top of page

 Q u r a n ı n  k e ç m i ş ə  a i d  x ə b ə r l ə r i

 

 

 

 

                                                                                                                                                            HAMAN VƏ QƏDİM MİSİR ABİDƏLƏRİ
 
 
          Quranda qədim Misir haqqında verilən məlumatların bəziləri yaxın dövrə qədər məxfi qalmış bir çox tarixi faktları aşkara çıxarmışdır. Bu həqiqətlər bizə Quranda hər bir kəlmənin müəyyən bir hikmətə görə işlədildiyini də göstərir.

         Quranda adı Fironla birlikdə çəkilən adamlardan biri də Hamandır. Haman Quranın 6 ayəsində Fironun ən yaxın adamlarından biri olaraq qeyd edilir. 

          Bunun müqabilində Tövratda hz. Musanın həyatından bəhs edilən hissədə
Hamanın adı qeyd olunmur. Ancaq Hamanın adı Qədim Əhdin sonrakı hissələrində
hz. Musadan təxminən 1100 il sonra yaşayan və yəhudilərə zülm edən bir Babil çarının
köməkçisi olaraq qeyd edilib. 

       Quran haqqında məntiqə uyğun olmayan açıqlamalar verən qeyri-müsəlmanların
iddialarının əsassızlığı bir Misir heroqlifinin bundan təxminən 200 il əvvəl oxunması
və qədim Misir yazılı abidələrində "Haman" adının olmasının təsdiqi ilə meydana çıxdı.
Qədim Misir dilində yazılmış kitabələr və yazılar XVIII əsrə qədər oxunmamış qalmışdı,
çünki onları oxumaq mümkün deyildi. 

        Qədim Misir dili heroqliflərdən ibarət idi və bu dil öz mövcudluğunu əsrlər boyu qorumuşdu. Lakin bizim eranın II və III əsrlərində xristianlığın yayılması və onun mədəni təsiri ilə Misir dini kimi dilini də yaddan çıxardı, yazılarda heroqlifdən istifadə etmək praktikası azaldı və tamamilə aradan qalxdı. Heroqlif yazısının işlədildiyi ən axırıncı yazılı abidə bizim eranın 394-cü ilinə aid olan bir kitabədir. Bundan sonra bu dil yaddan çıxdı və bu dildə yazıları oxuya və başa düşə bilən heç kim qalmadı. Ta ki bundan təxminən iki yüz il əvvələ qədər... 

         1799-cu ildə Qədim Misir heroqlifi tapılaraq Rosetta Stone adı verilmiş və bizim eradan əvvəl 196-cı ilə aid bir kitabə olduğu aşkar edilmişdi. Bu lövhənin əsas xüsusiyyəti onun üç fərqli yazı ilə - heroqlif, demotik (heroqlifin əlyazma forması) və yunan dilində yazılmasında idi. Yunan dilində yazılmış mətnin köməyi ilə lövhədəki qədim Misir yazısını oxumağa çalışdılar. Lövhənin tam şəkildə oxunması Jan-Fransua Şampolyon (Yean-Fransoise Champollion) adlı bir fransız tədqiqatçı tərəfindən tamamlanıb başa çatdırıldı. Beləliklə, yaddan çıxarılan bir dil və bu dilin açıqladığı tarix də aydınlaşdı. Bunun sayəsində qədim Misir mədəniyyəti, qədim misirlilərin dini və sosial həyatı haqqında bir çox məlumatlar əldə edildi. 

         Heroqlifin oxunması ilə mövzumuza da bağlı olan çox mühüm bir məlumat da öyrənildi: "Haman" adı həqiqətən də Misir abidələrində qeyd edilirdi. Vyanadakı (Avstriya) Hof Muzeyində olan bir abidə üzərində bu addan bəhs edilir. Bu abidədə Hamanın firona olan yaxınlığı vurğulanır. 

           Bütün abidələrə əsaslanaraq hazırlanan "Yeni çarlıqdakı şəxslər" lüğətində isə Hamandan daş mədənlərində işləyənlərin rəhbəri olaraq bəhs edilirdi. 

           Ortaya çıxan nəticə önəmli bir həqiqəti ifadə edir. Eyni ilə Quranda qeyd edildiyi kimi, Haman hz. Musa dövründə Misirdə yaşayan bir şəxs idi. Quranda da bəhs edildiyi kimi, Haman firona çox yaxın idi və inşaat işləri ilə məşğul olurdu. 

           Quranda Fironun Hamandan qüllə inşa etməyi istəməsini xəbər verən ayə bu arxeoloji kəşflə tam bir uyğunluq təşkil edir: 


        "Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od
       qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən,
                                                                                yalançı sayıram!"" (Qəsəs surəsi, 38) 


            Nəticə olaraq deyək ki, Hamanın adının qədim Misir abidələrində qeyd edilməsi Quranın qeybə hakim olan Allah qatından göndərildiyini bir daha təsdiq edir. Çünki Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdə oxunması mümkün olmayan bu tarixi məlumat Quranda möcüzəli bir şəkildə bizə çatdırılmışdır.
 
 
 
207. Walter Wreszinski, Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien, 1906, J. C. Hinrichs' sche Buchhandlung.
208. Hermann Ranke, Die Ägyptischen Personennamen, Verzeichnis der Namen, Verlag Von J. J. Augustin in Glückstadt, Band I, 1935, Band II, 1952.
                                                                                                                                                                            HZ.MUSA VƏ DƏNİZİN YARILMASI
 
 
           Firon kimi tanınan Misir hökmdarları qədim Misirin çox tanrılı batil dinində tanrı olaraq qəbul edilirdilər. Allah həm Misir xalqının haqq dinin yerinə batil bir sistemi mənimsədiyi, həm də İsrail oğullarını qul halına saldığı bir dövrdə hz. Musanı Öz elçisi olaraq Misir xalqına göndərmişdi. Ancaq başda firon və ətrafı olmaqla qədim misirlilər hz. Musanın haqq dinə dəvətinə baxmayaraq, bütpərəst inancından əl çəkmirdi. Hz. Musa firona və onun yaxın ətrafına nələrdən çəkinməli olduqlarını bildirmiş və onları Allah`ın əzabı haqda agah etmişdi. Bunun əvəzində onlar üsyan edib hz. Musanı dəlilik, sehrbazlıq və yalançılıqda günahlandırmışdılar. Firona və qövmünə çoxsaylı bəlalar verilsə də, onlar Allah`a təslim olmamış, Allah`ı tək olaraq tanrı qəbul etməmişdilər. Hətta başlarına gələnləri hz. Musanın ucbatından olduğunu iddia edərək, onu Misirdən çıxarmaq istəmişdilər. Allah Quranda hz. Musa və onunla birlikdə olan möminlərə belə buyurur: 


     «Musaya belə vəhy etdik: Bəndələrimlə birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!" Firon şəhərlərə (əsgər) yığanlar
     göndərdi. (O, belə deyirdi:) "Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! Onlar bizə qarşı qəzəblidirlər. Biz isə ayıq-sayıq bir camaatıq!"
     Nəhayət, Biz onları (fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq, xəzinələrdən və gözəl yerdən kənar etdik. Onları
     beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların arxasınca düşdülər». (Şüəra
     surəsi, 52-60) 


         Quranda bildirildiyi kimi, bu təqib nəticəsində hər iki tərəf qarşılaşdıqları ərəfədə Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman gətirənləri xilas etmiş, firon və qövmünü isə həlak etmişdir. Allah`ın iman gətirənlərə bu yardımı Quranda belə bildirilir: 


     «Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" Dəniz dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu. O biriləri də ora
      yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət
                  vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!»
                                                                                              (Şüəra surəsi, 63-68) 


        Bu məsələ haqqında yaxın keçmişdə tapılan fironun dövrünə aid olan papiruslarda belə bir məqama rast gəlirik: 

       «Sarayın ağ otağının mühafizəçisi, kitablarının rəisi Amenamonidən katib Petterhora: 

       Bu məktub əlinizə çatan kimi və nöqtəsinə kimi oxunanda ürəyinə təsir edəcək bir halda olan müəllim fəlakəti, girdaba qərq olmaq, fəlakətlərini öyrənərək ürəyini qasırğa qarşısında yarpaq kimi ən şiddətli iztiraba təslim et... 

       ...Müsibət, şiddətli zərurət birdən-birə onu zəbt etdi. Sular içində yuxu, canlını yazıq bir şey etdi... Rəislərin ölümünü, qövmlərin böyüyünün, nəğmələrin və qərblilərin hökmdarının məhv olmasını təsvir et. Sənə göndərdiyim xəbər hansı xəbərlə müqayisə edilə bilər?» 

        Quranda keçmişlə bağlı bildirilən hadisələrin günümüzdə tarixi sübutlarla aydınlaşdırılması, əlbəttə ki, Quranın çox mühüm möcüzəsidir (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Həzrəti Musa»).

        Hz. Musa və İsrail oğullarının Qırmızı dənizdən keçərkən yaşadıqları bu möcüzə bir çox tədqiqatların mövzusu olub. Aparılan arxeoloji araşdırmalarda Misirdən çıxandan sonra Qırmızı dənizə kimi təqib edilən yolla yanaşı, fironla hz. Musa və qövmünün qarşı-qarşıya gəldiyi yerin coğrafi baxımdan dağlarla əhatəli bir məkanda olduğu da müəyyən edilib (ən doğrusunu Allah bilir). 

        Bu məlumatlara istinad edən alimlər bir çox araşdırma və incələmələrdən sonra dənizin iki yerə necə ayrılması məsələsində çox maraqlı nəticələrlə üzləşdilər. Tədqiqatların nəticələri Quranda xəbər verilən hadisə ilə tamamilə uyğun idi. 

        Naum Volzinger və Aleksey Androsov adlı iki rus riyaziyyatçısı hz. Musanın Qırmızı dənizi ortadan iki yerə ayırmasının mümkün olduğunu riyazi yolla sübut etdilər. Rus riyaziyyatçıları bu möcüzənin ehtimal hesabı üzərində dayanan alimlərin əksinə olaraq, möcüzəni yarada biləcək şərtləri incələdi və bu araşdırma onlara möcüzəni təsdiq edən nəticələr verdi. 

       Rusiya Elmlər Akademiyasının bülletenində bu alimlərin açıqlamalarına görə, Qırmızı dənizdə həmin dövrlər dənizin səthinə yaxın nəhəng bir qayalıq var idi. Bunu əsas götürən alimlər qayalığın su səviyyəsinin üstündə qalmasını təmin edəcək fırtınanın gücünü və küləyin sürətini müəyyən etməyə çalışdılar. Araşdırmalar nəticəsində aydın oldu ki, sürəti saniyədə 30 metrə çatan bir külək dənizin çəkilərək qayalığı su səviyyəsinin üstündə tutmasını təmin edə bilər. Rusiyanın Okeanoqrafiya İnstitutunun əməkdaşı olan Naum Volzinger belə olan təqdirdə sayı 600 minə çatan yəhudilərin 7 km uzunluqdakı qayaları təqib edərək 4 saata qarşı sahilə çata biləcəyi qənaətinə gəldiklərini bildirdi. O, yəhudilərin keçməsindən yarım saat sonra isə qayaların təkrarən su altında qaldığını və onların arxasınca gələn misirlilərin də burada boğulduğunu söylədi.222 N.Volzinger A. Androsovla birlikdə İsaak Nyutonun bu sözünə istinad edərək bu araşdırmaya başladıqlarını ifadə etmişdi:«Allah`ın dünyanı fizika qanunları ilə idarə etdiyinə inandım». 

       Yaddan çıxarılmamalıdır ki, bu təbiət hadisəsinin həmişə olmaq ehtimalı var. Allah`ın istəyi ilə küləyin sürəti, yeri və zamanı kimi şərtlər lazım olduğu şəkildə həyata keçəndə bu möcüzə təkrarən baş verə bilər. Ancaq buradakı əsl möcüzəli məqam bu hadisələrin hz. Musanın və İsrail oğullarının tam məğlub olacaqları bir anda baş verməsidir. Hz. Musanın və onunla birgə olan qövmün keçəcəyi əsnada suların çəkilməsi, firon və ordusu keçərkən isə suların təkrar qalxması Allah`ın möminlərə yardımının aşkar bir nümunəsidir. Həmçinin hz. Musa bu çətin anda Allah`a güvənərək çox gözəl əxlaq nümunəsi nümayiş etdirmişdir: 


                                «İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "Artıq yaxalandıq!" (Musa) dedi:
                                      "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"» (Şuəra surəsi, 61-62)  
 
 
 
 
 
 
 
 
 
 
 

 

                                                                                                                                                                                                  Firona aid kraliyet avtomobili Misirdə muzeydə sərgilənir,

                                                                                                                                                                             bu avtomobilin bənzərini dənizin ikiyə ayrıldığı yerdə edilən araşdırmalarda tapıldı.

Xəritədə Hz. Musanın Misirdən çıxdıqdan sonra izlədiyi yol və dənizi keçdiyi 

təxmini görüntü. Qrafikdə dənizin dayaz və dərin yerləri göstərilmişdir.  

Sina yarımadası və Ərəbistan tərəfindən bir-birinə ən yaxın olan hissələri bu nöqtədə.   

         

 

 

 

209. British Museum, 6 no'lu Mısır papirüsü.

210. Galina Stolyarova, 20 Ocak 2004, "City Scientists Say Red-Sea Miracle Can Be Explained", The St. Petersburg Times, www.sptimes.ru/archive/times/936/top/t_11445.htm; Galina Stolyarova, 21 Ocak 2004, "Mathematicians Dissect a Miracle", The Moscow Times, http://www.themoscowtimes.com/stories/2004/01/21/003.html
211. Galina Stolyarova, 20 Ocak 2004, "City Scientists Say Red-Sea Miracle Can Be Explained", The St. Petersburg Times, www.sptimes.ru/archive/times/936/top/t_11445.htm; Galina Stolyarova, 21 Ocak 2004, "Mathematicians Dissect a Miracle", The Moscow Times, http://www.themoscowtimes.com/stories/2004/01/21/003.html

                                                                                                                                         FİRONA VƏ ONUN ƏTRAFINA GƏLƏN BƏLALAR
 
 
        Firon və onun yaxın ətrafı öz çox tanrılı sistemlərinə, bütpərəst inanclarına elə bağlı idilər ki, hz. Musanın möcüzələrlə gəlməsi də onları bu batil inanclarından döndərə bilməmişdi. Üstəlik, onlar bunu açıq-aşkar ifadə edirdilər:


     "Onlar: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!" - dedilər". (Əraf surəsi, 32) 
 

       Bu hərəkətlərinin əvəzində Allah onlara dünyada da bir əzab daddırmaq üçün ayənin ifadəsi ilə desək, ayrı-ayrı möcüzələr (Əraf, 133) olaraq fəlakətlər yolladı. Bunlardan birincisi, quraqlıq və yığılan məhsulların azalması idi. Mövzu ilə bağlı Quran ayəsində belə bildirilir:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

   Misirdə, 19-ci əsrin əvvəllərində Orta Krallıq dövrünün sonlarına aid bir papirus tapıldı. Tapılan papirus Hollandiyadakı Leiden Muzeyinə aparıldı və A. H. Gardiner   tərəfindən 1909da tərcümə edildi. Papirusun hamısı Admonitions of an Egyptian from a Heiratic Papyrus in Leiden (Leiden'deki Papirüste Bir misirlilərin nəsihət) adlı kitabda yer almaqdadır. Papirüste Misirdəki böyük dəyişikliklər; aclıq, quraqlıq, kölələrin Misirlilərin sərvətləriylə qaçışı və ölkə səviyyəsindəki ölümlər təsvir edilir. Papirüs, Ipuwer adındakı bir Misirli tərəfindən yazılmışdı və buradakı izahatlardan bu adamın Misirdəki fəlakətlərə şəxsən şahid olduğu aydın olurdu. 218 Bu papirus çox mənalı olaraq fəlakətləri, Misir kübar cəmiyyətinin ölümünü, Fironun dağıtmasını izah edən bir əl yazmasının.

 
 
 
               "Biz firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar!"
                                                                                         (Əraf surəsi, 130) 
 


         Misirlilər öz əkin sistemlərini Nil çayına nəzərən qurmuşdular və bunun sayəsində də təbii şərtlərin dəyişməsi onlara elə də təsir etmirdi. Ancaq fironun və onun yaxın ətrafının Allah`a qarşı təkəbbürlük etməsi və Allah`ın peyğəmbərini tanımaması səbəbi ilə onlara gözlənilmədən bir fəlakət gəlmişdi. Ancaq ayədə də bildirildiyi kimi, onlar bundan nəsihət alıb fikirləşmələri lazım ikən, baş verən bu fəlakətləri hz. Musanın və İsrail oğullarının gətirdiyi bir uğursuzluq kimi qəbul etdilər. Bundan sonra Allah onlara ardıcıl şəkildə fəlakətlər göndərdi. Bu fəlakətlər Quranda belə bildirilmişdir:


          "Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə
                                                     sığışdırmayıb günahkar bir tayfa oldular". (Əraf surəsi, 133) 


        Quranda Misir xalqının başına gələn bu müsibətlərlə bağlı bildirilənlər orta çarlıq dövründən qalma bir papirusun XIX əsrin əvvəllərində Misirdə tapılması ilə bir daha də təsdiq edildi. Bu papirus tapılandan az sonra - 1909-cu ildə Hollandiyanın Leyden muzeyinə aparılıb A.H.Qardiner tərəfindən oxundu. Papirusda Misirdəki qıtlıq, quraqlıq kimi fəlakətlərdən və qulların Misirdən qaçışından bəhs edilir. Bundan əlavə, qeyd etdiyimiz papirusun müəllifi İpuverin (İruwer) də bu hadisələrin şahidi olması üzə çıxır. Misir xalqının başına gələn fəlakətlər zənciri Quranda bəhs edilən qıtlığın və qanın göndərilməsi kimi müsibətlə çox uyğundur.

                                  Allah`ın Quranda bildirdiyi bu fəlakətlərdən İpuver papiruslarında belə bəhs edilir: 

"Fəlakətlər bütün məmləkəti sarsıtmışdı. Hər yerdə qan var idi".

"Çay qan oldu". 

"Dünən gördüyüm hər şey məhv olmuşdu. Torpaqlar biçilmiş kimi çılpaq idi..." 

"Misirin aşağısı məhv oldu... Bütün saray viranə qaldı. Sahibi olan hər şey: buğda və arpa, qazlar və balıqlar..." 

"Həqiqətən, əkin hər yerdə məhv oldu..." 

           Torpaqlar - bütün iğtişaş və gurultuya baxmayaraq... Doqquz gün ərzində saraydan heç bir çıxış yox idi və heç kim o şəxsin üzünü görə bilmədi... Şəhərlər qüvvətli axınlar tərəfindən yerlə-yeksan oldu... Yuxarı Misir viranə qalmışdı,... hər yerdə qan var idi. Ölkədə yoluxucu xəstəliklər baş qaldırdı... Bu gün, həqiqətən də, heç kəs şimala - Biblosa (Byblos) gedə bilmirdi. Mumiyalarımız üçün nə edəcəyik? ...Qızıl azalır. 

İnsanlar sudan qorxmağa başlamışdı. Hətta su içəndən sonra da susayırdılar. 

"Budur suyumuz! Xoşbəxtliyimiz! Edə biləcəyimiz nə var? Hər şey talan edilib!" 

"Şəhərlər dağıldı. Yuxarı Misir qurudu". 

"Yaşayış məskənləri bir dəqiqə ərzində alt-üst oldu". 

         Yalnız XX əsrdə xəbər tutduğumuz bu papirusda firon və onun qövmünün başına gələn bəlalardan danışılan bilgilərin Qurandakı analoji məlumatlarla böyük paralellik təşkil etməsi Quranın ilahi bir mənbəyə malik olmasını bir daha göstərir.
 
 
 
212. http://www.ohr.org.il/special/pesach/ipuwer.htm
213. http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer 2:5-6.
214.http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer 2:10.
215. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 5:12.
216. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 10:3-6.
217. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 6:3.
218. http://www.ohr.org.il/special/pesach/ipuwer.htm
219. http://www.mystae.com/restricted/streams/thera/plagues.html; Admonitions of Ipuwer.
220. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 2:10.
221. http://www.students.itu.edu.tr/~kusak/ipuwer.htm; Admonitions of Ipuwer 3:10-13.
222. http://www.geocities.com/regkeith/linkipuwer.htm; Admonitions of Ipuwer 2:11.
223. http://www.geocities.com/regkeith/linkipuwer.htm; Admonitions of Ipuwer 7:4.
                                                                                                                                         HZ. MUSADAN SEHRBAZ KİMİ BƏHS EDİLMƏSİ
 
 
         Firon dövründən qalma papiruslarda hz. Musadan "sehrbaz" olaraq bəhs edilir. (Qeyd etdiyimiz papiruslar İngiltərədə Britaniya muzeyində (British Museum) saxlanmaqdadır). Firon və onun tərəfdarları bütün səylərinə baxmayaraq hz. Musaya heç vaxt üstün gələ bilməmişdilər.

         "Bu ədalətin idarəçisi Günəşin oğlu Ammonun böyük qardaşı olan və atası Günəş kimi həmişə yaşayan Ramzesin çarlığı dövründə yeddinci paynı ayının ikinci günü yazıldı... Bu məktubu alanda qalx işə başla, tarlalara nəzarət işini öz üzərinə götür. Taxılın (dənli bitkilərin) hamısını məhv edən bir su daşqını kimi yeni bir bəlanın xəbərini alanda başını işlət (yəni düşün). Hemton onları acgözlüklə yeyərək məhv etdi, anbarlar deşildi, siçanlar tarlalarda sürü halındadır, birələr qasırğa şəklindədir, əqrəblər acgözlüklə yeyirlər, kiçik milçəklərin vurduğu yaralar sayılmayacaq qədər çoxdur. Və əhalini hüznlü edir... Scribe (Scribe ingilis dilində "yəhudi alimi" deməkdir. Burada nəzərdə tutulan çox güman ki, hz. Musadır) külli miqdarda taxılı məhv etmək məqsədinə nail oldu... Sehrlər onlar üçün çörəkləri kimidir. Scribe... yazı sənətində insanların birincisidir".

                        Hz.Musadan sehrbaz olaraq bəhs edilməsi Quranda "Zuxruf" surəsində bu ayələrdə xəbər verilir:
 

    "Onlar dedilər: "Ey sehrbaz! Səninlə olan əhdin hörmətinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik!""                                                                                                (Zuxruf surəsi, 49) 
   "Onlar dedilər: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!"" (Əraf surəsi, 132)
                                                                                                                                                                           SODUM VƏ QOMORRA ŞƏHƏRLƏRİ
 
 
       Lut Peyğəmbər İbrahim Peyğəmbərlə eyni dövrdə yaşayıb. Hz. Lut hz. İbrahimə qonşu olan bir qövmə elçi kimi göndərilmişdi. Quranda bildirildiyinə görə, bu qövm o günə qədər dünyada tayı-bərabəri olmayan bir azğınlıqla, homoseksuallıqla məşğul olurdu. Hz. Lut həmin qövmə bu azğınlıqdan əl çəkməyi məsləhət görüb onlara Allah`ın ilahi təbliğini gətirəndə onu yalançı olmaqda ittiham etdilər. Onlar yenə də öz azğınlıqlarına davam etdilər. Bunun nəticəsində də həmin qövm dəhşətli bir müsibətə düçar olunaraq məhv edildi.
 

               "Lut bir zaman öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz?
                               Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!" ...
                                   Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" (Əraf surəsi, 80-84) 
 


                          "Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən,
                      Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq". (Ənkəbut surəsi, 34-35) 


        Hz. Lutun yaşadığı və sonra yerlə-yeksan edilmiş bu şəhərin Tövratda bildirilən adı Sodomdur. Qırmızı dənizin şimalında yaşayan bu qövmün Quranda yazılanlara uyğun bir şəkildə məhv edildiyi məlum olur. Aparılan arxeoloji qazıntılardan məlum olduğu kimi, şəhər bugünkü İsrail-İordaniya sərhədi boyunca uzanan Duz gölünün (Ölü dənizin) yaxınlığında yerləşib. Alimlərin tapıntılarına görə, bu sahə çoxlu sayda kükürdlə örtülmüşdür. Buna görə də bütün bölgədə heyvan və ya bitki olaraq heç bir həyat nişanəsinə rast gəlinmir və bu yer bir xarabalıq rəmzinə çevrilib. 

        Məlum olduğu kimi, kükürd vulkan partlayışları ilə ortaya çıxan bir elementdir. Həmçinin Quranda bildirilən məhv edilmə formasının zəlzələ və vulkan partlayışları olmasına dair açıq-aşkar dəlillər var. Alman arxeoloqu Verner Keller (Werner Keller) bu yer haqqında bunları bildirir: 

       "Bu yerdə bir gün özünü göstərən çox böyük partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla yanaşı, dəhşətli zəlzələ baş vermiş və Siddim vadisi ilə birlikdə Lut qövmünün şəhərləri yerin dərinliklərinə qərq edilmişdir..." 

        Bu zəlzələ zamanı yer qabığının çatlayıb çökməsi həmin qabığın altında yatan vulkanlara asanlıqla yol açmışdır. Şəriənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir. Burada əhəng qatlarının üzərində geniş lava və bazalt təbəqələri yer alır.

        Bu lava və bazalt təbəqələri bir vaxtlar burada vulkan partlayışının və zəlzələnin olmasını göstərən ən böyük sübutlardır. Lut gölü və ya başqa adı ilə desək, Ölü dəniz, əslində, aktiv bir seysmik bölgənin, yəni bir zəlzələ qurşağının düz üstündə yerləşir: 

       Ölü dənizin altı Rift vadisi deyilən tektonik mənşəli bir çöküntünün içində yerləşir. Bu vadi şimalda Təbəriyyə gölündən cənubda Arabah vadisinin ortasına qədər uzanan 300 kilometrlik bir sahədə yerləşir.

        Lut qövmünün məruz qaldığı fəlakətin texniki tərəfləri geoloqların tədqiqatları nəticəsində üzə çıxıb. Həmin araşdırmalara əsasən, Lut qövmünü yer üzündən silən zəlzələ uzun bir Yer qabığı çatlaması (fay xətti) nəticəsində baş vermişdir: Şəriə çayının yatağını təşkil edən 190 kilometrlik məsafə boyu bu çay üst-üstə cəmi 180 metrlik bir enişə malikdir. Bu vəziyyət və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağıda olması burada bir vaxtlar böyük geoloji hadisənin baş verdiyini göstərən mühüm dəlillərdəndir. 

        Şəriə çayı ilə Lut gölünün belə bir qəribə quruluşu da Yer kürəsinin bu bölgəsindən keçən bir yarığın və ya çatın ancaq bir hissəsindən ibarətdir. Bu çat Toros dağlarının ətəklərindən başlayır, cənuba doğru Lut gölünün cənub sahillərindən və Ərəbistan səhrasının üzərindən Aqabə körfəzinə qədər uzanır, oradan da Qırmızı dənizi keçərək Afrikada qurtarır. Bu uzun çöküntünün uzanıb getdiyi yerlərdə güclü vulkan hərəkətlərinin olduğu üzə çıxır. Belə ki, İsraildəki Cəlilə dağlarında, İordaniyanın yüksək ovalıqlarında, Aqabə körfəzində və başqa yaxın yerlərdə qara bazalt və lavalar aşkar edilmişdir. Bütün bu qalıqlar və coğrafi xüsusiyyətlər Lut gölündə böyük geoloji hadisənin baş verdiyini göstərir. 

    "National Geograrhic" jurnalının 1957-ci ilin dekabr ayında dərc edilən sayında mövzu ilə bağlı bu ifadələr öz əksini tapmışdır: 

       "Sodom təpəsi Ölü dənizə tərəf yüksəlir. Heç kim indiyə qədər yox olan şəhərləri - Sodomu və Qomorronu tapa bilmədi, lakin alimlərin fikrincə, bu şəhərlər qayalıqların qarşısındakı Siddim vadisində yerləşirlər. Onlar böyük ehtimalla Ölü dənizin daşqın sularının və zəlzələnin altında qalmışdılar". 

        Viranə qalmış bu şəhərlə əlaqədar işarə edilən məlumatlardan biri də "Hicr" surəsinin 76-cı ayəsində yer alır. Həmin ayədə də bildirildiyi kimi, bu şəhərlər hələ də əsas yolun üzərində yerləşirlər. Coğrafiyaçılar bu yerin Ərəbistan yarımadasından Suriya və Misirə qədər uzanan, Ölü dənizin cənub-şərqində bir əsas yol üzərində yerləşdiyini müəyyən ediblər (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).


  «Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki,      neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (şəhər) yolun üstündə hələ də durmaqdadır! Bunda iman gətirənlər üçün də sözsüz ki, bir                                                                                          ibrət dərsi vardır!» (Hicr surəsi, 74-77)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

233. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Conformation of the Book of Books), William Morrow, New York, 1956.
234. "Le Monde de la Bible", Archeologie et Histoire, Temmuz-Aðustos 1993.
235. G. Ernest Wright, "Bringing Old Testament Times to Life", National Geographic, c. 112, Aralık 1957, s. 883.

 

                                                                                                                                                                                                                      HİCR XALQI
 
 
        Quranda haqqında bəhs edilən xalqlar barəsində ən çox məlumata malik olduğumuz qövmlərdən biri Səmud qövmüdür. Tarixi mənbələr Səmud adlı bir qövmün, həqiqətən, yaşadığına eyham edir. Quranda haqqında bəhs edilən Hicr xalqı ilə Səmud qövmünün, əslində, eyni xalq olduğu zənn edilir. Çünki Səmud qövmünün başqa adı da "Əshabi-Hicr"dir. Elə isə "Səmud" kəlməsi bir xalqın adı, Hicr şəhəri isə bu xalqın qurduğu şəhərlərdən biri ola bilər. Həmçinin yunan coğrafiyaçısı Plininin əsərlərində də bu məlumatlar eyni cür əks olunub. Plini Səmud qövmünün məskən saldığı yerlərin Domatha və Heqra olduğunu qeyd etmişdir ki, bu ərazilər də günümüzdəki Hicr şəhəridir.

        Səmud qövmündən söz açan ən qədim tarixi mənbə Babil şahı II Sarqonun bu qövmə qarşı müharibədə qazandığı qələbələrdən bəhs edən Babilin dövlət qeydləridir. B.e.ə. VIII əsrdə Sarqon Şimali Ərəbistana təşkil etdiyi hücumdan sonra onlara qalib gəlmişdi. Yunanlar da bu qövmdən bəhs edir. Bu qövmün adı Aristotel, Batlamyus və Plininin yazılarında "Thamudaei", yəni "Səmudlar" olaraq qeyd edilir. Səmudların izi isə Peyğəmbərimizdən (s.ə.v.) əvvəl - eramızın təxminən 400-600-cü illəri arasında tamamilə silinmişdir. 

        Günümüzdə İordaniyanın Rum vadisində (başqa adı ilə desək, Petrada) bu qövmün daş sənətinin ən gözəl nümunələrini görmək mümkündür. Həmçinin Quranda Səmud qövmünün daş sənətində malik olduğu ustalığından belə bəhs edilir: 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

                                                                                                                                İordaniyadakı məşhur Petra qalıqları

 

 

 

 

                   "(Saleh tayfasına dedi: "Allah`ın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz,
                         dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allah`ın nemətlərini yada salın,
                                                             yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"" (Əraf surəsi, 74)
 
 
 
  İndiki vaxtda İordaniyadakı Rum Vadisi ya da digər bir adıyla Petrada bu qövmün daş işçiliyinin ən gözəl nümunələrini  görmək mümkündür. Necə ki Quranda da Səmud qövmünün daş işçiliyindəki ustalıqlarından belə bəhs edilir.
 
 
         "And olsun Hicr xalqı da göndərilən (elçi) ləri də təkzib etmişdilər. Onlara ayələrimizi verdiyimiz də ondan üz döndərdilər.  
              Dağlarda etibarlı evlər yonturlardı. Deyərkən səhər vaxtına girdiklərində, onları o dözülməz qışqırıq yaxaladı. Buna  
                 baxmayaraq qazandıqları şeylər, (gördükləri sondan xilas olmaq üçün) onlara bəs etmədi."    (Hicr surəsi, 80-84)
 
 

        
 
                                                                                                                                                                                                                İRƏM ŞƏHƏRİ
 
 
        1990-cı illərin əvvəllərində dünyanın tanınmış qəzetləri çox mühüm bir arxeoloji qazıntıya "Möhtəşəm ərəb şəhəri tapıldı", "Əfsanəvi ərəb şəhəri tapıldı", "Qumluqların Atlantidası - Ubar" başlıqları ilə geniş yer ayırdılar. Bu maraqlı arxeoloji tapıntının əhəmiyyətini xeyli artıran məsələ isə həmin şəhərin adının Quranda çəkilməsi idi. O vaxta qədər isə Quranda haqqında bəhs edilən Ad qövmünün bir əfsanə olduğunu və ya heç vaxt tapılmayacağını fikirləşən bəzi adamlar bu yeni tapıntıdan sonra heyrətə gəldilər. Quranda bəhs edilən həmin şəhəri tapmış şəxs isə həvəskar arxeoloq Nikolas Klapp idi.

        İxtisasca ərəbşünas və sənədli filmlər rejissoru olan Nikolas Klapp ərəb tarixi ilə bağlı apardığı tədqiqatlar zamanı ingilis tədqiqatçısı Bertram Tomas tərəfindən 1932-ci ildə yazılan "Arabia Felix" adlı bir kitaba rast gəlmişdi. "Arabia Felix" romalıların Ərəbistan yarımadasının cənubunda olan və dövrümüzdə Yəməni və Omanı əhatə edən bölgəyə verdiyi ad idi. Yunanlar bura "Eudaimon Arabia", orta əsrlərdəki ərəb alimləri isə "əl-Yəmən əs-Səidə" deyirdilər. Bu adların hamısı "şanslı, bəxtli ərəblər" mənasına gəlirdi. Çünki qədim dövrlərdə bu yer Hindistanla Şimali Ərəbistan arasındakı ədviyyat ticarətinin mərkəzi sayılırdı. Bundan başqa, həmin yerdə yaşayan tayfalar nadir tapılan və həmin dövrlərdə qızıl dəyərində olan "kəhribar" adlı bir bitkini yığır və onun satışı ilə məşğul olurdular.

         Öz kitabında bu məlumatlara geniş yer ayıran ingilis tədqiqatçısı Bertram Tomas Ad qövmünün yaşadığı Ubar şəhərinin qalıqlarının olduğu bölgəyə bir elmi ekspedisiya təşkil etmişdi. Bu vaxt səhrada yaşayan bədəvilər B.Tomasa Omanın sahilə yaxın bir yerində həmin bölgədə qədim bir cığırın olduğunu göstərmiş və cığırın Ubar adlı çox qədim bir şəhərə aid olduğunu bildirmişdilər.

        Ubarda aparılan arxeoloji qazıntılarda Quranda haqqında bildirilən çoxlu sənət abidələri və yüksək mədəniyyət əsərləri tapılmışdı. İngilis tədqiqatçısı Ubarın mövcudluğunu sübut etmək üçün iki ayrı üsuldan istifadə etdi. Əvvəlcə, mövcudluğu bədəvilər tərəfindən bildirilən cığırın izlərini tapdı. NASA-ya müraciət edərək bu bölgənin peyk vasitəsi ilə çəkilməsini xahiş etdi. Bundan sonra da Kaliforniyanın Hantinqton Kitabxanasında saxlanılan qədim kitabə və xəritələri tədqiq etməyə başladı. Qısa araşdırmadan sonra Misir-yunan coğrafiyaşünası Batlamius (Batlamyus) tərəfindən bizim eranın 200-cü ilində çəkilmiş bir xəritəni aşkara çıxardı. Xəritədə bölgədə olan qədim bir şəhərin yeri və bu şəhərə tərəf gedən yollar göstərilmişdi. Bu vaxt NASA-nın çəkdiyi şəkillərdə yerdən adi gözlə görünməsi mümkün olmayan, ancaq havadan bir bütöv şəkildə görünən bəzi yol izləri ortaya çıxmışdı. Həm qədim xəritədə təsvir olunan yollar, həm də peykdən çəkilmiş şəkillərdən görünən yollar bir-biri ilə üst-üstə düşüb kəsişirdi. Bu yolların qurtardığı yer isə qədimdə bir şəhər olduğu bilinən geniş bir sahə idi. 

         Beləliklə, bədəvilərin şifahi olaraq bəhs etdikləri hekayələrə mövzu olan əfsanə şəhərin yeri tapıldı. Qazıntılar nəticəsində qumların içindən bir şəhərin qalıqları çıxmağa başladı. Buna görə də bu itmiş şəhər "Qumluqların Atlantidası - Ubar" şəklində adlandırıldı. 

          Bu qədim şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olmasını sübut edən əsl dəlil isə şəhərin qalıqları idi. Bu dağılmış şəhərin Quranda haqqında bəhs edilən Ad qövmü və İrəmin sütunları olması faktı dağıntıların birinci olaraq aşkarlanmasından etibarən təsdiqlənmişdi. Çünki qazıntılarda ortaya çıxarılan abidələr arasında Quranda mövcudluğuna diqqət çəkilən uzun sütunlar da yer alırdı. Qazıntını aparan qrupdan dr. Zarins də bu şəhəri başqa arxeoloji tapıntılardan fərqləndirən cəhətin yüksək sütunlar amili ilə bağlı olmasını və dolayısilə, bu şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olan İrəm olduğunu bildirirdi. 

                                                                                      Quranda İrəmdən belə bəhs edilir: 
 


                                       "Məgər görmürsənmi ki, Rəbbin nələr etdi Ada (Ad qövmünə)?! Sütunlar sahibi İrəmə?!
                                                     Məmləkətlər arasında onun kimisi yaradılmamışdı". (Fəcr surəsi, 6-8) 
 


          Göründüyü kimi, Quranda keçmişlə əlaqədar verilən məlumatların tarixi faktlarla bu cür uyğunluq təşkil etməsi və öz təsdiqini tapması Quranın Allah`ın kəlamı olduğunun başqa bir sübutudur. 
                                                                                                                                                                                   QURANDA FİRON KƏLİMƏSİ
 
 
          1990-cı illərin əvvəllərində dünyanın tanınmış qəzetləri çox mühüm bir arxeoloji qazıntıya "Möhtəşəm ərəb şəhəri tapıldı", "Əfsanəvi ərəb şəhəri tapıldı", "Qumluqların Atlantidası - Ubar" başlıqları ilə geniş yer ayırdılar. Bu maraqlı arxeoloji tapıntının əhəmiyyətini xeyli artıran məsələ isə həmin şəhərin adının Quranda çəkilməsi idi. O vaxta qədər isə Quranda haqqında bəhs edilən Ad qövmünün bir əfsanə olduğunu və ya heç vaxt tapılmayacağını fikirləşən bəzi adamlar bu yeni tapıntıdan sonra heyrətə gəldilər. Quranda bəhs edilən həmin şəhəri tapmış şəxs isə həvəskar arxeoloq Nikolas Klapp idi.

         İxtisasca ərəbşünas və sənədli filmlər rejissoru olan Nikolas Klapp ərəb tarixi ilə bağlı apardığı tədqiqatlar zamanı ingilis tədqiqatçısı Bertram Tomas tərəfindən 1932-ci ildə yazılan "Arabia Felix" adlı bir kitaba rast gəlmişdi. "Arabia Felix" romalıların Ərəbistan yarımadasının cənubunda olan və dövrümüzdə Yəməni və Omanı əhatə edən bölgəyə verdiyi ad idi. Yunanlar bura "Eudaimon Arabia", orta əsrlərdəki ərəb alimləri isə "əl-Yəmən əs-Səidə" deyirdilər. Bu adların hamısı "şanslı, bəxtli ərəblər" mənasına gəlirdi. Çünki qədim dövrlərdə bu yer Hindistanla Şimali Ərəbistan arasındakı ədviyyat ticarətinin mərkəzi sayılırdı. Bundan başqa, həmin yerdə yaşayan tayfalar nadir tapılan və həmin dövrlərdə qızıl dəyərində olan "kəhribar" adlı bir bitkini yığır və onun satışı ilə məşğul olurdular.

         Öz kitabında bu məlumatlara geniş yer ayıran ingilis tədqiqatçısı Bertram Tomas Ad qövmünün yaşadığı Ubar şəhərinin qalıqlarının olduğu bölgəyə bir elmi ekspedisiya təşkil etmişdi. Bu vaxt səhrada yaşayan bədəvilər B.Tomasa Omanın sahilə yaxın bir yerində həmin bölgədə qədim bir cığırın olduğunu göstərmiş və cığırın Ubar adlı çox qədim bir şəhərə aid olduğunu bildirmişdilər.

        Ubarda aparılan arxeoloji qazıntılarda Quranda haqqında bildirilən çoxlu sənət abidələri və yüksək mədəniyyət əsərləri tapılmışdı. İngilis tədqiqatçısı Ubarın mövcudluğunu sübut etmək üçün iki ayrı üsuldan istifadə etdi. Əvvəlcə, mövcudluğu bədəvilər tərəfindən bildirilən cığırın izlərini tapdı. NASA-ya müraciət edərək bu bölgənin peyk vasitəsi ilə çəkilməsini xahiş etdi. Bundan sonra da Kaliforniyanın Hantinqton Kitabxanasında saxlanılan qədim kitabə və xəritələri tədqiq etməyə başladı. Qısa araşdırmadan sonra Misir-yunan coğrafiyaşünası Batlamius (Batlamyus) tərəfindən bizim eranın 200-cü ilində çəkilmiş bir xəritəni aşkara çıxardı. Xəritədə bölgədə olan qədim bir şəhərin yeri və bu şəhərə tərəf gedən yollar göstərilmişdi. Bu vaxt NASA-nın çəkdiyi şəkillərdə yerdən adi gözlə görünməsi mümkün olmayan, ancaq havadan bir bütöv şəkildə görünən bəzi yol izləri ortaya çıxmışdı. Həm qədim xəritədə təsvir olunan yollar, həm də peykdən çəkilmiş şəkillərdən görünən yollar bir-biri ilə üst-üstə düşüb kəsişirdi. Bu yolların qurtardığı yer isə qədimdə bir şəhər olduğu bilinən geniş bir sahə idi. 

          Beləliklə, bədəvilərin şifahi olaraq bəhs etdikləri hekayələrə mövzu olan əfsanə şəhərin yeri tapıldı. Qazıntılar nəticəsində qumların içindən bir şəhərin qalıqları çıxmağa başladı. Buna görə də bu itmiş şəhər "Qumluqların Atlantidası - Ubar" şəklində adlandırıldı. 

          Bu qədim şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olmasını sübut edən əsl dəlil isə şəhərin qalıqları idi. Bu dağılmış şəhərin Quranda haqqında bəhs edilən Ad qövmü və İrəmin sütunları olması faktı dağıntıların birinci olaraq aşkarlanmasından etibarən təsdiqlənmişdi. Çünki qazıntılarda ortaya çıxarılan abidələr arasında Quranda mövcudluğuna diqqət çəkilən uzun sütunlar da yer alırdı. Qazıntını aparan qrupdan dr. Zarins də bu şəhəri başqa arxeoloji tapıntılardan fərqləndirən cəhətin yüksək sütunlar amili ilə bağlı olmasını və dolayısilə, bu şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olan İrəm olduğunu bildirirdi. 

                                                                                        Quranda İrəmdən belə bəhs edilir: 


                                           "Məgər görmürsənmi ki, Rəbbin nələr etdi Ada (Ad qövmünə)?! Sütunlar sahibi İrəmə?!
                                                       Məmləkətlər arasında onun kimisi yaradılmamışdı". (Fəcr surəsi, 6-8) 


           Göründüyü kimi, Quranda keçmişlə əlaqədar verilən məlumatların tarixi faktlarla bu cür uyğunluq təşkil etməsi və öz təsdiqini tapması Quranın Allah`ın kəlamı olduğunun başqa bir sübutudur.
 
 
 

224. http://www.islamic-awareness.org/Quran/Contrad/External/josephdetail.html;
http://www.islaam.com/Article.asp?id=40.

 

                                                                                                                                                                                                                 NUH TUFANI
 
 
      «Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı».                                                                                            (Ənkəbut surəsi, 14) 


        Hz. Nuh Allah`ın ayələrindən uzaqlaşaraq Ona şərik qoşan tayfasını yalnız Allah`a qulluq etmələri və azğınlıqdan əl çəkmələri barədə xəbərdar etmək məqsədilə göndərilmişdi. Hz. Nuh qövmünə Allah`ın dininə tabe olmaları üçün dəfələrlə nəsihət verdiyi və onları Allah`ın qəzəbinə qarşı bir neçə dəfə xəbərdar etdiyi halda onlar hz. Nuhu yalançılıqda ittiham etmiş və şirk qoşmağı davam etdirmişdilər. Bundan sonra, Allah hz. Nuha inkar edərək zülm edənlərin suda boğularaq əzab veriləcəyini, iman gətirənlərinsə xilas ediləcəyini xəbər vermişdir. Nuh qövmünün həlakı və iman gətirənlərin xilası Quranın bir ayəsində belə bildirilir:


      «Onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə                                                           batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər». (Əraf surəsi, 64)
 
 

       Haqqında danışılan əzab anı yetişəndə yerdəki su mənbələri güclü yağışlarla birləşərək nəhəng bir daşqına səbəb olmuşdu (ən doğrusunu Allah bilir). Quranda Allah`ın hz. Nuha həlak olmamışdan əvvəl belə vəhy etdiyi bildirilir:
 


  «Biz ona belə vəhy etdik: "Nəzarətimiz altında və vəhyimiz üzrə gəmi düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər     heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini           gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar». (Muminun surəsi, 27) 
 


         Hz. Nuhun gəmisinə minənlərdən başqa, - hz. Nuhun yaxınlıqdakı bir dağa sığınaraq xilas olacağını güman edən oğlu da daxil olmaqla - bütün qövmü suda qərq oldu. Tufandan sonra sular çəkiləndə gəmi Quranda bildirildiyinə görə, Cudidə, yəni hündür bir yerdə dayanmışdı: 


                    «"Ey yer! Suyunu ud! Ey göy! Sən də saxla!" - deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və:
                                                               "Zalımlara da məhv olsunlar!" -deyildi». (Hud surəsi, 44) 


        Allah`ın göndərdiyi və təhrif olunmayan yeganə müqəddəs kitab olan Quranda tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə bəhs edilənlərdən çox fərqli şəkildə qeyd edilir. Təhrifə məruz qalan Tövratda bu tufanın ümumbəşəri olduğu və bütün dünyanı əhatə etdiyi bildirilir. Halbuki, Quranda tufanın dünyanın hər tərəfini əhatə etməsi ilə bağlı bir ifadə yoxdur. Əksinə, ayələrdən tufanın lokal olduğu və dünyanın hər tərəfini deyil, təkcə hz. Nuhu yalançılıqda ittiham edən qövmün cəzalandırıldığı aydın olur. Həlak olanlar hz. Nuhun təbliğini rədd edən və üsyan etməyə davam edən qövm idi. Bununla bağlı ayələr belədir: 


   «Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi açıq-aşkar çəkindirən bir peyğəmbərəm! Allah`dan
                başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!"» (Hud surəsi, 25-26)
 
 

       «Onu yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə batırdıq.
                                                                 Onlar, həqiqətən, kor bir camaat idilər». (Əraf surəsi, 64) 
 
 

                                                       «Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik.
                                       Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik». (Əraf surəsi, 72)
 
 

        Aydın olduğu kimi, Quranda bütün dünyanın deyil, təkcə Nuh qövmünün həlak edildiyi bildirilir. Təhrif edilən Tövrat və İncildəki izahların düzəldilmiş həqiqi hallarının çatdırılması da Quranın tamamilə Allah`ın dərgahından göndərilən bir kitab olduğunu sübut edir. 

       Tufanın baş verdiyi güman edilən ərazidə aparılan arxeoloji qazıntılar da tufanın bütün dünyanı əhatə edən ümumbəşəri bir hadisə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına alan çox geniş bir bəla olduğunu göstərir. Bundan başqa, Quranda gəminin tufandan sonra Cudiyə oturduğu bildirilir. «Cudi» kəlməsi bəzən xüsusi bir dağ adı kimi işlədilir, halbuki ərəb dilində «hündür yer, təpə» mənasına gəlir. «Cudi» kəlməsinin bu mənasından suların ancaq müəyyən bir səviyyəyə qalxdığı, dünyanın bütün quru səthini əhatə etmədiyi aydın olur. Yəni tufanın təhrif olunan Tövratda və başqa əfsanələrdə bəhs edildiyi kimi, bütün Yer səthini və dünyadakı bütün dağları bürümədiyini, təkcə müəyyən bir bölgəni əhatə etdiyini Qurandan öyrənirik. 

                                                                                   Tufanın arxeoloji sübutları 
          Bir sivilizasiyanın bir anda məhv olub yer üzündən silinməsi nəticəsində -istər təbii fəlakət, qəfil köç və ya bir müharibə olsun- bu mədəniyyətə aid izlər daha yaxşı qorunur. İnsanların evləri və gündəlik həyatda istifadə etdikləri əşyalar qısa vaxt ərzində torpağın altında qalır. Bununla da onlar uzun müddət insan əli dəymədən qorunur və gün üzünə çıxarılmaları ilə keçmişdəki həyat haqqında vacib ip ucu verirlər.

       Nuh tufanı ilə bağlı bir çox dəlilin günümüzdə ortaya çıxarılması da bunun sayəsində mümkün olub. B.e.ə. 3000-ci illər ərəfəsində baş verdiyi güman edilən tufan bütün sivilizasiyaları bir anda məhv edərək bunun yerinə tamamilə yeni bir sivilizasiya yaranmasını təmin etmişdir. Beləliklə, tufanın açıq dəlilləri bizim ondan ibrət almağımız üçün minilliklər boyunca qorunub. Mesopotamiya ovalığını əhatə edən tufanı tədqiq etmək üçün çoxlu qazıntı işləri aparılıb. Bölgədə aparılan qazıntılarda əsasən, 4 şəhərdə böyük bir tufan nəticəsində baş verə biləcək selin izlərinə rast gəlinir. Bu şəhərlər Mesopotamiya ovalığının əsas şəhərləri Ur, Uruk, Kiş və Şuruppakdır. Bu şəhərlərdə aparılan qazıntı işləri onların hamısının b.e.ə. 3000-ci illərdə güclü bir daşqına məruz qaldığını göstərir. 

      Hazırda Tel-Əl-Muhayər adlandırılan Ur şəhərində aparılmış qazıntılarda əldə edilən maddi mədəniyyət nümunələrinin ən qədiminin tarixi b.e.ə. 7000-ci illərə qədər gedib çıxır. İnsanların ilk mədəniyyət qurduğu yerlərdən biri hesab edilən Ur şəhəri tarix boyunca bir çox mədəniyyətlərin bir-birinin ardınca gəlib keçdiyi bir yaşayış məskəni olub. Ur şəhərində aparılmış qazıntılarda ortaya çıxarılan arxeoloji tapıntılar buradakı mədəniyyətin çox böyük daşqın nəticəsində məhv olduğunu, bundan bir müddət sonra təkrarən yeni sivilizasiyaların yaranmağa başladığını göstərir. Leonard Uoley «British Museum» və Pensilvaniya Universiteti (ABŞ) tərəfindən müştərək aparılan bir qazıntı işinə rəhbərlik etmişdi. Bu qazıntı Bağdadla Bəsrə körfəzi arasındakı səhranın ortasında aparılırdı. «Readers Digest» jurnalında L.Uoleyin qazıntılarından belə bəhs edilir: 

 

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            Arxeoloji tapıntılara görə,

                                                                                                                          Nuh Tufanı Mesopotamiya düzənliyində meydana gəlmişdi.

                                                                                                                          Düzənliyin o zamanki bu şəkli günkindən fərqli idi.

                                                                                                                          Üstdəki qrafikdə, düzənliyin bugünkü sərhədləri

                                                                                                                          qırmızı kəsik xəttlə ifadə edilmişdir.

                                                                                                                          Qırmızı kəsik xəttin gerisində qalan geniş

                                                                                                                           bölgənin isə o zamanlar dənizə daxil olduğu bilinməkdədir.

 
 
 
 
 
        «Qazıntı aparılan ərazidə getdikcə çox vacib bir tapıntı ortaya çıxarılmışdı. Bu, Ur şəhərinin krallar qəbiristanlığı idi. Tədqiqatçılar Şumer hökmdarlarının və əsilzadələrin basdırıldığı bu qəbiristanlıqda bir çox əfsanəvi sənət əsərlərinə rast gəldilər. Miğfərlər, qılınclar, musiqi alətləri, qızıldan və bahalı daşlardan hazırlanan sənət abidələri... İşçilər palçığa dönmüş kərpiclərin arasından bir metrə qədər dərinlikdən girdi və saxsı çömçələr çıxarmağa başladılar. Və sonra qəfildən hər şey dayandı». 

        Uoley belə yazırdı: «Daha nə saxsı, nə çömçə, nə də kül var idi. Təkcə suyun gətirdiyi təmiz palçıq vardı».

       Uoley qazıntını davam etdirdi, iki metr yarım təmiz gil təbəqəsindən keçilərək dərinliyə gedildi və sonra birdən fəhlələr, ...bu dövrün insanları tərəfindən düzəldilən zımpara daşından alətlər və saxsı çömçə qırıntılarına rast gəldilər. Palçıq təmizlənəndən sonra altında qalmış bir mədəniyyət üzə çıxdı. Bu isə bölgədə böyük bir subasmanın, yəni daşqının baş verdiyini göstərirdi. Bundan başqa, mikroskopik analiz təmiz gildən qalın bir təbəqənin qədim Şumer mədəniyyətini məhv edəcək qədər güclü və böyük bir tufan tərəfindən bura atıldığını göstərirdi. «Gilqames» dastanı ilə Nuhun hekayəti Mesopotamiya səhrasında qazılan bir quyuda ortaq bir mənbədə birləşirdi.

      Maks Mallovan qazıntı işlərinə rəhbərlik edən L.Uoleyin fikirlərini belə qeyd edirdi:«Uoley bir zaman kəsiyində yaranmış bu qədər böyük bir gil kütləsinin böyük bir daşqının nəticəsi ola biləcəyini bildirmiş rəngli saxsı küp işlədən xalqı tərəfindən qurulmuş Şumer Uru ilə Əl-Ubaidin şəhərlərini ayıran sel təbəqəsinin əfsanəvi tufanın qalıqları olduğu qənaətinə gəlmişdi».

         Bu məlumatlar tufanın təsir etdiyi yerlərdən birinin Ur şəhəri olduğunu göstərir. Alman arxeoloqu Verner Keller isə haqqında danışılan qazıntının əhəmiyyətini bu cür ifadə edir:«Mesopotamiyada aparılan arxeoloji qazıntılarda palçıqlı bir təbəqənin altından şəhər qalıqlarının çıxması burada bir sel olduğunu sübut edir».

        Tufanın izləri olan Mesopotamiyanın başqa bir şəhəri isə bu gün Tel Əl-Uhaymer adlandırılan şumerlilərin Kiş şəhəridir. Qədim Şumer mənbələrində bu şəhər «Böyük tufandan sonra hakimiyyətə gələn ilk xanədanlığın paytaxtı» kimi qeyd edilir. Hazırda Tel Əl-fara adlandırılan Cənubi Mesopotamiyadakı Şuruppaq şəhəri də tufanın aşkar izlərini daşıyır. Bu şəhərdəki arxeoloji qazıntılar 1920-1930-cu illərdə Pensilvaniya Universitetindən Erix Şmidt tərəfindən aparılmışdı. Qazıntılarda b.e.ə. 3000-2000-ci illər arasında mövcud olan bir sivilizasiyanın yaranması və inkişafı müxtəlif təbəqələrdə asanlıqla görülür. Mixi yazılarından aydın olurdu ki, bu ərazidə b.e.ə. 3000-ci illərdə mədəni cəhətdən çox inkişaf etmiş bir xalq yaşayıb.

         Ən mühüm cəhət isə bu şəhərdə də b.e.ə. 3000-2900-cu illər ərəfəsində böyük bir daşqının baş verməsinin məlum olması idi. Şmidtin çalışmalarını anladan Mallovan belə deyir: «Şmidt 4-5 metr dərinlikdə gil və qum qarışığı olan sarı torpaqdan sonra bir təbəqəyə çatdı (bu təbəqə sellə birlikdə olmuşdu). Bu təbəqə böyük kəsiyinə görə ova səviyyəsinə yaxın bir səviyyədə yer alır və təpənin hər yerindən izlənə bilirdi...» 

          Şmidt, Cəmdət Nasr dövrünü Qədim krallıq dövründən ayıran gil və qum qarışığı təbəqəni «tamamilə çay mənşəli bir qum» kimi qeyd edərək onu Nuh tufanı ilə əlaqələndirmişdi.242 Qısası, Şuruppaq şəhərində aparılan qazıntılarda da təxminən b.e.ə. 3000-2900-cu illərə uyğun gələn bir selin qalıqları ortaya çıxarılmışdır. Başqa şəhərlərlə yanaşı, Şuruppaq şəhəri də, ehtimal ki, tufanın təsirinə məruz qalmışdı.243
 
 

                                                                                                                Mesopotamiya düzənliyində edilən qazıntılarda,

                                                                                                                torpağın dərinliklərində 2,5 metr qalınlığında bir

                                                                                                                palçıq-gil təbəqəsinin varlığı ortaya qoyuldu.

                                                                                                                Bu palçıq-gil təbəqəsi, böyük ehtimalla

                                                                                                                Tufan anında suların daşıdığı gil kütleleriydi və

                                                                                                                dünyada yalnız  esopotamiya Ovası'nın altında vardı.

 
 
 
                 
       Tufana məruz qalan axırıncı yaşayış məskəni Şuruppaqın cənubunda yerləşən və hazırda Tel Əl-Varqa adlandırılan Uruq şəhəridir. Bu şəhərdə də digərləri kimi bir sel təbəqəsinə rast gəlinir. Bu sel təbəqəsi də b.e.ə. 3000-2900-cü illərə uyğun gəlir. 

       Məlum olduğu kimi, Dəclə və Fərat çayları Mesopotamiyanı başdan ayağa kəsib keçir. Aydın olur ki, hadisə ərəfəsində bu iki çay və irili-xırdalı bütün su mənbələri daşmış, bunlar yağış suları ilə birləşərək böyük bir sel yaratmışdı. Bu hadisə Quranda belə xəbər verilir: 


         «Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb oradan bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən
   edilmiş bir iş üçün bir-birinə qovuşdu. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik». (Qəmər surəsi, 11-13) 


          Aparılan tədqiqatların nəticələri dəyərləndiriləndə tufanın bütün Mesopotamiya ovalığını əhatə etdiyi məlum olur. Tufanın izlərini daşıyan Ur, Uruq, Şuruppaq və Kiş şəhərlərinin mədəniyyətini ardıcıllıqla tədqiq edərkən bunların bir xətt üzərində yerləşdiyini görürük. Bundan başqa, b.e.ə. 3000-ci illərdə Mesopotamiya ovalığının coğrafi quruluşu indikindən daha fərqli idi. Həmin dövrdə Fərat çayının yatağı indikinə nisbətən şərqdə yerləşirdi. Bu axın istiqaməti də Ur, Uruq, Şuruppaq və Kişdən keçən bir xəttə uyğun gəlir. Dolayısilə, qeyd edilən ərazidə Fərat çayının daşdığı və bu 4 şəhəri yerlə-yeksan etdiyi aydın olur (ən doğrusunu Allah bilir). 

        Allah Nuh tufanını insanlara bir ibrət olması üçün müxtəlif xalqlara göndərdiyi peyğəmbərlər və kitablar vasitəsilə agah etmişdir. Ancaq bu məlumatlar hər dəfə təhrif edilmiş və tufan hadisəsinə mistik-mifoloji çalarlar əlavə edilmişdir. Arxeoloji tapıntılarla uyğun gələn və onları təsdiq edən yeganə mənbə isə Qurandır. Bunun səbəbi Allah`ın Quranı heç bir kiçik dəyişikliyə də məruz qoymadan qorumasıdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).
 
 
225. Fred Warshofsky, "Ur of the Chaldees", Readers Digest, Aralık 1977.
226. Max Mallowan, Noah's Flood Reconsidered, Iraq, c. XXVI-2, 1964, s. 70.
227. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Confirmation of the Book of Books), William Morrow, New York, 1956, s. 40.
228. "Kiþ", Ana Britannica, c. 13, s. 361.
229. "Şuruppah", Ana Britannica, c. 20, s. 311.
230. Max Mallowan, Early Dynastic Period in Mesapotamia, Cambridge Ancient History 1-2, Cambridge, 1971, s. 238.
231. Joseph Campbell, Dou Mitolojisi, Ankara, 1993, s. 129.
232. Bilim ve Ütopya, Temmuz 1996, s. 176.

© 2013 by ESI .

bottom of page