top of page
            Q U R A N I N   E L M İ  M Ö C Ü Z Ə L Ə R İ  (4)

                                                                         
                                                                                                                                                           DƏNİZLƏRİN BİR-BİRİNƏ QARIŞMASI


​     Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə aşkarlanan bir xüsusiyyəti Quranın "Rəhman" surəsində belə açıqlanır:


       "İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar". ("Rəhman" surəsi, 55/19-20)

     
        Bir-birinə qovuşan, amma suları bir-birinə qətiyyən qarışmayan dənizlərin Quran ayəsində
14 əsr əvvəl bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilib.
Sübuta yetirilib ki, qonşu dənizlərin suları bir-birinə "səth daralması" adı verilən fiziki bir
qüvvə ucbatından qarışmır. Dəniz sularının fərqli sıxlıqlarından qaynaqlanan səth daralması
hadisəsi suların bir-birinə qarışmasına, adətən, bir divar kimi mane olur.
Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi insanların nə fizikadan, nə səthin daralması
anlayışından, nə də okeanoqrafiya elmindən xəbərdar olmadığı bir dövrdə bu həqiqətin Quranda bildirilməsidir.



63. Richard A. Davis, Principles of Oceanography, Addison-Wesley Publishing Company, Don Mills, Ontario, ss. 92-93.




                                                                                                                                                  DƏNİZLƏRDƏKİ QARANLIQ VƏ DAXİLİ DAĞLAR

  "Yaxud (inkar edənlərin əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da   üstündən bir bulud - zülmət üstündən zülmət örtər. O, əlini çıxardıqda haradasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz". ("Nur" surəsi, 24/40)


                  Dərin dənizlərdəki ümumi şərait "Oceans" ("Okeanlar") adlı kitabda bu cür qeyd edilir:

      Bu gün bilirik ki, dərin dənizlərdəki və okeanlardakı qaranlıq təxminən
200 metr və daha dərin yerlərdə olur. Bu dərinlikdə demək olar ki, heç bir işıq yoxdur.
1000 metrdən aşağı dərinliklərdə isə işığa rast gəlmək heç cür mümkün deyil.
Zamanımızda hər hansı bir dənizin ümumi coğrafi quruluşu, burada yaşayan canlıların
xüsusiyyətləri, dəniz suyunun duzluluq nisbəti kimi məsələlərlə yanaşı, onun ehtiva etdiyi
suyun miqdarı, səthinin sahəsi və dərinliyi kimi məlumatları da araşdırıb öyrənmək
mümkündür. Çağdaş dövrün texnologiyasından yararlanmaqla istehsal olunan və
dənizaltı dünyanı öyrənməkdə böyük əhəmiyyət kəsb edən müxtəlif cihaz, qurğu və             
xüsusi alətlər bu bilgiləri mənimsəməyimizdə xüsusi rol oynayan mühüm vasitələrdir.      
                                                                                                                                                                                                             Günümüz texnologiyası ilə aparılan hesablamalara görə 

                                                                                                                                                                                                              günəş işığının 30 % 3--ü dəniz səthində yansıdılır.

                                                                                                                                                                                                              İlk 200 metredeyse işıq spektrinin mavi işığı ən son olmaq

                                                                                                                                                                                                              üzrə  yeddi rəngin hamısı ardı ardınca əmilər. (Kiçik şəkil).                                                                                                                                                                                                                 000 M'nin   altındakı dərinliklərdə isə artıq heç bir şəkildə                                                                                                                                                                                                                   işığa rast gəlmək mümkün deyil (böyük şəkil).

                                                                                                                                                                                                               bu elmi həqiqətə 1400 il əvvəl Nur surəsinin 40.ayetinde

                                                                                                                                                                                                               diqqət çəkilmişdir.

       Bu alətlər olmasa, insanın dənizin 70 metrdən artıq dərininə getməsi demək olar ki, mümkün deyil. Bununla yanaşı, bir insanın heç bir köməyi olmadan okeanların 200 metrliyindəki qaranlıq dərinliklərdə yaşaması da qətiyyən mümkün deyil. Buna görə də alimlər dənizlər haqqında ətraflı məlumatı çox yaxın dövrlərdə əldə ediblər. Halbuki, dərin dənizlərin qaranlıq olması Quranda hələ 1400 il əvvəl xəbər verilmişdir. Heç bir texnologiyanın, beləliklə də insanların dənizlərin dərinliklərinə gedəcək vasitələrin olmadığı bir dövrdə belə bir məlumatın verilməsi, əlbəttə ki, növbəti Quran möcüzələrindən biridir.




Üstdəki şəkildə fərqli yoğunluklardaki iki su təbəqəsi arasındakı səthdə olan daxili dalğalar təmsil edilmişdir.

Bu təbəqələrdən altdakı sıx, üstdəki isə daha az sıxdır. Quranda Nur surəsinin 40-cı ayəsində 14 əsr əvvəl

bildirilən bu elmi gerçək günümüz elm adamları tərəfindən ancaq yaxın zamanda aşkarlanıb.





     
       Bununla yanaşı, "Nur" surəsinin 40-cı ayəsində bildirilən "əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud - zülmət üstündən zülmət örtər" ifadəsi də Quranın başqa elmi bir möcüzəsinə işarə edir:
"Alimlər müxtəlif qalınlıqda olan qatların ara səthlərində meydana gələn daxili dalğaların olmasını bu yaxınlarda kəşf ediblər. Daxili dalğalar dəniz və okeanların dərinliklərini əhatə edir. Çünki dərin dənizlərin qalınlığı onların üzərindəki sudan, əslində, daha çoxdur. Daxili dalğalar səthdəki dalğalar kimi hərəkət edir. Dənizlərin üstündəki dalğalar kimi daxili dalğalar da qırıla bilir. İnsan gözü daxili dalğaları görə bilməz, ancaq müəyyən bir zonada olan istilik və duzluluq dəyişiklikləri araşdırılanda bu dalğaların varlığı hiss edilə bilər".
      Ayədəki ifadələrlə yuxarıdakı izahat bir-biri ilə tamamilə paraleldir. Dənizlə bağlı belə tədqiqatlar aparılmasaydı, insan dənizin təkcə səthindəki dalğaların varlığı haqqında məlumat almaqla kifayətlənə bilməz, onun dənizin daxilində meydana gələn dalğalardan xəbərdar olması əsla mümkün olmazdı. Lakin "Nur" surəsində Allah dənizlərin dərinliklərində ikinci bir dalğaya da diqqət çəkib. Əlbəttə, elm adamlarının yaxın vaxtlarda kəşf etdiyi bu həqiqət Quranın Allah`ın sözü olduğunu bir daha göz önünə gətirir.



                                                                                                                                          HƏRƏKƏTLƏRİMİZİ İSTİQAMƏTLƏNDİRƏN ZONA


   "Yox, yox! Əgər son qoymasa, and olsun ki, biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən!"  
      ("Ələq" surəsi, 96/15-16)  


     Yuxarıdakı ayələrdə qeyd edilən "yalançı, günahkar kəkilindən" ifadəsi çoxmənalıdır.
Son dövrlərdə aparılan tədqiqatlar başın qabaq hissəsində beynin bəzi fəaliyyətini idarə
edən hissənin olduğunu göstərir. 1400 il əvvəl Quranda bildirilən bu nahiyə və onun
vəzifəsi haqqındakı məlumatlara dövrümüzün elm adamları ancaq son 60 il ərzində
izah verə biliblər. Qafa tasının daxilinə, başın qabaq hissəsinə baxanda beynin qarşı
tərəfi görünür.
         Fiziologiya sahəsində bu nahiyənin funksiyaları haqqında aparılan araşdırmalar nəticəsində əldə edilmiş məlumatlar       "Essentials of Anatomy and Physiology" ("Anatomiya və fiziologiyanın əsasları") adlı kitabda aşağıdakı şəkildə bildirilir:
"Hərəkətlərin motivasiyası, öncədən planlaşdırılması və başlanması alının ön hissəsi olan qabaq alın nahiyəsində (cerebrum) gerçəkləşir. Bu alın birləşməsinin (kortesinin) bir nahiyəsidir".
         Kitabda bu hissə ilə bağlı aşağıdakı ifadələr də öz əksini tapır:
   "Hərəkətlə olan əlaqəsi ilə yanaşı, ön alın nahiyəsi həm də aqressivliyin əsas funksional mərkəzi kimi də nəzərdə tutulur".
Bu açıqlamalardan da aydın olduğu kimi, beynin qabaq alın hissəsi planlaşdırmaq, hərəkətə gəlmək, yaxşı və pis hərəkətlərə başladılmaq, yalan və ya doğrunun söylənməsi ilə əlaqəli fəaliyyət növlərinin hamısını idarə edir. Göründüyü kimi, "Ələq" surəsində qeyd edilən "yalançı, günahkar kəkilindən" ifadəsi ilə yuxarıdakı tərif arasında böyük bir paralellik var. Alimlərin son 60 ildə kəşf etdiyi bu elmi həqiqətləri Allah insanlara Quran ayələrində hələ əsrlərlə əvvəl xəbər vermişdir.


66. Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2. baskı, Mosby-Year Book Inc., St. Louis, 1996, s. 211; Charles R. Noback, N. L. Strominger, R. J. Demarest, The Human Nervous System, Introduction and Review, 4. baskı, Lea & Febiger, Philadelphia, 1991, ss. 410-411.
67. Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2. baskı, Mosby-Year Book Inc., St. Louis, 1996, s.
                                                                                                                                           ÜRƏKLƏRİN  ALLAHIN ZİKRİ İLƏ SAKİTLƏŞMƏSİ

          ABŞ-ın Beynəlxalq Səhiyyə Tədqiqatları Mərkəzində Devid B.Larson və onun qrupu tərəfindən dindar və dinə inanmayan amerikalılar arasında müqayisəli təhlil yolu ilə aparılmış araşdırmalar çox təəccübləndirici nəticələr verib. Məsələn, dinə meyilliliyi zəif olan və ya dinlə heç bir əlaqəsi olmayan insanlarla müqayisədə dindarların ürək xəstəliklərinə 60 faiz daha az tutulması, dindarlarda intihar hallarının 100 faiz aşağı olması, onların qan təzyiqinə daha az nisbətdə məruz qalması, siqaret çəkənlər arasında bunun 7-nin 1-ə nisbətdə olması kimi nəticələr ortaya çıxıb.
        Təbabət dünyasının vacib elmi mənbələrindən sayılan «Tibdə beynəlxalq
psixiatriya» jurnalında nəşr edilən bir tədqiqatda özlərini inancsız kimi tanıdan
şəxslərin həm xəstəliklərə daha çox tutulduğu, həm də ömürlərinin qısa olduğu
bildirilir. Araşdırmanın nəticələrinə görə, inancsız insanların mədə-bağırsaq
xəstəliklərinə yoluxma ehtimalı inanclı insanlara nisbətən iki dəfə, tənəffüs
xəstəliklərindən ölməsi hallarının isə 66 faiz çox olduğu ortaya çıxıb.
Psixoloqlar buna oxşar faktları, əsasən, "psixoloji təsir" amili ilə izah edirlər.
Bunun mənası isə belə açıqlanır ki, dini inanc insanların mənəviyyatını yüksəldir və mənəviyyat da əxlaqa təsir edir.
Bu açıqlamanın real və haqlı tərəflərinin olması mümkündür, ancaq məsələ dərindən tədqiq ediləndə daha diqqət çəkici bir nəticə
hasil olur. Allah`a olan inanc hər hansı bir başqa əxlaqi vəziyyətdən, mənəviyyatdan daha güclüdür. Harvard Universiteti (ABŞ)   Tibb Fakültəsinin doktoru Herbert Bensonun dini inancla fiziki sağlamlıq arasındakı əlaqəni tədqiq edən geniş araşdırmaları bu mövzu ilə bağlı diqqət çəkici nəticələr vermişdir. H.Benson özü inancsız bir insan olsa da, o, öz tədqiqatlarında belə qənaətə gəlmişdir ki, Allah`a olan inanc və ibadət insan səhhətinə başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə müsbət təsir göstərir. Benson "heç bir inamın zehnə Allah`a olan inam kimi rahatlıq vermədiyi" nəticəsinə gəldiyini açıqlamışdır.
Niyə imanla insan ruhu və bədəni arasında belə bir xüsusi əlaqə var? Bensonun gəldiyi nəticə onun elə öz ifadəsi ilə desək, "insan bədəninin və zehninin Allah`a iman gətirməyə görə mütənasib" olması faktının təsdiqidir.
       Təbabətin yavaş-yavaş öyrənməyə başladığı bu həqiqət Quranda "Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapır!" ("Rəd" surəsi, 13/28) ayəsi ilə xəbər verilmiş bir sirdir. Allah`a inanan, Ona dua edən, Ona güvənən insanların başqalarından həm ruhən, həm də cismən daha sağlam olmasının əsas səbəbi onların yaradılışlarına uyğun davranmasıdır. İnsanın yaradılışına zidd olan fəlsəfə və sistemlər insanlara həmişə əzab, hüzn, sıxıntı və əziyyət gətirir.
       Müasir təbabət yuxarıda haqqında qısa da olsa danışdığımız kəşflərin işığında bu həqiqətə çatmaq yolundadır. Patrik Qlinin ifadəsi ilə desək, müasir təbabət müalicənin maddi üsullardan başqa da yollarının olması həqiqətini qəbul etmək yolunda inkişaf edir.



68. Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World, Prima Publishing, California, 1997, ss. 80-81.
69. Herbert Benson, Mark Stark, Timeless Healing, Simon & Schuster, New York, 1996, s. 203.
70. Herbert Benson, Mark Stark, Timeless Healing, Simon & Schuster, New York, 1996, s. 193.
71. Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World, Prima Publishing, California, 1997, s. 94.




                                                                                                                                                          BAĞIŞLAMAQ VƏ SAĞLAMLIĞA FAYDASI  


      Quranda tövsiyə edilən gözəl əxlaqi xüsusiyyətlərdən biri də əfv etmək və bağışlamaqdır.


        «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!» («Əraf» surəsi, 199)


     Allah başqa bir ayədə isə belə buyurur:
«Əfv edib, xoş qəbul etsinlər! Məgər siz Allah`ın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!» («Nur» surəsi, 22)


     Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq da çox çətindir. Çünki buraxılan bir səhvə görə dərhal əsəbiləşirlər. Ancaq Allah möminlərə bağışlamağın daha gözəl bir davranış olduğunu bildirir:

    «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allah`a
    aiddir...» («Şura» surəsi, 40)
    «...Onları əvf etsəniz, təqsirlərindən keçsəniz və bağışlasanız, daha yaxşı olar. Çünki Allah bağışlayandır, rəhm edəndir!»
    («Təğabun» surəsi, 14)

    Quranda «Əlbəttə, hər kəs səbir edib bağışlasa, onun bu hərəkəti çox bəyənilən əməllərdəndir!» («Şura» surəsi, 43) ayəsi ilə də bağışlamağın təqdirəlayiq bir əxlaqi xüsusiyyət olduğu xəbər verilir. Dolayısilə, möminlər bağışlayan, mərhəmətli, xoşrəftar davrananlardır və Quranda bildirildiyi kimi, onlar qəzəblərini udarlar və insanların günahlarından keçərlər. («Ali-İmran» surəsi, 134)
     Möminlərin bağışlamaq anlayışı Quran əxlaqı üzrə yaşamayan insanların bu anlayışından çox fərqlidir. Bəzi adamlar qarşılarındakı adamı bağışladıqlarını desələr də, həmin adamların ürəyinin kin-küdurətdən xilas olması uzun müddət davam edir. Onların davranışı, ümumiyyətlə, bu xislətlərini əks etdirəcək şəkildə olur. Möminlər isə səmimi şəkildə bağışlayar. Möminlər insanın dünyada imtahanda olan, səhv edərək öyrənən bir məxluq olduğunu bildiyi üçün mülayim və şəfqətlidir. Həmçinin möminlər tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə də tərəddüdsüz bağışlaya bilirlər. Bağışlamaq üçün hər hansı bir səhvin böyüklüyünə və ya kiçikliyinə görə fərq qoymazlar. Bir adam səhv edərək böyük itkiyə səbəb ola bilər. Ancaq baş verən hər hadisənin Allah`ın nəzarətində və bir tale daxilində cərəyan etdiyini bilən möminlər bu cür hadisə qarşısında təvəkküllə hərəkət edir və əsəbi hallara düşmürlər.
        Amerikalı alimlərin bir müddət əvvəl apardığı tədqiqatların nəticələri bağışlamağı bacaran insanların başqalarına nisbətən həm ruhən, həm də fiziki cəhətdən daha sağlam olduğunu göstərdi. Stenford Universitetinin (ABŞ) alimi Frederik Luskin və onun əməkdaşları San-Fransisko (ABŞ) şəhərində yaşayan 259 nəfər üzərində tədqiqat aparıb. Alimlər təcrübədə iştirak üçün razılıq verən həmin adamları 6 dəfə 1,5 saatlıq görüşlərə dəvət edib. Onlar bu söhbətlər zamanı həmin adamlara bağışlamağı öyrətməyi qarşılarına məqsəd qoymuşdular. Təcrübədə iştirak edən şəxslər onlara xətəri toxunanları bağışlayandan sonra daha az əziyyət çəkdiyini bildiriblər. Aparılan tədqiqatlar göstərib ki, bağışlamağı öyrənənlər özlərini təkcə mənəvi cəhətdən yox, fiziki cəhətdən də daha rahat hiss edirlər. Məsələn, təcrübə nəticəsində stressdən yaranan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki əlamətlərin də həmin adamlarda əhəmiyyətli səviyyədə azaldığı müəyyən edilib.

      Stenford Universitetində «Rəhbərlik və sağlamlıq psixologiyası» sahəsində doktorluq dissertasiyası müdafiə edən Frederik Luskin «Yaxşılıq üçün bağışlayın» («Forgive for Good») adlı kitabının təqdimatında bağışlamaq haqqında «Bu, sağlamlıq və xoşbəxtlik üçün sübut olunmuş bir reseptdir» ifadəsini işlətmişdi. Bu kitabda bağışlamağın əsəbiliyi, əziyyəti, stressi və depressiyanı azaldaraq ümid, səbir və özünəinam kimi müsbət ruh halətini yaşamağı təlqin etməsindən bəhs olunur. Dr. Luskinə görə, uzunmüddətli əsəbilik insanların fiziki sağlamlığına da gözlə görünə bilən mənfi təsir göstərir. Dr. Luskin bununla bağlı yazır:
«Uzunmüddətli və ya davam edən əsəbin zərəri bədən daxilindəki termostatı sıfırlamasıdır. Əgər özünüzü davamlı olaraq hətta aşağı səviyyəli əsəbə də öyrəşdirsəniz, nəyin normal olduğunu ayırd edə bilməyəcəksiniz. İnsanların vərdiş halına gətirəcəyi əsəbilik bir növ adrenalin hücumuna səbəb ola bilər. Bədəni yandırar və sağlam fikirləşməyi çətinləşdirər, bu da vəziyyəti daha da pisləşdirər». 

    Dr. Luskin əsəb və stress zamanı bədən müəyyən fermentlər ifraz etdiyi üçün xolesterol və təzyiqin qalxdığını, bunların da bədənin uzunmüddətli məruz qalmaması zəruri olan bir vəziyyət yaratdığını bildirir.
     «Healing Currents Magazine» jurnalının 1996-cı ilin sentyabr-oktyabr sayında dərc olunan «Bağışlamaq» adlı məqalədə isə bir şəxslə, ya da bir hadisə ilə bağlı yaşanan əsəbi vəziyyətin insanlarda mənfi hisslərə səbəb olduğunu, onun ruhi tarazlığına, hətta fiziki sağlamlığına mənfi təsir göstərdiyi bildirilir. Adıçəkilən məqalədə insanların əsəbə görə yaşadığı mənfi hallardan, zaman ötdükcə fərqinə vardıqları və pozulan əlaqələrini bərpa etmək, problemləri çözmək üçün bağışlamağa qərar verməsindən də bəhs olunur. Bildirilir ki, insanlar yaşadıqları əsəbi haldan sonra dəyərli vaxtlarını və həyatlarını bundan sonra əsəb içində keçirmək istəmir, buna görə də özlərini və başqalarını bağışlamaq yolunu seçirlər.
Digər tərəfdən, 1500 adamı əhatə edən bir araşdırmada dininə bağlı olan insanlarda stress, depressiya və əqli xəstəliklərin daha az olduğu müşahidə edilmişdir. Tədqiqatı aparan dr. Herbert Benson bunu dinlərin bağışlamaq hissini təşviq etməsi ilə əlaqələndirir:
«Dinlər insanlara başqalarını bağışlamağı tövsiyə edir. Buna görə də dini inancı olanlar çətinliklərini ürəyində saxlamır və həyata daha asan uyğunlaşırlar. Bu da onların depressiya və stress kimi narahatlıqla daha az üzləşməsini təmin edir».
«Harvard» qəzetində dərc olunan «Əsəb ürəyinizin düşmənidir» adlı məqalədə yer alan məlumatlara görə, əsəbiləşmək ürəyə son dərəcə ziyandır. Tibb sahəsində asisstent-professor İçiro Kavaçi və həmkarları bu həqiqəti müxtəlif test və hesablamalarla elmi cəhətdən sübut edib. Alimlər araşdırmalar nəticəsində xaraktercə əsəbi olan yaşlıların ürək xəstəlikləri riskinə daha sakit həmyaşıdları ilə müqayisədə üç dəfə çox məruz qaldıqlarını müəyyən ediblər. İ.Kavaçiyə görə, «Bərk əsəbilik və əşyaları qırmaq, ya da bir adamla dalaşarkən ona zərər vermək istəyi bu riski artırır». Çünki əsəbilik zamanı stress hormonları çoxalır ki, bu da ürək əzələləri hüceyrələrinin daha çox oksigenə ehtiyac duymasına və qandakı trombositlərin yapışqanlılığının artaraq laxtalanmağa yol açmasına səbəb olurlar. Bu da ürəyin sağlamlığına mənfi təsir göstərir. Həmçinin əsəbilik zamanı ürək döyüntüləri normanı aşır və damarlarda qan təzyiqinin yüksəlməsinə, dolayısilə, infarkt riskinin artmasına səbəb olur. Tədqiqatçılara görə, əsəb və düşmənçilik hissi qanda infeksiya ilə bağlı proteinlərin istehsalını da sürətləndirə bilər. «Psixosomik təbabət» («Psychosomatic Medicine») adlı jurnalda həddən artıq güclü əsəbin infeksiyaya səbəb olan proteinlərin istehsalını artırdığını, bunun da vena damarlarının sərtləşməsinə, dolayısilə, damar tıxacına və infarkta səbəb olduğu bildirilir. Şimali Karolina ştatındakı Dyuke Universitetindən (ABŞ) olan asisstent-professor Edvard Suaresə görə, interleukin 6 (İL-6) proteini çox əsəbi və kefsiz insanlarda normal səviyyədən daha yüksək olur. Qandakı yüksək İL-6 səviyyəsi isə venoza damarların divarlarında yağın yığılmasına, bu da damar tıxaclarının yaranmasına səbəb olur. Suaresə görə, nəticədə, ürək xəstəlikləri siqaretdən istifadə etmə, yüksək təzyiq, köklük və yüksək xolesterol kimi amillərlə yanaşı, stress, əsəb və düşmənçilik kimi psixoloji vəziyyətlərlə də sıx bağlı olur.

    «The Times»da dərc olunan «Əsəb infarkt riskini artırır» sərlövhəli məqalədə asan əsəbiləşməyin infarkta aparan qısa bir yol olduğu, hər şeyə əsəblə reaksiya verən adamların ürək xəstəliklərinə üç, erkən infarkta isə beş dəfə çox məruz qalmaq riski ilə yaşadığı bildirilir. Baltimor şəhərindəki (Merilend ştatı, ABŞ) Con Hopkins Universitetinin alimləri müəyyən edib ki, tez əsəbiləşən insanların ailə üzvləri də ürək xəstəlikləri keçirmək riski ilə üzləşirlər.
      Aparılan bütün tədqiqatlar göstərir ki, əsəbiləşmək insanın, əsasən, sağlamlığına ciddi zərər vuran bir ruh halıdır. Bağışlamaq isə insanın öhdəsindən çətin gələ bildiyi, lakin əsəbiləşməyin bütün mənfi nəticələrini aradan qaldıran, insanın həm fiziki, həm də ruhi cəhətdən sağlam həyat yaşamasına kömək edən gözəl bir davranış tərzi, üstün əxlaqi xüsusiyyətdir. Əlbəttə, bağışlamaq sağlam qalmağa səbəb olan davranışlardan biri və hamının yaşamalı olduğu müsbət bir xüsusiyyətdir. Ancaq bağışlamada əsl məqsəd - hər şeydə olduğu kimi - Allah`ın rizasını qazanmağa münasib olan bir əxlaqı yaşamaq olmalıdır. Müasir dövrümüzdə faydaları elmi cəhətdən müəyyən edilən bu əxlaqi xüsusiyyətin bir çox ayədə bildirilməsi Qurandakı hikmətlərdən yalnız biridir.





72. http://www.almanacnews.com/morgue/1999/1999_06_09.forgive.html; Jennifer Desai, Almanac, 9 Haziran 1999.
73. http://www.almanacnews.com/morgue/1999/1999_06_09.forgive.html; Jennifer Desai, Almanac, 9 Haziran 1999.
74. Frederic Luskin, "Forgiveness ", Healing Currents Magazine, Eylül-Ekim 1996 ; http://www.stanford.edu/~alexsox/4_steps_to_forgiveness.htm
75. Frederic Luskin, "Forgiveness ", Healing Currents Magazine, Eylül-Ekim 1996 ; http://www.stanford.edu/~alexsox/4_steps_to_forgiveness.htm
76. "Hastalar için en iyi ilaç din mi?", Vatan Gazetesi, 4 Kasım 2003; Dr. Herbert Benson, "God&Health", Newsweek.
77. William J. Cromie, "Anger is Hostile To Your Heart", Harvard Gazette Archieves; http://www.news.harvard.edu/gazette/1996/11.07/AngerisHostileT.html
78. William J. Cromie, "Anger is Hostile To Your Heart", Harvard Gazette Archieves; http://www.news.harvard.edu/gazette/1996/11.07/AngerisHostileT.html
79. Peter Lavelle, "Anger trigger to heart disease found?", ABC Science Online, 5 Aðustos 2003; http://www.abc.net.au/science/news/stories/s915243.htm
80. Peter Lavelle, "Anger trigger to heart disease found?", ABC Science Online, 5 Aðustos 2003; http://www.abc.net.au/science/news/stories/s915243.htm
81. Peter Lavelle, "Anger trigger to heart disease found?", ABC Science Online, 5 Aðustos 2003; http://www.abc.net.au/science/news/stories/s915243.htm
82. Mark Henderson, "Anger Raises Risk Of Heart Attack", The Times, London, 24 Nisan 2002; http://www.rense.com/general24/anger.htm
83. Mark Henderson, "Anger Raises Risk Of Heart Attack", The Times, London, 24 Nisan 2002; http://www.rense.com/general24/anger.htm

 

                                                                                                                                          DUA XƏSTƏLƏRİN MÜALİCƏSİNİ SÜRƏTLƏNDİRİR







             «Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə

              sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!» («Mumin» surəsi, 60)



     

       Çağırmaq, istəmək, səslənmək, kömək tələb etmək» mənalarına gələn dua

Qurana görə «insanın ürəkdən səmimi olaraq Allah`a üz tutması,

Ona möhtac bir varlıq olmasını anlamağın şüuru ilə sonsuz güc sahibi,

Rəhman və Rəhim olan Allah`dan kömək istəməsi»dir. İnsan xəstələndiyi vaxt

bu acizliyini daha yaxşı hiss etdiyi, Allah`a yaxınlaşdığı anlardan biridir.

Həmçinin xəstəliklər Allah`ın təqdiri ilə baş verən çox hikmətli bir imtahan,

dünya həyatının fani və qüsurlu olduğunu xatırladan bir xəbərdarlıq,

səbir və təvəkkül edənlər üçün axirətdə bir mükafat mənbəyidir.



       İman gətirməyənlər isə bir xəstəliyə düçar olanda onları həkimlərin, dərman və ya xəstəxananın ən müasir texnoloji imkanlarının sağaltdığını fikirləşirlər. Belələri sağlam olarkən bədənlərindəki sistemi çalışdıran, xəstələnəndə isə şəfa verən gücün, zəruri olan dərmanı, həkimi yaradan gücün Allah olduğunu fikirləşməzlər. Əksər insanlar da həkimin və dərmanların kifayət etmədiyinə əmin olandan sonra Allah`a üz tuturlar. Belə vəziyyətə düşən insan onu üzləşdiyi çətinlikdən yalnız Allah`ın xilas edə biləcəyini başa düşərək ancaq Allah`dan kömək istəyir. Allah bu əxlaqı bir ayədə belə bildirir:





                 «İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər,

                  lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara

                 əməllər beləcə yaxşı göstərildi». («Yunis» surəsi, 12)

      Halbuki, insan sağlam olarkən də, yaxud bir sıxıntı, çətinlik içində olmayanda da dua etməli, Allah`ın ona verdiyi rahatlıq, sağlamlıq və başqa bütün nemətlər üçün şükür etməlidir.

     Dua ilə bağlı çox mühüm bir mövzu da budur. Şifahi dua ilə yanaşı, insanın feili dua kimi də səy göstərməsi çox vacibdir. Feili dua insanın hər hansı bir istəyinə nail olmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə bir adamın şifahi dua ilə yanaşı, mütləq həmin sahənin mütəxəssisi olan həkimə müraciət etməsi, ona faydası olan dərmanlardan istifadə etməsi, zəruri vəziyyət yaranarsa, xəstəxanada müalicə olunması, həkim nəzarətində olması da vacib ola bilər. Çünki Allah dünyada baş verən bütün hadisələri müəyyən səbəblərə bağlamışdır. Dünyadakı və kainatdakı hər bir şey Allah`ın qoyduğu qanun və qaydalar əsasında işləyir. Dolayısilə, hər bir insan bu səbəblərə uyğun olaraq zəruri tədbirlər görməli, amma bunları təsirli edəcək olan gücün yalnız Allah olduğunu bilməli, nəticəni təvəkkül, təslimiyyət və səbirlə Allah`dan gözləməlidir.

      İmanın və duanın xəstələrə müsbət təsiri, onların müalicə mərhələsini sürətləndirməsi həkimlərin də diqqətini cəlb edən və onların da tövsiyə etdiyi bir məsələdir. ABŞ-da dərc olunan məşhur informasiya jurnallarından biri olan «Newsweek» özünün 2003-cü il 10 noyabr tarixli sayında «Allah və sağlamlıq: din yaxşı bir dərmandırmı? Elm nəyə görə inanmağa başlayır?» («God & Health: Is Religion Good Medicine? Why Science is Starting to Believe?») sərlövhəli araşdırmada dinin şəfaverici və sağaldıcı təsir göstərməsi xəbərini sərlövhədən yaymışdır. Allah inancının insanın əhval-ruhiyyəsini yüksəldib onun xəstəlikdən daha asan xilas olmasına yol açması həqiqətinə toxunan məqalə müəllifi elmin də inanclı insanların xəstəliklərdən daha asan və tez yaxa qurtardığına inanmağa başladığını bildirirdi. «Newsweek» jurnalının apardığı sorğunun nəticələrinə görə, insanların 72 faizi dua edərək xəstəlikdən daha asan xilas olduqlarına, duanın sağalma prosesini asanlaşdırdığına inanır. ABŞ və Böyük Britaniyada aparılan tədqiqatlarda da xəstələrin dua etməsinin onların narahatlığını azaltdığı və yaxşılaşma mərhələsini sürətləndirdiyi nəticəsi əldə edilmişdir.



      Miçiqan Universitetinin (ABŞ) araşdırmasına görə, dindarlarda stress və depressiya halları daha az müşahidə edilir. Çikaqodakı Raş Universitetinin (ABŞ) tədqiqatına görə, müntəzəm olaraq ibadət və dua edənlər arasında erkən ölüm hallarının dinə bağlı olmayanlarla müqayisədə 25 faiz az olduğu müəyyən edilmişdir. Dyuk Universitetinin (ABŞ) analoji əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir tədqiqatda da «duanın müalicəvi gücü» elmi şəkildə sübut edilmişdir. Dua oxuyan ürək xəstələrinin əməliyyatdan sonrakı bir neçə il ərzində ölməsi hallarının digərlərinə nisbətən 30 faiz az olduğu müəyyən edilmişdir.



    Uca Allah`ın Quranda bildirdiyi dualardan bəziləri belədir:





  «Bir vaxt Əyyub Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun

    duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan ona bir rəhmət və ibadət edənlərə ibrət

    dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik, bir o qədər də əlavə etdik». («Ənbiya» surəsi, 83-84)





   «Balıq sahibi Yunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi.

    Amma sonra qaranlıqlar içində (balığın qarnında): "Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə,

    həqiqətən, zalımlardan oldum!" - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz

    möminlərə belə nicat veririk!» («Ənbiya» surəsi, 87-88)





   «Zəkəriyyanı da yada sal! Bir vaxt o: "Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!" - deyə yalvarıb Rəbbinə dua

    etmişdi. Biz onun duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli

    işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə dua edərdilər. Onlar Bizə dərin hörmət göstərirdilər». («Ənbiya» surəsi, 89-90)





                      «Həqiqətən, Nuh Bizə dua etmiş, onun duasını necə də gözəl qəbul etmişdik!» («Saffat» surəsi, 75)





       Əvvəl də qeyd etdiyimiz kimi, dua təkcə xəstəlikdən və ya dünyəvi sıxıntı və çətinliklərdən xilas olmaq üçün olmamalıdır. Səmimi olaraq iman gətirən bir şəxs Allah`a həmişə dua etməli və Allah`dan gələcək hər bir cavaba razı olmalıdır. Quranda bir çox ayə ilə bildirilən dua ibadətinin faydalarının bizim dövrümüzdə elmi cəhətdən də sübut olunması Quranın möcüzəvi xüsusiyyətini bir daha göstərir:





      «Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasına cavab verərəm.

        Elə isə onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər».

        («Bəqərə» surəsi, 186)













                                                                                                 DİNDƏN KƏNAR YAŞAMAĞIN NƏTİCƏLƏRİ STRESS VƏ DEPRSSİYADIR





                      «Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...» («Taha» surəsi, 124)





              «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə,

               onun ürəyini sanki göyə çıxan kimi daraldıb sıxıntıya salar. Allah iman gətirməyənlərə pisliyi belə edər!»

                («Ənam» surəsi, 125)



 

       Din əxlaqı yaşamayan insanların Allah`a etibar edib təslim olmamaqları

onların öz həyatını həmişə qəm-kədər, sıxıntı və stress içində keçirməsinə səbəb olur.

Buna görə də onlar kökü, əsasən, psixoloji amillərlə bağlı olan xəstəliklərə düçar olurlar.

Bədənləri çox sürətlə qocalır, qısa müddətdə yaşlanıb çökürlər. Yaşadıqları ruh

düşkünlüyünün təsiri özünü bədənlərinin hər yerində büruzə verir.



       Mömin adamlar isə psixoloji cəhətdən sağlam olduqları, stressə, depressiyaya, ümidsizliyə, bədbinliyə düşmədikləri üçün cismən də daha sağlam və gümrah qalırlar. Belə şəxslərin Allah`a təvəkkül və etibar etməsinin, hər şeyə xeyir nəzəri ilə baxmasının, Allah`ın onlara olan gözəl vəd və müjdələrinin sevincini davamlı olaraq öz daxillərində yaşamağın müsbət təsiri özünü onların fiziki xüsusiyyətlərində də göstərir. Təbii ki, bu söylənənlər dini həqiqi mənası ilə qavrayan və vicdanını tam gücü ilə işlədərək Quran əxlaqını haqqı ilə yaşayanlara aiddir. Əlbəttə, onlar da xəstəliklərə düçar olur və təbii olaraq qocalırlar, ancaq bu vəziyyət başqaları kimi psixoloji səbəblər üzündən çökmək deyil.

Müasir dövrdə əsrin xəstəlikləri adlandırılan stress və depressiya insana yalnız psixoloji baxımdan zərər verməklə kifayətlənməyib özünü onun bədənində də müxtəlif fiziki təsirlərlə göstərir. Stress və depressiya üzündən yaranan narahatlıqlar, əsasən, bəzi əqli xəstəliklər, narkotik maddə aludəçiliyi, yuxusuzluq, dəri, mədə, təzyiq xəstəlikləri, zökəm, miqren, sümük xəstəlikləri, böyrək çatışmazlığı, tənəffüs sistemindəki pozulmalar, allergiyalar, infarkt, beyində böyümə yaranması kimi xəstəliklərdir. Təbii ki, bu xəstəliklərin səbəbləri həmişə stress və ya depressiya olmaya da bilər. Lakin elmi cəhətdən də sübut olunduğu kimi, bunların kökü əksərən psixoloji amillərlə bağlı olur.

       İnsanlar arasında çox geniş yayılan stress, qorxu, inamsızlıq, ümidsizlik, ifrat həyəcan, nigarançılıq, təzyiq kimi hisslərin bədəndəki müvazinəti pozaraq ümumi bir gərginlik yaradır. İnsanlar stressə məruz qalanda bədənləri buna müqavimət göstərir və xəbərdarlıq siqnalı ötürür. Bədəndə dərhal biokimyəvi reaksiyalar başlayır: qandakı adrenalinin səviyyəsi yüksəlir, enerji istehlakı və bədəndəki reaksiyalar maksimum səviyyəyə yüksəlir, şəkər, xolesterol və yağ turşuları qana ötürülür, qan təzyiqi artır və ürəyin döyüntüləri sürətlənir. Qlükoza (şəkər) beyinə istiqamətləndiriləndə xolesterolun miqdarı artır, bu da bədən üçün təhlükə mənasına gəlir. Xüsusilə xroniki stress bədən funksiyalarını dəyişdirdiyi üçün çox böyük zərərə səbəb ola bilər. Stress üzündən bədəndəki adrenalin və kortizolun miqdarı anormal səviyyəyə yüksəlir. Uzun müddət davam edən stressdə kortizol hormonunun yüksəlməsi bəzi xəstəliklərin, məsələn, şəkər xəstəliyi, ürək xəstəlikləri, yuxarı təzyiq, xərçəng, xora, tənəffüs sistemi xəstəlikləri, dəri xəstəlikləri, immunitet sistemi ilə bağlı olan narahatlıqların erkən yaşda ortaya çıxmasına səbəb olur. Kortizol yüksəkliyinin beyin hüceyrələrinə öldürücü təsir göstərə bilər. Stressin səbəb olduğu narahatlıqlar bir mənbədə belə ifadə edilir:

       «Stress və stressin səbəb olduğu gərginlik və ağrı arasında əhəmiyyətli bir əlaqə var. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən nahiyələrinə gedən qanın xeyli azalmasına səbəb olur. Digər tərəfdən, bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur. Çünki ehtimal olunur ki, bir tərəfdən, gərgin toxumanın daha çox oksigenə ehtiyac hiss etməsi, digər tərəfdənsə toxumanın onsuz da kifayət qədər olmayan qanla qidalanması xüsusi ağrı sensorlarını xəbərdar edir. Bu ərəfədə stress zamanı sinir sisteminə təsir edən adrenalin və noradrenalin kimi maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya dolayısilə, əzələlərin gərginliyini artırıb sürətləndirir. Beləliklə, ağrı gərginliyə, gərginlik narahatçılığa, narahatçılıq da ağrının möhkəmlənməsinə səbəb olur».

      Ancaq stressin doğurduğu ən ciddi xəstəliklərdən biri infarktdır. Tədqiqatlar aqressiv, təlaşlı, narahat, səbirsiz, kinli, əsəbi insanların infarkt keçirməsi ehtimalının bu davranışı az olan insanlardan daha çox olduğunu göstərir.Bunun səbəbi isə belədir.

     "Hipotalamusun başlatdığı simpatik sinir sisteminin həddən artıq xəbərdar edilməsi daha artıq insulin ifrazına və dolayısilə, bu insulinin qanda yığılmasına səbəb olur. Bu vəziyyət sağlamlıq baxımından həyati əhəmiyyət kəsb edir. Çünki tac damar xəstəliyinə səbəb olan şərtlərin heç biri qandakı artıq miqdarda olan insulin qədər qəti və dağıdıcı rol oynamır".

Alimlər stress dərəcəsi nə qədər yüksək olarsa, qandakı leykositlərin əks-reaksiyasının da bir o qədər zəiflədiyini bildirir. Oksford Universitetinin (Britaniya) texnologiya transferi bölümündə çalışan Linda Neylorun rəhbərlik etdiyi qrupun hazırladığı test sayəsində stress dərəcəsinin immunitet sisteminə bu mənfi təsiri ölçülüb.

      Stresslə immunitet sistemi arasında da yaxın əlaqə var. Fizioloji stress immunitet sisteminə ciddi təsir edir və immunitet sistemini sıradan çıxarmağa çalışır. Stress altında olan beyin bədənə kortizol hormonun ifrazını artırır və immunitet sistemini zəiflədir. Başqa sözlə, beyin, immunitet sistemi və hormonlar bir-biri ilə bağlıdır. Mütəxəssislər bu haqda belə deyir:

"Psixoloji və ya fiziki stress mövzusundakı çalışmalar uzun müddət davam edən intensiv bir stressin timsalında aparılarkən hormonal balansa bağlı olan immunitetin bu stressə cavabında tənəzzülə məruz qaldığını üzə çıxarmışdır. Xərçəng də daxil olmaqla, bir çox xəstəliklərin yaranmasının və şiddətinin həyati streslərlə bağlı olduğu bilinir".

     Qısası, stress insanın təbii müvazinətini pozan bir vəziyyətdir. Bu fövqəladə vəziyyətin intensivləşməsi bədənin sağlamlığını pozaraq çox müxtəlif narahatlıqlara səbəb olur. Mütəxəssislər stressin insan bədəninə mənfi təsirlərini bu əsas müddəalar şəklində qruplaşdırır:

- narahatçılıq və panika, işlərin nəzarətdən çıxdığı hissinə qapılma;

- davamlı artan tərləmə;

- səsin dəyişməsi, kəkələmək, titrəyə-titrəyə danışmaq;

- hiperaktivlik, ani enerji partlayışları, zəif diabet nəzarəti;

- yatmaqda çətinlik çəkmək, kabus görmək;

- dəri xəstəlikləri - sızanaq, hərarət, sədəf xəstəliyi və ekzema;

- qastrointestinal əlamətlər - həzm pozuntusu, mədə bulanması, mədə xorası;

- əzələ təzyiqləri - qıcırdayan və ya bərkiyən dişlər, çənədə, bel, boyun və çiyinlərdə ağrı;

- aşağı dərəcəli infeksiyalar, zökəm və sairə; - miqren;

- sürətli ürək döyüntüləri, sinə ağrısı, təzyiqin qalxması;

- böyrək çatışmazlığı, su tutma;

- tənəffüs pozuntusu, qısa nəfəs alıb-vermələr;

- allergiyalar;

- oynaq ağrısı;

- ağız və boğaz quruluğu;

- infarkt;

- immunitet sisteminin zəifləməsi;

- beyin bölgəsində kiçilmə;

- özünü günahkar hiss etmək, özünəinamsızlıq;

- beyin qarışıqlığı, düzgün izahlar verə

bilməmək, yaxşı fikirləşə bilməmək, yaddaşın zəifləməsi;

- həddən artıq bədbinlik, hər şeyin mənfiliyə gedəcəyinə inanmaq;

- tərpənmədən bir yerdə dayanmaqda çətinlik çəkmək, mütləq ritm tutmaq;

- diqqəti cəmləyə, fikirlərini toplaya bilməmək;

- əsəbilik, inciklik;

- məntiqsizlik;

- özünü köməksiz, ümidsiz hiss etmək;

- artan və ya azalan iştaha.



      Din əxlaqından uzaq adamların stress adlandırılan sıxıntı ilə yaşaması Allah`ın Quranda bildirdiyi bir vəziyyətdir:



                       «Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar...» («Taha» surəsi, 124)





     Başqa bir ayədə isə Allah «...bütün genişliyinə baxmayaraq, dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allah`dan yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər...» («Tövbə» surəsi, 118) şəklində buyurur.

































           Fiziki və ya psixoloji stress əsnasında adamın adrenal bəzi (böyrək üstü vəzin) Glukokortikoidler hormonlarından bol miqdarda ifraz edər.

               Bu hormonlar əzələlərə əlavə enerji təmin böyümə kimi o an üçün gərəksiz fəaliyyətləri müvəqqəti olaraq dayandırır.

              Şiddətli fiziki stress vəziyyətlərində həyati əhəmiyyətə sahib olan bu hormonlar xroniki psixoloji stress vəziyyətlərində yüksək təzyiq obezite sümük əriməsi,

              mədə xorası kimi stressə bağlı pozuqluqlara yol aça bilir.





     Bu sıxıntılı, müasir terminlə desək, stressli həyat iman gətirməyən şəxslərin imanın qazandırdığı gözəl əxlaqdan uzaq yaşamasının nəticəsidir. Bu gün həkimlər özünü stressin təsirlərindən gözləmək üçün rahat və sakit bir həyat tərzinə, gərginlikdən uzaq sakit bir psixologiyaya malik olmağın vacibliyini bildirir. Rahat və əmin-amanlıq verən bir psixologiya isə ancaq həyatımızda Quranı yaşamaqla mümkündür. Həmçinin Allah Quranda bir çox ayədə iman gətirənlərin üzərinə güvən hissi və əmin-amanlıq göndərdiyini bildirir («Bəqərə» surəsi, 248; «Tövbə» surəsi, 26, 40; «Fəth» surəsi, 4, 18). Rəbbimizin iman gətirən bəndələri üçün vədi isə bir ayədə belə bildirilir:





  «Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik».

   («Nəhl» surəsi, 97)





84. Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Çıkma Yolları, Remzi Kitabevi, 15. basým, s. 162.

85. Jane E. Brody, "Tool of survival is deadly for heart", The New York Times, 23 Mayıs 2002; http://www.iht.com/articles/58687.html
86. Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Çıkma Yolları, Remzi Kitabevi, 15. basım, s. 159.
87. Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Çıkma Yolları, Remzi Kitabevi, 15. basım, s. 169.

                                                                                                                                                                                        İNSANIN DOĞULMASI





















         Quranda insanlar iman gətirməyə çağırılarkən olduqca fərqli mövzulardan bəhs edilir. Allah bəzən göyləri, bəzən Yer üzünü, bəzən heyvanları və bitkiləri insana dəlil kimi göstərir. Bir çox ayələrdə insanın şəxsən dönüb öz yaradılışına baxması məsləhət bilinir. Onun Yer üzünə necə gəlməsi, hansı mərhələlərdən keçməsi və təməl maddəsinin nə olması tez-tez xatırladılır. Məsələn, bir ayədə belə deyilir:





                    "Biz sizi yoxdan yaratdıq. Məgər təsdiq etməzsiniz? Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz?

                      Onu yaradan sizsiniz, yoxsa Biz?!" ("Vaqiə" surəsi, 56/57-59)



 

        İnsanın yaradılışı və bunun möcüzəvi xüsusiyyəti başqa ayələrdə də vurğulanır. Ancaq bu fikirlər arasında elə elmi faktlar var ki, onlar VII əsrdə yaşayan insanların əsla bilmədiyi incəliklərdir. Bunlardan bəzilərini nəzərdən keçirək:

1. İnsan nütfəsi mayenin hamısından deyil, əksinə, çox kiçik bir parçasından (spermadan) yaradılır.

2. Uşağın cinsiyyətini kişi müəyyən edir. 3. İnsan embrionu ana bətninə, adətən, bir zəli kimi yapışır.

4. Uşaq ana bətnində 3 qaranlıq mərhələ içində inkişaf edir.

      Yuxarıda qeyd etdiyimiz məlumatlar Quranın nazil edildiyi dövrdə bilinməsi mümkün olmayan və müşahidə edilə bilməyən incəliklərdir. Həmin dövrün insanları, əlbəttə, doğuşa səbəb olan maddənin cinsi əlaqədən sonra kişidən gələn nütfə ilə əlaqədar olduğunu bilirdilər. Uşağın təqribən 9 aya əmələ gəlməsi də asanlıqla müşahidə edilən, bilinməsi üçün araşdırma tələb etməyən bir mövzu idi. Ancaq yuxarıda bildirdiyimiz məlumatlar o dövr insanının bilik səviyyəsinin fövqündə idi. Bütün bunları yalnız XX əsr texnologiyasından istifadə etməklə kəşf etmək mümkün olmuşdur. İndi bu məlumatları sıra ilə araşdıraq.



                                                                                    Nütfədən bir damla

        Spermalar qadın yumurtalığına çatana qədər ana bətnində çətin bir yol keçirlər.Bu yolda 250 milyon spermanın ncaq 1000-ə qədəri yumurtalığa çatmağa müvəffəq olur. Yarım duz dənəsi böyüklüyündəki yumurta beş dəqiqəlik yarışın onunda spermadan yalnız birini qəbul edir. Yəni insanın özü nütfənin hamısı deyil, onun yalnız kiçik bir hissəsidir.

 





Üstdəki şəkildə rəhmə tökülən meni görülməkdədir. Kişidən atılan 250 milyon qədər spermadan

çox az bir miqdarı yumurtaya çatmağı bacarar. Yumurtanı dölləyəcək olansa, sağ qalmağı

bacaran 1000 qədər spermadan yalnız bir dənəsidir. İnsanın bütün nütfədən deyil, spermanın

içindəki çox kiçik bir parçadan meydana gəldiyi, Qurandakı "tökülən bir damla su

" təyin etməsi ilə xəbər verilmişdir.

Quranda bu həqiqət "Qiyamə" surəsində belə açıqlanır:

            "Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o, tökülən bir qətrə nütfə deyildimi?!"

                 ("Qiyamət" surəsi, 75/36-37)





       Diqqət etsək görərik ki, Quranda insanın nütfənin hamısından deyil, onun yalnız kiçik bir parçasından yaradıldığı xəbər verilməkdədir! Bu ifadədəki xüsusi vurğunun ancaq müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə Quranın Allah`ın kəlamı olduğunun daha bir ciddi dəlilidir.



                                                                                   Nütfədəki mürəkkəblik

      "Nütfə" adlandırılan və spermaları daşıyan qidalandırıcı maye sadəcə olaraq spermalardan əmələ gəlmir. Əksinə, nütfə bir-birindən fərqlənən mayelərin qarışığından yaranır. Bu mayelərin vəzifələri spermanın ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkərə malik olmaqdan, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytrallaşdırmaqdan, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etməkdən ibarətdir.



















    Quranda erkəklik və dişiliyin, "rəhmə tökülən nütfədən" yaradıldığı bildirilmişdir. Halbuki yaxın zamana qədər cinsiyyətin ana hüceyrələri tərəfindən müəyyən edildiyi

    düşünülürdü. Quranda verilən bu məlumatı elm 20-ci əsrdə kəşf etmişdir. Quranda insanın yaradılışı ilə əlaqədar olaraq buna bənzər bir çox detal əsrlər əvvəlindən

                                                                                                                                 xəbər verilmişdir.





     Maraqlıdır ki, Quranda nütfədən bəhs edilərkən müasir elmin ortaya çıxardığı bu həqiqətə də işarə olunur və nütfə qarmaqarışıq bir maye kimi təsvir edilir:





                                "Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik.

                                 Biz onu eşidən, görən yaratdıq". ("İnsan" surəsi, 76/2)





      Başqa ayələrdə isə yenə nütfənin qarışıq bir maddə olmasına işarə edilir, insanın isə bu qarışığın "özəyindən" yaradıldığı vurğulanır:





                  "O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı.

                  Sonra onun nəslini bir özəkdən - bir qətrə zəif sudan əmələ gətirdi." ("Səcdə" surəsi, 32/7-8).





      Burada rastlaşdığımız "özək" kəlməsi ərəb dilində "sulələ", yəni "bir bütövün, tamın ən yaxşı, ən keyfiyyətli bir qismi" deməkdir. Yəni bu kəlmə hansı şəkildə işlədilirsə-işlədilsin, o, "vahidin, tamın, bütövün bir qismi" mənasına gəlir. Bu sadalananlar da Quranın insanın yaradılışını ən incə xırdalığına qədər bilən Allah`ın sözü olduğunu açıq göstərir.



                                                                                    Uşağın cinsiyyəti

       Yaxın vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana hüceyrələri, ya da ən azı ana ilə atadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. Ancaq Quranda bu mövzuda fərqli məlumat verilmiş, erkəkliyin-dişiliyin "bətnə tökülən nütfədən" asılı olması bildirilmişdir:





         "Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən..." ("Nəcm" surəsi, 53/45-46)





       "Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan (ələq) oldu və (Allah) onu yaradıb surət verdi.

             Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı". ("Qiyamət" surəsi, 75/37-39)























  X xromosomu dişilik, Y xromosomu isə erkəklik xüsusiyyətlərini daşıyır. Ana yumurtasında yalnız dişi cinsiyyəti təyin X xromosomu olur. Atadan gələn menide isə həm

   X,  həm də Y xromosomu daşıyan spermalar olur. Bu səbəbdən körpənin cinsiyyəti ananın yumurtasını dölleyen spermanın X və ya Y xromosomu daşımasına asılıdır.  Yəni ayədə ifadə edildiyi kimi körpənin cinsiyyətini təyin faktor, atadan gələn meni. Quranın endirildiyi əsrdə qətiliklə bilinməyəcək olan bu məlumat, Quranın Allah sözü   olduğunu sübut edən dəlillərdən biridir.





         Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə qəti şəkildə təsdiq edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmaması ortaya çıxdı. Cinsiyyəti müəyyən edən əsas amil xromosomlardır. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

İnsanın əmələ gəlməsi kişidə və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalığın mayalanması zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.

       Şübhəsiz ki, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bu məsələlərin heç biri insanlara təfərrüatı ilə məlum deyildi. Bir çox ölkələrdə, bir çox xalqlar arasında hətta belə bir yanlış inanc geniş yayılmışdı ki, uşağın cinsiyyətini guya qadın müəyyən edir, yəni körpənin qız, yaxud oğlan olması guya anadan asılıdır. Qız uşağı doğan qadınların qınanması, onların bəzən incidilməsi və alçaldılması məhz bu yanlış təsəvvürlərdən irəli gəlirdi.

     Halbuki, Quranda insanlara genlərin kəşfindən hələ 14 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir



                                                                  Ana rahmina tutunub duran ələq                     

       "Ələq" - bətndən asılıb qalma İnsanın əmələ gəlməsi haqqında Quranda verilən məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə də bir çox mühüm elmi möcüzələrlə qarşılaşırıq.













Ana qarınındakı körpə, inkişafının ilk mərhələsində anasının qanından b

əslənmək üçün bətn divarına yapışıb tutunan bir zigot halındadır.

Yuxarıdakı şəkil zigotun inkişafına başladığı ilk zamanlar görülməkdədir ..

Müasir embrioloji təsbit etdiyi bu meydana gəlmə, Quranda "asılıb yapışan" mənasını verən, dəriyə yapışıb qan əmən Suluki üçün də istifadə edilən "laxtalanmış" sözüylə 14 əsr əvvəldən möcüzəvi bir şəkildə bildirilmişdir.





       Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi - rüşeym əmələ gəlmiş olur. Biologiyada "ziqota" adlandırılan bu tək hüceyrə əsla vaxt itirmədən bölünərək çoxalacaq və getdikcə kiçik "ət parçası" halına gələcək. Ancaq ziqota bu cür böyüməni boşuna həyata keçirmir. O, ana bətninin divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi bura yapışır. Ziqota özünün inkişafı üçün ehtiyac duyduğu zəruri qida maddələrini məhz həmin köklər sayəsində ananın orqanizmindən əmə bilir. Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başlayan ziqotadan bəhs edərkən "ələq" kəlməsini işlədir:





         "Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı ələqdən yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir".

          ("Ələq" surəsi, 96/1-3)





      "Ələq" kəlməsinin ərəbcədəki mənası isə "bir yerdən asılıb qalan, bir yerdən yapışıb tutan şey" deməkdir. Bu kəlmə dəriyə yapışaraq oradan qan soran zəlilər haqqında da işlədilir.

Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotanın bu xüsusiyyətini açıb göstərən kəlmədən istifadə olunması Quranın aləmlərin Rəbbi olan Allah`ın sözü olmasını bir daha təsdiq edir. 



                                                                        Sümüklərin əzələ ilə örtülməsi

       Quran ayələri ilə çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnindəki əmələgəlmə prosesinin mərhələləri ilə bağlıdır. Ayələrdə körpənin ana bətnində əvvəlcə sümüklərinin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtməsi, sarıması xəbər verilir:







 













                                                        Ana qarınında inkişafını tamamlayan körpənin sümükləri tam olaraq 

                                                                         Quranda xəbər verildiyi kimi müəyyən bir dövr sonra əzələlərlə sarılmaqda.





            "Sonra nütfəni ələqə çevirdik, sonra laxtalanmış qanı (ələqi) bir parça ət etdik, sonra o bir parça əti sümüklərə

             döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq.

             Yaradanların ən gözəli olan Allah nə qədər uludur". ("Muminin" surəsi, 23/14).





      Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə lap elə yaxın zamanlara qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar bu ayələrin elmlə düz gəlmədiyini uzun zaman ərzində iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının nöqsansız şəkildə doğru olduğunu ortaya qoydu. Bu mikroskopik araşdırmalar da göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz ayələrdə izah edildiyi şəkildə, məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir! Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edir.



      Bu proses "Developinq human" ("İnkişaf edən insan") adlı elmi jurnalda belə izah edilir:

"6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər yaranmağa davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır".

     Qısası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam uyğunluq və harmoniya təşkil edir.

Dölün ana bətnindəki inkişafının üç qaranlıq mərhələsi Quranda insanın ana bətnində üç mərhələli bir proseslə yaradıldığı bildirilir:























 



                                                  İnsanın ana bətnindəki inkişafının bir çox mərhələsi Quranda xəbər verilmişdir.

                                                                     Muminun surəsinin 14. ayəsində bildirildiyi kimi ana qarınındakı embrionun i

                                                                   lk mərhələ olaraq qığırdaq toxuması sümüyə çevrilir. Və daha sonra bu sümüklər

                                                                    əzələ hüceyrələri tərəfindən sarılmağa başlanar. Allah bu inkişafı Quranda,

                                                          "... daha sonra o parça ət parçasını sümük olaraq yaratdıq; beləcə sümüklərə də ət ilə örtdük ..

                                                                                              ." ifadəsiylə ən açıq şəkildə təsvir etmişdir.





                                                                     Körpənin qaranlıq 3 mərhələdə inkişafı





                               "...O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır.

                                Bu, sizin Rəbbiniz olan Allah`dır. Hökm Onundur. Ondan başqa heç bir Tanrı yoxdur.

                                                                 Elə isə necə döndərilirsiniz?" ("Zumər" surəsi, 39/6)





      Yuxarıdakı ayədə Azərbaycan dilinə "üç zülmət içində" olaraq tərcümə edilmiş ərəb dilindəki "fi zulumatin səlasin" ifadəsi embrionun inkişafı dövründə üç qaranlıq mərhələnin olmasına işarə edir. Həmin mərhələləri ardıcıllıqla götürəndə onlar:

a) bətnin qaranlığı;

b) rəhmin qaranlığı;

c) döl yatağının qaranlığıdır.

      Göründüyü kimi, bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının, yuxarıdakı ayədə də bildirildiyi kimi, üç fərqli mərhələdə baş verdiyini ortaya qoyub. Bundan əlavə, embriologiya sahəsindəki inkişaf bu mərhələlərin də öz növbəsində üç qatdan meydana gəldiyini sübuta yetirib.

 Bətn divarı da üç təbəqədən meydana gəlir: xarici əzələ təbəqələri, daxili əzələ təbəqələri və çarpaz əzələlər.

Buna oxşar bir formada rəhm divarı da üç təbəqədən ibarətdir: epimetrium, miyometrium və endometrium.

Eyni şəkildə, embrionu əhatə edən pərdə də üç qatdan ibarətdir: amnion (rəhmdə fetusu əhatə edən ən incə qat - amnion), koryon (orta amnion qatı - chorion) və desidia (xarici amnion qatı - decidua).

      Bununla yanaşı, ayədə insanın ana bətnində bir-birindən fərqlənən üç müxtəlif mərhələdə meydana gəlməsinə işarə edilir. Həqiqətən də bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının üç müxtəlif mərhələdə baş verdiyini sübuta yetirib.

      Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti kimi istifadə olunan bütün embriologiya kitablarında bu mövzu ən fundamental araşdırma mövzuları sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan "Basic Human Embriology" ("Əsas insan embriologiyası") adlı kitabda bu həqiqət belə ifadə edilir:



     "Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və ya embriona qədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər) mərhələləri".

































        Zumər surəsinin 6-cı ayəsində insanın ana bətnində birindən digərinə fərqliləşən üç ayrı bölgədə meydana gəldiyinə işarə edilməkdədir. Həqiqətən də bu gün müasir

                                   embriologiya elmi, körpənin ana bətnində embrioloji inkişafının üç fərqli bölgədə reallaşdığını ortaya qoymuşdur.





    Tibbi dildə "trimeester", yəni "üç dövr" adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca şəkildə belədir:



-Preembrionik və ya embriona qədərki mərhələ:

Ziqota, əsasən, "1-ci meester" olaraq xatırlanan bu ilk mərhələdə bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır, hüceyrələr çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.



-Embrionik mərhələ:

"2-ci meester" kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və canlı bu müddət ərzində "embrion" və ya "rüşeym" adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.



-Fetal mərhələ:

Hamiləliyin "3-cü meester"i adlandırılan mərhələyə daxil olanda rüşeym (embrion) artıq "fetus" adlandırılır. Bu mərhələ hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti isə fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici görünüşünə malik olan bir canlıya çevrilməsidir. Mərhələnin başlanğıcında döl 3 sm ölçüdə olsa da, onun bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyədək, inkişaf prosesi isə doğuş həftəsinə qədər davam edir.

Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran ayələrində möcüzəvi şəkildə xəbər verilmişdir. Bəşəriyyətin təbabət sahəsində heç bir müfəssəl biliyə sahib olmadığı dövrlərdə Quranda bu dərəcədə dolğun, ətraflı və səhih bilgilərin verilməsi, şübhəsiz ki, Quranın Allah`ın kəlamı olmasının aşkar sübutudur. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «İnsanın yaradılış möcüzəsi», Türkiyə, «Araştırma» nəşriyyatı)

88. Keith L. Moore, E. Marshall Johnson, T. V. N. Persaud, Gerald C. Goeringer, Abdul-Majeed A. Zindani, Mustafa A. Ahmed, Human Development as Described in the Qur'an and Sunnah, Commission on Scientific Signs of the Qur'an and Sunnah, Makkah, 1992, s. 36.
89. Keith L. Moore, Developing Human, 6. baskı, 1998.
90. http://anatomy.med.unsw.edu.au/cbl/embryo/Notes/git4.htm
91. http://virtual.yosemite.cc.ca.us/uyeshiros/AP50/Repro.htm
92. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, s. 84.
93. Williams P., Basic Human Embryology, 3. baskı, 1984, s. 64.

 









                                                                                                                                                                             İNSANIN SUDAN YARADILIŞI







    "Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir.

                                Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir" ("Nur" surəsi, 24/45)



   "Məgər inkar edənlər göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?!

    Yenə də iman gətirməzlər?" ("Ənbiya" surəsi, 21/30)



  "İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin qadirdir!" ("Furqan" surəsi, 25/54)





















 







         Canlıların və insanın yaradılması ilə bağlı ayələrə nəzər salanda bu cür xəlq edilmənin möcüzəli məsələ olduğunu aydın şəkildə görürük.

       Bu möcüzəli yaradılışın formalarından biri canlıların sudan xəlq edilməsidir. İnsanların əksər ayələrdə qeyd edilən bu həqiqətə yetişməsi isə əsrlər sonra mikroskopun icad edilməsi ilə mümkün olub.

     Bu gün əsas ensiklopediyalarda "Su canlı maddənin ən böyük xassəsidir. Canlı orqanizmlərin kütləsinin 50-90 faizi sudur" ifadələri geniş yer tutur. Bundan əlavə, haqqında bütün biologiya kitablarında bəhs edilən standart bir heyvan hüceyrəsinin sitoplazması (hüceyrənin əsas maddəsi) da 80 faizi sudan ibarətdir. Sitoplazmanın analiz olunub elmi mənbələrdə qeyd edilməsi Quranın göndərilməsindən əsrlərlə sonra baş verib. Dolayısilə, bu gün elm dünyasının qəbul etdiyi bu həqiqətin Quranın göndərildiyi dövrdə bilinməsi, əlbəttə ki, mümkün deyildi. Ancaq buna baxmayaraq, Quranda bu məsələyə insanların onu kəşf etməsindən 14 əsr əvvəl diqqət çəkilib.



                                                                                                                                                          İNSANIN PALÇIQDAN YARADILMASI



 

        Allah Quranda insanın xəlq olunmasının möcüzəli bir formada baş verdiyini xəbər verir. İlk insan Allah`ın palçığı formaya salıb insan bədəni halına gətirməsi və bundan sonra bədənə ruh üfürməsi ilə yaradılıb:



























                       "Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam.

                         Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!"" ("Sad" surəsi, 38/71-72)



                       "İndi soruş: onları yaratmaq çətindir, yoxsa bizim yaratdıqlarımızı? Axı biz onları yapışqan kimi bir 

                                                                 palçıqdan yaratdıq". ("Saffat" surəsi, 37/11)





        Bu gün insanın toxumaları incələnəndə məlum olur ki, bu toxumalarda Yer üzündəki əksər elementlər var. Canlı orqanizmlərin toxumalarının 95 faizi karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və sulfiddən (S) ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, canlıların toxumalarında cəmi 26 element var.

      Quranın başqa bir ayəsində belə buyurulur:





                               "Biz, həqiqətən, insanı süzülmüş palçıqdan yaratdıq". ("Muminun" surəsi, 12)





      Ayədə "süzülmüş" olaraq tərcümə edilən "sulalə" kəlməsi "təmsili nümunə, xas, xülasə, əsas" kimi mənalara gəlir. Göründüyü kimi, 14 əsr əvvəl bildirilənlər müasir elmin bizə dediklərini - insanın yaradılışındakı "xammal"la torpağın özündə ehtiva etdiyi əsas maddələrin eyni olması həqiqətini təsdiqləyir. Aşağıda təxminən 70 kiloqram çəkisi olan bir insanın bədənindəki elementlərin yayılması sxemi yer alır.

                                                                                                                                                            GENLƏRİN PROQRAMLAŞDIRILMASI





         "(Allah) onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona şəkil verdi. Sonra onun üçün yolu asanlaşdırdı".

          ("Əbəsə" surəsi, 80/18-20)





      Yuxarıdakı ayədə olan və "ona şəkil, biçim verdi" olaraq tərcümə edilən "qaddərəhu" kəlməsi ərəb dilində "qadərə" feilinin kökündən yaranır və "ölçüb-biçmək, qurmaq, nizama salmaq, planlamaq, əyarlamaq, proqramlaşdırmaq, gələcəyini görmək, Allah`ın bir şeyi (qədərdə) yazması" mənalarına gəlir.

       Məlum olduğu kimi, atanın sperma hüceyrəsi ananın yumurta hüceyrəsini mayalandıranda atanın və ananın genləri doğulacaq uşağın bütün irsi xüsusiyyətlərini müəyyənləşdirmək üzrə birləşir. Bu isə minlərlə gen deməkdir və onların hər birinin xüsusi bir vəzifəsi var. Saçın və gözün rəngini, boyun uzunluğunu, üzün formasını, skeletlərin örtüyünü, habelə daxili orqanlardakı, beyin, sinir və əzələlərdəki saysız-hesabsız incəlikləri müəyyən edən amil məhz genlərdir. Bütün fiziki xüsusiyyətləri ilə yanaşı, hüceyrələrdə və orqanizmdə meydana gələn minlərlə müxtəlif hadisə və sistemin nəzarəti də genlərdə qeyd edilir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması da genlərdəki məlumatlara bağlıdır.



     Sperma ilə yumurta birləşəndə yaranan hüceyrə ilə yanaşı,

insanın həyatının axırına qədər onun hər hüceyrəsində şifrini daşıyacağı

DNT molekulunun da ilk surəti meydana gəlir. DNT hüceyrənin nüvəsində

həssaslıqla qorunan böyük molekuldur. Bu molekul insan bədəninin

bir növ məlumat bankıdır və özündə haqqında yuxarıda bəhs etdiyimiz

genləri ehtiva edir. "Mayalanmış yumurta" dediyimiz ilk hüceyrə bundan

sonra DNT-də qeyd edilmiş proqrama uyğun olaraq çoxalır və o,

bir insana çevrilmək prosesi çərçivəsində bədəndəki toxumaları,

orqanları əmələ gətirməyə başlayır. Bu kompleks yaradılış

prosesinin koordinasiyası DNT molekulu - karbon,

fosfor, azot, hidrogen və oksigen kimi atomlardan meydana gələn        DNT molekulu 4 fərqli nükleotidin fərqli sıralamalarla ard-arda gələrək

                                                                                                                                                                            sıralanmasında meydana gələr. Bu molekulların vəziyyət canlıların

                                                                                                                                                                             istifadə  edəcəyi bütün zülalların quruluşuyla əlaqədar məlumatları

                                                                                                                                                                             meydana gətirir. Zülallar bu məlumatları istifadə edərək tək başlarına

                                                                                                                                                                              ya da kompleks formalarda çox hücrəli fəaliyyət həyata keçirirlər.

 

      DNT-də qeyd edilmiş məlumatın tutumu isə elm adamlarını heyrətə salacaq ölçüdədir. İnsanın bir DNT molekulunda düz 1 milyon ensiklopediya səhifəsini və ya təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat olur. Başqa ifadə ilə desək, hər bir hüceyrənin nüvəsində insan orqanizminin fəaliyyətinə nəzarət etməyə yarayan 1 milyon səhifəlik bir ensiklopediyanın ehtiva edə biləcəyi qədər məlumat şifrlənib. Bunu əyani bir misalla izah etməyə çalışaraq qeyd edək ki, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britaniya Ensiklopediyasının (Encyclopedia Britannica) cəmi 25 min səhifədən ibarətdir. Mikroskopik hüceyrənin daxilində ondan daha kiçik nüvədəki bir molekulda isə özündə milyonlarla məlumatı ehtiva edən və gizli saxlanılan bir məlumat deposu var ki, o da dünyanın ən böyük ensiklopediyasının 40 misli qədərdir. Bu da dünyada başqa oxşarı, bənzəri olmayan təxminən 1000 cildlik nəhəng bir ensiklopediya deməkdir.

      DNT-nin quruluşunun 1953-cü ildə Frank Krik tərəfindən kəşf edildiyi nəzərə alınsa, embrioloqların XIX əsrin axırlarına qədər öyrənə bilmədiyi "genetik planlama" hadisəsinə Quranda 1400 il bundan əvvəl işarə edilməsi, şübhəsiz ki, Quranın Allah`ın sözü olmasını göstərən daha bir dəlildir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «DNT-dəki Yaradılış möcüzəsi»)



 

                                                                                                                                                                                   MENSTRUASİYA DÖVRÜ

            Menstruasiya dövrü mayalanmamış yumurtanın orqanizmdən kənara atılması dövrüdür. Mayalanma prosesinə əvvəlcədən hazırlanmış rəhm divarı mayalanma həyata keçirmədiyi üçün gərilir və kapillyar damarların qopması ilə birlikdə yumurta xaric edilir. Bu dövrdən sonra bədən bütün bunları yenidən etmək üçün hazırlıqlara başlayır.

          Bu mərhələlərin hamısı müəyyən bir dövr ərzində bütün qadınlarda davamlı olaraq təkrar edilir. Hər ay yeni yumurta hüceyrələri meydana gəlir, eyni hormonlar eyni dövrlərdə təkrar olaraq ifraz edilir. Qadın bədəni sanki tezliklə mayalanma olacaq kimi hazırlanır. Ancaq bədəndəki bu hazırlıqların istiqaməti spermanın olub-olmamasından asılı olaraq son mərhələdə dəyişir.

       Qeyd edilən dövrdə qadın bətnindəki boşluqda hansı dəyişikliklərin olmasını təsbit etmək yalnız bir anatomun və ya ginekoloqun apardığı tədqiqatlarla mümkündür. Alimlərin yaxın tarixlərdə kəşf etdiyi bu dəyişikliklərə "Rəd" surəsinin 8-ci ayəsində möcüzəli şəkildə diqqət çəkilir:





    "Allah hər bir dişi məxluqun nə daşıdığını (nəyə hamilə qaldığını), bətnlərinin nəyi əskildib, nəyi artıracağını bilir. Hər şey

                                                    Onun yanında müəyyən bir ölçü ilədir". ("Rəd" surəsi, 13/8)





      Rəhm divarındakı endometrium təbəqəsi (rəhm mukozası) menstruasiya dövrünün başlanğıcında 0,5 mm qalınlığında olur. Yumurtalıqlar tərəfindən ifraz edilən hormonların təsiri ilə bu təbəqə böyüyür və onun qalınlığı 5-6 millimetrə çatır. Mayalanma olmayanda isə təbəqə tökülür. Yuxarıdakı ayədən də göründüyü kimi, rəhm divarında hər ay təkrar edilən bu artıb-azalmalara Quranda diqqət çəkilir.



                                                                                                                                                                                    HAMİLƏLİK VƏ DOĞUM



     

               "Ölsün nankor olan insan! (Allah) onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona biçim verdi.

                                               Sonra onun üçün yolu asanlaşdırdı". ("Əbəsə" surəsi, 80/17-20)





       Ana bətnindəki uşağın fetus halı tam olaraq 6-cı ayın axırında əmələ gəlir. Bundan sonra rəhm böyümə dövrünə daxil olur. Uşağın bütün əza və sistemləri bu müddət ərzində inkişaf edir və rəhm fetusun böyüməsi üçün lazım gələn qidanı təmin edərək bu inkişafı sürətləndirir. Bu mərhələ fetus ana bətnindən çıxana, yəni doğuma qədər davam edir.

      Adi halda doğum kanalı çox dardır və fetusun buradan keçməsi çox çətindir. Ancaq doğuş zamanı ananın orqanizmində müxtəlif fizioloji dəyişikliklər yaranır. Bu dəyişikliklər fetusun doğuş kanalında asanlıqla hərəkət etməsini təmin edir. Bu dəyişikliklərin bir qismi belədir: çanaq sümüklərindəki oynaqların doğuş kanalını genişləndirmək üçün yumşalması, kanalın daha da genişlənməsi üçün əzələlərin sərbəstləşməsi, fetusun ətrafındakı xüsusi amniotik mayenin (buna "baş suyu" da deyirlər) kanalı yağlaması...



Elmi mənbələrdə doğuşdan əvvəlki bu dəyişiklik belə izah edilir:

        "Dölün dünyaya gəlməsi üçün bütün hazırlıqlar qurtarandan sonra amnion mayesi də doğuş üçün yeni fəaliyyətə başlayır. Rəhmin ağzını genişləndirəcək su kisəciklərini əmələ gətirən amnion mayesi bunun sayəsində rəhmi uşağın oradan keçəcəyi ölçülərə qədər böyüdür. Bu kisəciklər həm də dölün doğuş zamanı rəhmdə sıxılmasına mane olur. Bundan əlavə, doğuşun başlanğıcında kisəciklər deşilir, onların içindəki maye axır, nəticədə isə uşağın gedəcəyi yol sürüşkən olur və təbii bir şəkildə sterlizə edilir. Beləliklə, doğuş həm asan, həm də mikroblardan təbii olaraq təmizlənmiş bir formada həyata keçir".

       Bəlli olduğu kimi, Quranda bu ilahi prosesə "sonra onun üçün yolu asanlaşdırdı" ("Əbəsə" surəsi, 80/20) ayəsi ilə açıq-aşkar işarə edilib. Allah`ın 1400 il əvvəl xəbər verdiyi bu fizioloji dəyişiklikləri, bu prosesin mahiyyətini olduğu kimi anlamaq günümüzdə ancaq bir xeyli texniki vasitə sayəsində mümkün olmuşdur.





95. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, ss. 96-97.

96. Laurence Pernoud, J'attends un enfant, Pierre Horay, Paris, 1995, s. 138.



                                                                                                                                                    İNSAN ƏZALARININ İNKİŞAF ARDICILLIĞI





                     "Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz". ("Muminun" surəsi, 23/78)



             "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və

                                                      qəlb verdi ki, şükür edəsiniz!" ("Nəhl" surəsi, 16/78)



      "De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları

                                      sizə Allah`dan qeyri hansı tanrı qaytara bilər...?"" ("Ənam" surəsi, 6/46)



 "Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkirik. Buna görə, biz onu eşidən, görən yaratdıq"

                                                                                    ("İnsan" surəsi, 76/2)





         Yuxarıdakı ayələrdə Allah`ın insana bəxş etdiyi bəzi duyğu (lamisə) orqanlarından bəhs olunur. Ona diqqət edilməlidir ki, Quranda bu duyğu orqanlarından həmişə müəyyən bir sıra ilə danışılır: eşitmək, görmək, hiss etmək və başa düşmək.

        Embrioloq dr. Keyt Mur "Journal of İslamic Medical Association"da

dərc edilən bir məqaləsində rüşeymin inkişaf mərhələsində daxili qulaqların

ilk halının təyin edilib bilinməsindən sonra məhz gözün əmələ gəlməyə

başladığını ifadə edir.    O, hissetmə və dərketmə (idrak) mərkəzi olan

beyinin isə qulaqdan və gözdən sonra inkişaf etməyə başladığını bildirir.





        Ana bətnindəki uşaq fetus halında olarkən, yəni hamiləliyin 22-ci günü kimi erkən bir dövrdə qulaqlar yaranır və hamiləliyin 4-cü ayında qulaq tam funksional hala gəlir. Fetus bundan sonra ananın qarnındakı səsləri eşidə bilir. Dolayısilə, yeni doğulan bir uşaqda eşitmə hissi həyati əhəmiyyət kəsb edən və böyük funksiyaları yerinə yetirən digər duyğu üzvlərindən daha əvvəl əmələ gəlir. Quran ayələrindəki müvafiq sıralanma da məhz bu yöndən yetərincə diqqət çəkicidir.





97. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, ss. 78-79.

                                                                                                                                      QANIN HƏRƏKƏTİ VƏ SÜDÜN ƏMƏLƏ GƏLMƏSİ



  

       "Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün ibrətlər vardır. Biz onların qarınlarındakı qanla ifrazat

                      arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər". ("Nəhl" surəsi, 16/66)





     Bədənin qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçir. Beləliklə, bu qida maddələri qan dövranı nəticəsində müvafiq orqanlara ötürülür.

Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanır. Buna görə də qan qidaların yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın qan dövranı ilə ötürülməsi nəticəsində əmələ gəldiyi üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qandan və yarımçıq həzm olunmuş qidadan qidalandırıcı süd əmələ gəlir.

















































    Yuxarıdakı cədvəldə mədə kanalından gələn yarı həzm qidalarla damarlardan gələn qanın birləşərək bədənə dağılımı görülməkdədir. Bu qarışığın bir qisimi əzələlərə və

                                    digər bədən toxumalarına dağılarkən, bir qisimi də süd bezlərinə süd olaraq salgılanmak üzrə çatmaqdadır.



        Göründüyü kimi, "Nəhl" surəsinin 66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmələ gəlməsi ilə bağlı şərh edilənlər elmin müasir dövrdə ortaya qoyduğu məlumatlara tam uyğundur. Son dərəcə aydın olan məsələdir ki, insanlar məməlilərin həzm sistemini öyrənmək üçün ixtisaslaşma tələb edən bu məlumatları Quranın göndərildiyi dövrdə bilmək gücündə və imkanında deyildi.


                                                                                                                                                                     MÖCÜZƏVİ MADDƏ - ANA SÜDÜ





               "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı.

                 (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et.

                                                             Axır dönüş Mənədir!"" ("Loğman" surəsi, 31/14)





       Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allah`ın yaratdığı bənzərsiz bir nemətdir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və onun sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir.102 Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.



      Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahısına

zaman keçdikcə yeni-yeni məqamlar əlavə edilir. Tədqiqatlar nəticəsində

məlum olub ki, ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sistemi ilə

bağlı infeksiyalardan tam qorunurlar. Çünki ana südündə elə bənzərsiz

maddə və elementlər (məsələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan

bilavasitə qoruyur.

      Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti də var. Bu xüsusiyyət

"normal flora" deyilən xoşməramlı, "yaxşı" bakteriyalar üçün "dost şəraiti"

yaratdığı halda, zərərli bakteriyaların, virus və parazitlərin körpənin orqanizmində

"məskən salmasına" mane olur. Bundan əlavə, ana südündə uşağın yoluxucu

xəstəliklərə qarşı immunitet sistemini tənzimləyən və onun yaxşı işləməsini

təmin edən amillərin də olması müəyyən edilmişdir.

       Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaşdırıldığı üçün körpənin çox asan həzm edə biləcəyi qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik olsa da, onun həzm edilməsi uşaqların həssas sistemlərinə uyğundur və asandır. Beləliklə, uşaq bu qidaların həzminə daha az enerji sərf edir və elə buna görə də enerjisini orqanizminin başqa fəaliyyətinə, böyüməyə və əzalarının inkişafına yönəldir.

      Körpəsini vaxtından əvvəl doğan anaların südündə isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ, protein, mineral, xlor və dəmir olur. Həmçinin müəyyən edilmişdir ki, öz analarının südü ilə qidalanan vaxtından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti, gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların bir çox üstünlükləri var.

       Ana südünün təzəcə dünyaya gələn körpənin inkişafı üçün zəruri olan xüsusiyyəti onun tərkibində omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ turşuları insan beyninin və retinasının vacib bir tərkibi olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşaması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və körpəlik dövrünün başlanğıcında beyinin və sinirlərin əlverişli şəkildə inkişafı üçün də çox vacibdir. Ana südündə təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə, alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər.


       Bristol Universitetinin (ABŞ) alimləri tərəfindən aparılan tədqiqatlar ana südü ilə qidalanmağın uzunmüddətli faydaları arasında onun təzyiqə müsbət təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin azaldığını ortaya qoymuşdur.  

        Araşdırmanı aparan alimlər ana südünün qoruyucu gücünün onun tərkibindəki maddələrdən qaynaqlandığını bildirir.          «Circulation» adlı tibb jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə damarın tıxanmasının qarşısını alan yağ turşuları var. Ana südü ilə qidalanan uşaqlar daha az natrium istehlak edir və piylənməyə məruz qalmır. Buna görə də ana südünün ürəyin sağlamlığı baxımından müsbət təsirə malik olduğu faktı da ortaya qoyulub.

      Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ) nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Martinin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə çox miqdarda «adiponektin» adlı protein hormonu tapdı.

Belə qəbul olunur ki, qanda çox miqdarda adiponektinin olması infarkt riskinin azalması ilə bağlıdır. Köklük və infarkt keçirmək riski çox olan adamlarda isə qandakı adiponektin miqdarı azdır. Buna görə də ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmişdir. Bununla yanaşı, ana südündə leptin deyilən və yağ metabolizmasında çox vacib bir rol oynayan başqa hormonun da olduğu müəyyən edildi. Alimlərə görə, leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən siqnaldır. Dolayısilə, dr. Martinin sözlərinə görə, körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi, insulin müqaviməti və tac damar narahatlığı kimi xəstəliklərə tutulma riskini azaldır.



                                                                            «Ən təzə qida» ilə bağlı həqiqətlər

         Ana südü ilə bağlı həqiqətlər bununla da məhdudlaşmır. Ana südünün körpəyə verdiyi maddələr körpənin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi də bu dövrə görə fərqli xarakter alır. İdeal temperaturu ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və yağla beyinin inkişafında da mühüm rol oynayır. Bununla yanaşı, ana südündəki kalsium kimi element körpənin sümüyünün inkişafında önəmli rola malikdir.

Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində, ana südünün 90 faizi sudan ibarətdir. Bu da çox vacib bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı, maye kimi suya da ehtiyacı var. Ana südündən başqa istifadə edilən suyun və başqa maddələrin istehlakı prosesində gigiyena təmin edilməyə bilər. Ancaq 90 faizi su olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.



                                                                                          Ana südü və zəka

        Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəkasının inkişafının ana südü ilə bəslənməyən körpələrə nisbətən daha çox olduğunu göstərir. Kentukki Universitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana südü və süni qida ilə böyüyən uşaqlar arasında müqayisə aparan araşdırması nəticəsində müəyyən edilib ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi (İQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların zəkasının inkişafında problem olmur, 8 həftədən az ana südü qəbul edən uşaqlarda isə ana südü zəkanın inkişafına heç bir fayda vermir.

         Ana südü xərçəngin dərmanıdırmı? Aparılan araşdırmalar nəticəsində haqqında yüzlərlə məqalə dərc olunan ana südünün körpələri həm də xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir. Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hüceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut etməklə bu sahədəki tədqiqatların çox böyük potensialının ortaya çıxdığını müəyyənləşdiriblər. İsveçin Lund Universitetində həkim və immunoloq işləyən Katarina Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu qrup adi ana südünün xərçəngin hər növü qarşısında etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir kəşf kimi dəyərləndirib.

       Əvvəlcə, təzə doğulan körpələrdən aldıqları bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfindən yaradılan və pneumonia (zökəm) adlandırılan xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs sistemi infeksiyalarına da daha az məruz qalırlar. Tədqiqatçılar bir-birinin ardınca davam edən çalışmalar nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng növləri üçün də əsaslı olduğunu fərq etdi). Əldə edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür. Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən element isə ana südündə bol miqdarda olan alpha-lac (alphalactalbumin) adlı maddədir. Alpha-lac südün tərkibindəki laktoza şəkərinin yaranmasına kömək edən bir protein tərəfindən meydana gətirilir.



                                                               Bu bənzərsiz nemət uca Allah`ın bir lütfüdür...

         Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması faktıdır.110 Elmin yenicə kəşf etdiyi bu vacib məlumatı Allah bizə Quranda «Uşaqlarını əmizdirməyi tamamlatmaq istəyən analar üçün tam iki il əmizdirirlər...» ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.

      Mühafizəyə və qidalanmağa möhtac doğulan körpə üçün ananın özü ən ideal qida olan ana südünü bədənində yaratmağa qərar verə bilmədiyi kimi, dəyişən qida dəyərlərini də, əlbəttə ki, ananın özü müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və onlara ruzi verən uca Allah ana südünü ananın bədənində körpə üçün yaradır.







98. http://www.uuhsc.utah.edu/healthinfo/pediatric/Hrnewborn/bhrnb.htm

99. http://www.uuhsc.utah.edu/healthinfo/pediatric/Hrnewborn/bhrnb.htm
100. C. Billeaud, D. Bouglé, P. Sarda, N. Combe, S. Mazette, F. Babin, B. Entressangles, B. Descomps, A. Nouvelot, F. Mendy, European Journal of Clinical Nutrition, 1997, c. 51, ss. 520-526
101. "Breast milk 'does cut heart risk'", 1 Mart 2004; http://news.bbc.co.uk/2/hi/health/3523143.stm
102. "Breast milk helps reduce obesity", 2 Mayıs 2004; http://news.bbc.co.uk/2/hi/health/3673149.stm
103. "Breast milk helps reduce obesity", 2 Mayıs 2004; http://news.bbc.co.uk/2/hi/health/3673149.stm
104. http://www.genetikbilimi.com/genbilim/annesutu.htm
105. http://www.icr.org/pubs/imp-259.htm; Rex D. Russell, "Design in Infant Nutrition".



                                                                                                                                           BARMAQ İZLƏRİNDƏKİ "ŞƏXSİYYƏT VƏSİQƏSİ"



       Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət yetirilir:





                          "Bəli, biz onun barmaq uclarını da (yenidən) düzəltməyə qadirik". ("Qiyamət" surəsi, 75/4)





        Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir.

Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız,

tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi

digər insanın barmaq izindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış

insanların barmaq izləri də bir-birindən fərqlidir. Həmçinin eyni  

 DNT düzülüşünə malik olan və eyni yumurtadan yaranan əkizlər də

fərqli barmaq izlərinə sahibdir.



       Barmaq izi doğuşdan əvvəl dölün üzərində son şəklini alır və barmaq onun dəri strukturunu deformasiyaya uğradaraq tamamilə sıradan çıxaran yara almasa, bu izlər ömür boyu sabit qalır. Buna görə də insanlar barmaq izlərini öyrənən elmdən hansısa bir şəxsi müəyyənləşdirmək məqsədilə istifadə edirlər. Bu elm həmin izləri müəyyənləşdirməkdə əsas vasitədir.

       Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.















































106. http://www.ridgesandfurrows.homestead.com/fingerprint.html

107. http://www.ridgesandfurrows.homestead.com/fingerprint.html
108. http://www.optel.com.pl/article/english/article2.htm; A. A. Moenssnens, "Fingerprint Techniques", Chilton Company, 1971.

            

Tək yumurta əkizləri də daxil olmaq üzrə, hər insanın barmaq izi özünə məxsusdur. Başqa bir deyişlə, insanların barmaq uclarında şəxsiyyətləri şifrələnmişdir. Bu şifrələmə sistemini, indiki vaxtda istifadə edilməkdə olan barkod sisteminə bənzətmək də mümkündür.











Barmaq izi ilə şəxsiyyət təyin etmə sistemi (AFS) texnologiyası, son 25 ildir müxtəlif polis orqanları etibarlılığı isbat olunmuş, qanuni olaraq təsdiqlənmiş bir üsul olaraq istifadə edilməkdədir. İndiki vaxtda  əhatəli şəxsiyyət təsbiti işlərində barmaq izi qədər məqsədəuyğun nəticə verən bir texnologiya yoxdur. Barmaq iziylə şəxsiyyət təsbiti son 100 ildir hüquqi proseslərdə istifadə və beynəlxalq etibarlılığı malikdir.

A. A. Moenssnens, Fingerprint Techniques (Barmaq İzi Texnikaları) adlı kitabında barmaq izinin hər insana xüsusi oluşunu bu şəkildə qiymətləndirmişdir: "İndiyə qədər fərqli barmaqlardaki iki barmaq izindən heç birinin bir-biriylə eyni olduğuna rast gəlinməmişdir ..."

                                                                                                                                                                                                      DİŞİ BAL ARISI


        "Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün
        meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif
       rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"" ("Nəhl" surəsi, 16/68-69)


        Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklərindəki yeganə istisna erkək arılarla bağlıdır.
Erkək arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa
kömək etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə arını mayalandırmaqdan ibarətdir.
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək arılar digər arılardakı xüsusiyyətlərin demək olar ki,
heç birinə sahib deyillər və elə buna görə də onların şahzadə arını mayalandırmaqdan savayı bir iş
görməsi də praktiki olaraq mümkün deyil.

   
       Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar şahzadə arılar kimi dişi olsalar da, onların yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. İşçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və körpə arılara qulluq etmək, şahzadə arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi maddələri tədarük etmək və onları ehtiyata ("anbara") yığmaq kimi mühüm vəzifələri var.
        Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur və feillərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Həmçinin yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.
      Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir möcüzəsini də bizə göstərmişdir.

109. Hayvanlar Ansiklopedisi-Böcekler, Phoesbus Publishing Company, İstanbul, 1979, s. 97.
110. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, ss. 68-69.
  
                                                                                                                                                                                                     BALDAKI ŞƏFA



              "Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik.
               Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar
              üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!""
                                                                                       ("Nəhl" surəsi, 16/68-69)



        Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insanlar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir addım öndə gedən ölkələr balın insan səhhəti baxımından əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi olmuşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə almaqla onu belə sıralamaq olar:
Asanlıqla həzm edilir. İçindəki şəkərin bir başqa növ şəkərə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal özündə yüksək miqdarda turşu (asit) ehtiva etsə də, o, ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Eyni zamanda, bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

 











         Sürətlə qana qarışır, sürətli enerji mənbəyidir. Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə, beyinin asan işləməsini təmin edir. Bal fruktoza və qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır. Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə, şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifliyin, yorğunluğun aradan qaldırılmasında ən təsirli üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun atletizmini və enerjisini artırır.
          Qan yaranmasına kömək edir. Bal qan hazırlanması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm bir hissəsini təmin edir. Bundan başqa, qanın təmizlənməsinə də yardım edir. Qan dövranını nizamlamaq və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini itirməsinə qarşı mühüm bir qoruyucudur.
         Balın antimikrob təsir xüsusiyyətləri də var. Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən bakteriyaların və kifin böyüməsinə mane olur. Balın bakteriyanın sığınacaq tapmasına imkan verməyən xüsusiyyəti "inhibinə təsir" adlandırılır. Balın antimikrob olmasını təmin edən çoxlu səbəblər var. Bunlardan mikroorqanizmlərin böyüməsi zəruri olan su miqdarını nizamlayan yüksək şəkərə malik olması, yüksək turşu nisbəti (aşağı rN), bakteriyaların böyüməsi üçün əlverişli şərait yaradan azotdan məhrum edən daxili zənginliyini sadalamaq olar. Balda hidrogen-peroksidin olması və balın özündə ehtiva etdiyi antioksidanlar da bakteriyaların çoxalmasına mane olur.
Bal antioksidandır. Sağlam həyat tərzi keçirmək və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidan istehlak etməsi xüsusilə vacibdir. Antioksidanlar hüceyrələrdə adi metabolizmanın zərərli ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəssislər antioksidan baxımından zəngin olan qidaların ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını alacağına inanırlar. Balın tərkibində də güclü antioksidanlar var: rinocembrin, rinobaxin, chrisin və galagin. Bunlardan rinocembrin ancaq balda mövcud olan antioksidandır.
   
        Bal vitamin və mineral "anbarı"dır. Balın tərkibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı, maqnezium, kalium, kalsium, natrium-xlor, kükürd, dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi üçün balda B1, B2, C, B6, B5 və B3 vitaminləri də var. Bundan başqa, balda az miqdarda mis, yod, dəmir və sink də olur.
        Baldan yaraların müalicəsində istifadə edilir. Yaraların müalicəsində istifadə edilən balın tərkibində havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün sağalma prosesini sürətləndirərək yaranın izinin qalmasının qarşısını alır. Çünki bal yaranın üstünü örtən təzə dərini təşkil edəcək epitel hüceyrələrin böyüməsini sürətləndirir. Beləliklə, böyük yaraların müalicəsində istifadə edilən bal toxumaların köçürülməsinə ehtiyacı aradan qaldırır.
- Bal sağalma mərhələsinə daxil olan toxumaları yenidən böyümələri üçün hazırlayır. Yeni kapillyar damarların əmələ gəlməsini sürətləndirərək dərinin daha dərindəki toxuma bağlarının yerini alan fibroplastların böyüməsini təşviq edir və sağalmağın gücünü çoxaldan liflərin emalını sürətləndirir.
- Balın yaranın ətrafındakı şişi azaldan antienflamatuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə, sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır. - Bal yaranın altındakı toxumalara yapışmır və buna görə də toxumaların cırılması və ağrı baş vermir.
- Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli xəstələrin bədənlərində meydana gələn yaranın və mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.
- Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqavimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik və antibiotiklərin əksinə olaraq, bal yaradakı toxumaların üzərində mənfi təsirlər saxlamır.
Bu məlumatlardan da aydın olduğu kimi, bal şəfaverici təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz ki, bu da sonsuz qüdrət sahibi olan Allah`ın göndərdiyi Quranın möcüzələrindən biridir.


111. http://www.newswise.com/articles/2000/8/HEALER.NHB.html; National Honey Board, 1 Aðustos 2000.
112. http://www.nutritionfarm.com/health_news/1998/antioxidants4.htm; Journal of Apicultural Research, 1998, c. 37, ss. 221-225;http://www.sciencenews.org/sn_arc98/9_12_98/Bob1.htm
113. http://www.sdearthtimes.com/et0100/et0100s17.html
114. http://www.draperbee.com/info/honey_news.htm

​Edilən klinik müşahidələr və təcrübi araşdırmalar nəticəsində, balın antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə sahib olduğu ortaya çıxmışdır. Bal, yaralardaki infeksiyanın və bu bölgədəki ölü hüceyrələrin ağrısız olaraq təmizlənməsində və yeni toxumaların inkişafında son dərəcə təsirlidir. Balın dərman olaraq kullanılışından ən qədim tarixi yazılarda belə bəhs edilməkdədir. İndiki vaxtda da elm adamları və həkimlər balın yaraların müalicəsindəki təsirini yenidən kəşf etməkdən.
20 ildir bal araşdırmasının liderliyini edən və Yeni Zelandiyadakı Waikato Universitetində biokimya professoru olan Dr. Peter Molan, balın antimikrobik xüsusiyyətləri mövzusunda bir mütəxəssis olaraq belə demektedir: "təsadüfi edilən sınaqlar balın yanıq yaralarını infeksiyası nəzarət etmədə, xəstəxanalarda əksəriyyətlə antibakterial məlhəm olaraq istifadəSİ gümüş sülfadiazinden daha təsirlidir və yeni toxumaların inkişafını hərəkətə keçirməkdədir."​

© 2013 by ESI .

bottom of page