımdan hamısı bir-birinin təkrarı olan bu robotlardan bir robot ordusu təşkil etməkdir. Layihə müəllifləri bu robotların istifadə üçün daha əlverişli olmasının səbəbini belə izah edirlər: “Qrup şəklində hərəkət etmələri, bir neçə fiziki işi koordinasiyalı, yəni əlaqəli şəkildə və vahid bir komanda kimi yerinə yetirmələri, birlikdə qərar vermələri”. Bu robot ordularının bütün mexaniki və elektrik planları bir qarışqa toplumunun hərəkətləri nəzərə alınaraq planlaşdırılmışdır. Böcək olan yoldaşlarına oxşadıqları üçün onlara “qarışqa ordusu robotları” deyilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


         “Qarışqa ordusu” robot sistemi ilk öncə bir “material daşımaq sistemi” olaraq planlaşdırılıb. Bu ssenariyə görə, çoxlu sayda olan robotların üzərinə cisimləri müştərək şəkildə qaldırıb ötürmək vəzifəsi qoyulacaqdı. Daha sonra isə onların müxtəlif işlərdə də istifadə edilməsinə qərar verildi. Mövzu ilə bağlı bir nəşrdə bu robotların hansı məqsədlə istifadə ediləcəyi belə bildirilir:

           “Nüvə və təhlükəli maddələrin təmizlənməsi, mədən işləri, minaların zərərsizləşdirilməsi, kəşfiyyat və növbə, planet səthlərinin araşdırılması və qazma işləri”.

           “Qarışqa robot texnologiyası” mütəxəssisi İsrail A.Vaqner tərəfindən İsrail parlamentinə təqdim edilən bir hesabatda isə qarışqa layihələri ilə bağlı aşağıdakılar bildirilib:

           “Qarışqa robotlar” müştərək bir məqsədi həyata keçirmək üçün hazırlanmış fiziki varlıqlardır.

           Bunların çox məhdud miqdarda enerji istehlak etməsi və iş sahələrində mühüm izlər qoyaraq əlaqə qurması məlum oldu. İşlərin bu robotlar arasında paylanması ya mərkəzi nəzarət işini gerçəkləşdirən və başqa agentlərə təlimat göndərən bir fərd tərəfindən həyata keçirilə, ya da fərdlərin əvvəlcədən tabe olması şərti ilə verilən bir vəzifənin yerinə yetirilməsi ilə təmin edilə bilər.

          Üçüncü yol isə bu işbirliyinin (əməkdaşlığın) işin gedişində sövq təbii olaraq, yəni əvvəlcədən qərar verilmədən ortaya çıxmasıdır. Araşdırma aparmaq, xəritə çıxarmaq, bir evin zirzəmisini təmizləmək, naməlum bir planeti kəşf etmək, bir mina sahəsini təmizləmək və s. bu kimi iş sahələrində bu robotlardan istifadə edilə bilər.

           Bu nümunələrdən də göründüyü kimi, hazırda qarışqaların sosial həyatının qanunauyğunluqları müxtəlif layihələrin əsasını təşkil edir və qarışqaların əsas götürülməsi yolu ilə həyata keçirilən robot texnologiyaları insanlara fayda gətirir. Buna görə də hz. Süleyman hekayətində qarışqalara və onların olduğu vadiyə diqqət yetirilməsi çox mühüm məsələdir.

          Ayələrdə qeyd edilən “qarışqalar” ifadəsi isə robotlardan təşkil edilən bir orduya işarə də ola bilər. Ayələrdə, bundan başqa, gələcəkdə robot texnologiyasında baş verəcək inkişafa, robotların insanların həyatında mühüm yer tutacağına, əksər ağır işləri insanların əvəzinə robotların yerinə yetirib onların həyatını daha asanlaşdıracağına da işarə ola bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.
 
 
 

204. http://armyant.ee.vt.edu/paper/robo_mag.html
205. http://www.cs.technion.ac.il/~wagner/

                                                                                                                                                            ATOM ENERJİSİ VƏ NÜVƏ PARÇALANMASI
 
 
                          «Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah`dır.
                                                 Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?» (Ənam surəsi, 95)


            «Ənam» surəsinin 95-ci ayəsində «toxum» (əlhabbi) və «çərdək» (ənnəva) ifadələri ilə atomun yarılması, bölünməsi ilə bağlı bir vəziyyətə işarə edilə bilər. «Ənnəva» kəlməsinin lüğəvi mənaları arasında «çəyirdək, mərkəz, atom çəyirdəyi» də qeyd edilir. Ayədə bildirilən dirinin ölüdən çıxarılması isə Allah`ın ölü enerjidən maddəni yaratması şəklində izah oluna bilər. Ölünün diridən çıxması da, atom hərəkətli olduğu üçün, maddədən (diridən) enerjinin (ölünün) çıxması şəklində ola bilər (ən doğrusunu Allah bilir). Çünki diri kimi tərcümə edilən «əlməyyiti» ifadəsinin də cansız mənada işlənməsi ilə enerjinin ifadə edilməsi ehtimal olunur.

              Enerji alimlər tərəfindən iş görmək tutumu şəklində ifadə edilir. Maddə isə Yer üzündə və kainatın daxilində nəsnələri meydana gətirən materiyadır və elektron mikroskopu altında görülə bilən hərəkətdə olan atom və molekullardan ibarətdir. Albert Eynşteyn XX əsrin əvvəllərində enerji və maddənin bir-biri ilə atom səviyyəsində bağlı olduğunu ortaya qoyaraq, maddənin enerjiyə çevrilməsinin mümkün ola biləcəyini bildirmişdir.218 Bu vəziyyət yuxarıda tərif etdiyimiz kimi, diridən ölünün çıxması, yəni atom səviyyəsində hərəkətli maddədən enerjinin əldə edilməsi ola bilər. Həmçinin «çıxarır» kimi tərcümə edilən «yuxricu» kəlməsi «çölə çıxarmaq, saçmaq, kənara tərəf çıxarmaq, yaymaq (məsələn, elektrik dalğalarını)» mənalarına gəlir. Dolayısilə, ayədə qeyd edilən kəlmələr atomdan əldə edilən enerji şəklini tərif edə bilər (ən doğrusunu Allah bilir).

              Məlum olduğu kimi, hazırda atomun nüvəsi yarılaraq hissələrə ayrıla bilir. Eynşteynin nəzəriyyələrinə istinad edən alimlər 1940-cı illərdə nüvə parçalanması metodu ilə maddədən enerji əldə etməyə nail olmuşdular. Atomların bölünməsi və ya yarılması ilə həyata keçirilən bu əməliyyata «nüvə parçalanması» deyilir. «Ənam» surəsinin 95-ci ayəsində «faliku» kəlməsi ilə ifadə edilən «yarmaq» feili də parçalanmaq kəlməsinin lüğətdəki mənası olan (atom nüvəsini) yarıb ayırmaq əməliyyatının tərifi ola bilər. Bu əməliyyat həyata keçiriləndə həddən artıq çox miqdarda enerji ayrılır.

             «Ənam» surəsinin 95-ci ayəsində kəlmələr daşıdığı məna etibarilə çox hikmətlidir. Bu ayədə tərif edilən hadisələr atom enerjisinin əldə edilməsi forması olan atom nüvəsinin bölünməsi reaksiyasına çox oxşayır. Dolayısilə, bu ayədə XX əsrin texnologiyası ilə mümkün olan nüvə parçalanma üsuluna işarə edilə bilər (ən doğrusunu Allah bilir).
                                                                                                                                          İSRAİL OĞULLARININ TƏKƏBBÜRLƏ YÜKSƏLİŞLƏRİ
 
 
   “Biz İsrail oğullarına kitabda: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq - yüksəlişlə təkəbbürlülük - edəcəksiniz!”
   - deyə bildirdik. Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib
    dolaşırdılar. Bu vəd artıq yerinə yetirildi. Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə
                                                           kömək göstərdik və sayca sizi daha çox etdik”. (İsra surəsi, 4-6)
 

             “İsra” surəsindəki bu ayələrdə bildirildiyi kimi, İsrail oğulları yer üzündə iki dəfə fitnə-fəsad törədəcəklər. İsrail oğullarının birinci fitnə-fəsad və təkəbbürlü yüksəlişlərindən sonra Allah onların üzərinə güclü bir ordu göndərdiyini bildirir. 

             Həqiqətən də İsrail oğulları hz. Yəhyanı öldürdükləri və hz. İsanı öldürmək üçün tələ qurduqları dövrdə, yəni təkəbbürlü yüksəlişlərindən və fitnə-fəsadlarından sonra bizim eranın 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edilmişdilər və bütün dünyaya yayılmışdılar. Peyğəmbərimizə (s.ə.v.) bu ayə vəhy ediləndə də yəhudilər müxtəlif ölkələrdə dağınıq yaşayırdılar və onların heç bir dövləti yox idi. Ancaq Allah ayələrdə İsrail oğullarına təkrarən güc verəcəyini xəbər vermişdir.

             Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdə olduqca uzaq və çətin bir ehtimal olaraq görünən bu hadisə daha sonra tam olaraq gerçəkləşdi. Yəhudilər Fələstinə qayıtdı və 1948-ci ildə İsrail dövlətini elan etdilər. Bundan sonra İsrail dövlətində yaşayan, irqçi fikirlərə malik olan bəzi sionistlərin hərəkətləri Yaxın Şərqdə qarışıqlığa səbəb olmuşdur. Bu mövcud vəziyyət də İsrail oğullarının törətdiyi ikinci fitnə-fəsada işarə edir. Ancaq bunu da zəruri olaraq qeyd etmək lazımdır ki, bu cür fitnəkar davranışın yekunlaşmasını müdafiə edən çox sayda vicdanlı və ağıllı-başlı insan var. Fitnəni təşviq edən irqçi, radikal sionistlərin də Quranda Rəbbimizin tövsiyə etdiyi kimi, bağışlama yolunu tutmaları («Əraf» surəsi, 199) gərəkir. Belə davranılarsa, «Fussilət» surəsində bildirildiyi kimi, sülh, barış, qardaşlıq şəraiti Allah`ın yardımı ilə yenidən bərpa ediləcək:


                          «Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan
                                                            şəxsi sanki yaxın bir dost görərsən!» (Fussilət surəsi, 34)


            İsrail oğulları ilə əlaqəli olan bu ayədə və başqa ayələrdə mühüm məsələlərdən biri də o dövrdə imkansız görünən və baş verəcəyinə dair heç bir əlamət və ya ip ucu olmayan hadisələrin gələcəkdə olacağının xəbər verilməsidir. Əlbəttə, bütün bunlar Quranın bir möcüzəsidir.
                                                                                                                                                                                                     ARTEZİAN QUYUSU
 
 
   «Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı ondan su istədiyi zaman Musaya: "Əsanı daşa vur!" - deyə
   vəhy etdik. Ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri öyrəndi. Biz buludları onların üstündə
   kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!" - dedik.
                                                    Onlar Bizə deyil, ancaq özlərinə zülm edirdilər!» (Əraf surəsi, 160)


            Yuxarıdakı ayədə hz. Musanın qövmünün ondan su istədiyi, hz. Musanın da on iki tayfanın hər birinə su içəcəkləri bir yer təmin etdiyi bildirilir. Hz. Musadan tayfasının su istəməsi onların su sıxıntısı çəkdiyini göstərir. Hazırda su sıxıntısı bir mənada müzakirə mövzusudur. Bu gün 1 milyarddan çox insan təmiz su sarıdan korluq çəkir; 2,4 milyard insan hələ də gigiyenik baxımdan natəmiz sudan istifadə edir. 2025-ci ildə 5 milyard insanın su problemindən əziyyət çəkəcəyi güman edilir.209 Su mənbələrinin azlığından hər il 12 milyon insan həlak olur. Onların 3 milyonunu su mənşəli xəstəliklərdən ölən uşaqlar təşkil edir.210 Hazırda dünya əhalisinin 8 faizini təşkil edən 31 ölkənin sakinləri xroniki içməli su qıtlığı ilə üzləşib. 2025-ci ildə 48 ölkənin bu cür çətinliklərlə üzləşəcəyi gözlənilir.211 BMT-nin təxmini hesablamalarına görə, 2025-ci ilədək içməli su daha da məhdudlaşacaq və əgər əhalinin artımı sürətli olsa, su sıxıntısı çəkən 131 milyon insanın sayı artaraq 817 milyona, sürətli artım olarsa, 1 milyard 79 milyon nəfərə çatacaqdır.

          Yeraltı sular dünyanın ən böyük şirin su mənbələridir və hazırda istifadə edilən su ehtiyatlarının 90 faizindən çoxunu təşkil edir. Yerin altında sular dünyada təxminən 2 milyard insanın su ehtiyacını ödəyərək bir çox ölkə üçün həyati əhəmiyyət kəsb edir.214 ABŞ əhalisinin təxminən 50 faizinin əsas su mənbəyi yeraltı sulardır, düzənlik ərazilərdə bu rəqəm 95 faizə qədər çatır. Yeraltı sular ən etibarlı və ən təhlükəsiz şirin su mənbələridir. Bu sulardan geotermal enerji formasında enerji istehsalı üçün və istilik nasoslarından istifadə edərək enerjiyə qənaət etmək məqsədilə də istifadə olunur.

         Torpağın içindən gələn su yer altından keçiriciliyi olmayan bir təbəqə ilə rastlaşanda burada yığılaraq bir su mənbəyi yaradır. Bu sular yer üzünə artezian üsulu ilə çıxarılır. Artezian mənbələr yeraltı sular üçün su xəzinəsi rolunu oynayan yağıntıların və ya qayaların əmələ gətirdiyi yığnaqlardır. Artezian quyularının qayalıq bölgələrdə olması ayədəki tərifə uyğun gəlir. Allah`ın «Əraf» surəsinin 160-cı ayəsində hz. Musaya daşa vurmasını, ya da daşı qaldırmasını əmr etməsi də bu üsula işarə edə bilər (ən doğrusunu Allah bilir). Ayədə «vur» kimi tərcümə edilən «idrib» feili həm də «qaldırmaq, açmaq» mənalarına gəlir. Dolayısilə, burada bildirilən həqiqət daşın qaldırılması ilə açılan su mənbəyi ola bilər. Eynilə artezian quyularındakı kimi təzyiqli su ayədəki «fışqırmaq, sərbəst axmaq, daşmaq, yerdən qaynayıb axmaq» mənalarına gələn «inbəcəsət» kəlməsi ilə ifadə edilir. Həmçinin deşilərək açılan artezian quyularında su təzyiqin təsiri ilə su səthə tərəf fışqırır. Əgər kifayət qədər təzyiq olsa, nasosdan istifadə etmədən su torpağın səthinə çıxmaqda axa bilər.

          Hazırda hz. Musanın su probleminə daş qaldırmaqla əlac tapdığı kimi, su probleminə yerin altında olan şirin sularla çarə axtarılması və bundan faydalanmağın ən təsirli üsulunun artezian quyuları olması çox diqqətəlayiq məqamdır. Dolayısilə, «Əraf» surəsinin 160-cı ayəsində ilk dəfə 1126-cı ildə Fransanın Artois bölgəsində qazılan artezian quyularına işarə ola bilər (ən doğrusunu Allah bilir).
 
 
197.http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:20114416~menuPK:
34457~pagePK:34370~piPK:34424~theSitePK:4607,00.html
198.http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:20044610~menuPK:
34459~pagePK:64003015~piPK:64003012~theSitePK:4607,00.html 
199. http://www.infoforhealth.org/pr/m14edsum.shtml
200. http://www.cnie.org/pop/pai/water-14.html
201. http://www.iah.org/articles/mar2000/art002.htm
202. http://ap.world.water-forum3.com/themeWwf/en/themeShow.do?id=36
203. http://pasture.ecn.purdue.edu/~agenhtml/agen521/epadir/grndwtr/importance.html
 
 

© 2013 by ESI .

bottom of page