top of page

Q U R A N I N   E L M İ   M Ö C Ü Z Ə L Ə R İ (3)



                                                                                                                                                                              AYIN ORBİTİ





«Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. Hər biri özünə məxsus dairəsində (orbitində) üzər." (Yasin surəsi 39-40)













 

         Ayın orbiti başqa planetlərin peykləri kimi düz orbitdə hərəkət etmir. Ay orbitində dövr edərkən bəzən Yer kürəsinin qarşısına, bəzən arxasına keçir. Həmçinin Ay Yer kürəsi ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, fəzada həmişə «S» hərfinə oxşayan bir orbitdə hərəkət edir. Ayın kosmosdakı bu orbitinin şəkli Quranda «dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi dönər» ifadəsi ilə tərif edildiyi kimi, qurumuş xurma ağacının budağının əyriliyinə çox oxşayır. Bundan başqa, ayədə qeyd edilən «urcun» kəlməsinin mənası «quruyub incəlmiş, bükülmüş xurma budağı»dır və xurma ağacının meyvələri yığılandan sonra, salxımdan sonra qalan hissəsini ifadə etmək üçün işlədilir. Bu salxım budağının «köhnə» ifadəsi ilə təsvir edilməsi də çox hikmətamizdir, çünki xurma budağının köhnəsi daha nazik və daha əyridir.

         Əlbəttə, 1400 il əvvəl Ayın orbiti haqqında məlumata malik olmaq mümkün deyildi. Müasir texnologiya və geniş elmi biliklər sayəsində müəyyən edilə bilən formanın Quranda bu cür qüsursuz bir təşbehlə bildirilməsi, Quranda göstərilən elmi möcüzələrdən daha birisidir.











                                                                                                                                                          AY  İLİNİN  HESABLANMASI







"Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!" ("Yunis" surəsi, 10/5)







"Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının quru və əyri budağı kimi olar". ("Yasin" surəsi, 36/39)

















      Yuxarıdakı ilk ayədə Allah Ayın insanlar üçün illərin hesablanmasında bir ölçü olacağını aydın şəkildə bildirmişdir. Bundan başqa, bu hesablamalar nəzərləri Ayın öz orbitində hərəkəti əsnasındakı yerlərinə uyğun olacağına cəlb edir. Yer-Ay və Yer-Günəş istiqamətləri arasındakı bucaq davamlı olaraq dəyişdiyi üçün biz Ayı çeşidli vaxtlarda müxtəlif şəkillərdə görürük. Ayı görməyimiz Ayın Günəşdən aldığı işığı əks etdirməsi səbəbi ilə mümkündür. Bunun üçün də Ayın Günəşin ətrafından işıqlandırılan tərəfi Yerdəki müşahidəçiyə görə həmişə dəyişir. Bu dəyişikliklər nəzərə alınaraq bəzi hesablamalar aparılır ki, bu da illəri hesablamağı asanlaşdırır.

      Əvvəllər 1 ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yerin ətrafında dövr etdiyi zaman kəsiyi olaraq götürülürdü. Bu hesaba görə, bir ay 29 gün 12 saat 44 dəqiqə təşkil edirdi. Buna qəməri ay deyilir. 12 qəməri ay isə Rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı dövrəsi qurtaranda 1 il olaraq qəbul etdiyimiz miladi təqvimlə Rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. "Kəhf" surəsinin 25-ci ayəsində bu fərq belə şərh olunur:






                            "Onlar mağarada üç yüz il qaldılar və üstünə doqquz il də əlavə olundu". ("Kəhf" surəsi, 18/25)







       Ayədə qeyd edilən dövrü belə aydınlaşdırmaq mümkündür: 300 il + 11 gün (hər il üçün meydana gələn fərq) = 3300 gün. 1 Günəş ilinin 365 gün 5 saat 48 dəqiqə 45,5 saniyədən ibarət olması nəzərə alınsa, 3300 gün / 365,24 gün = 9 ilə bərabərdir. Başqa sözlə, miladi təqvimə görə 300, Rum təqviminə görə isə 300+9 ildir. Aydın olduğu kimi, ayədə çox incə hesablamaya əsaslanan bu 9 illik fərq diqqətimizə çatdırılıb (ən doğrusunu Allah bilir). Quranda belə bir məlumatın qeyd edilməsi müqəddəs kitabımızın, şübhəsiz ki, elmi möcüzələrindən biridir.









 

                                                                                                                                 CAZİBƏ QÜVVƏSİ VƏ ORBİTVARİ HƏRƏKƏTLƏR





 

        "And içirəm yanıb-sönənlərə (planetlərə); seyr edib yerini alan (gizlənən) səyyarələrə». («Təkvir» surəsi, 15-16)







     

      «Təkvir» surəsinin 15-ci ayəsində qeyd edilən «xunnəs» sözü «büzülən, geriyə gedən, qayıdan» kimi mənalara gəlir. 16-cı ayədə «yerini alanlara» kimi tərcümə edilən ərəb dilindəki ifadə isə «kunnəs»dir. «Kanis» kəlməsinin cəmi olan «kunnəs» ifadəsi «bilinən güzərgah, yuvaya girmək, hərəkət halında olan cismin yuvası, yuvasına girib gizlənənlər» mənalarına gəlir. Yenə 16-cı ayədə ifadə edilən «seyr edən» kəlməsi isə «cərəyan» sözünün kökündən törəyən və «axıb gedən, seyr edən» mənasına gələn «cariyə» sözünün cəmi «əlcəvari»dir. Bu sözlərin mənaları nəzərə alınanda planetlərin cazibə qüvvələrinə və orbit ətrafındakı hərəkətlərinə işarə edildiyi anlamına gələ bilər.

       Yuxarıdakı ayələrdə bu kəlmələr cazibə qüvvələrindən qaynaqlanan orbitvari hərəkətləri tam olaraq tərif edir. Bunlardan «xunnəs» kəlməsi ilə planetlərin həm öz nüvələri istiqamətində, həm də Günəş sisteminin mərkəzi olan Günəşə tərəf cəzb edilməsinə diqqət çəkilir (ən doğrusunu Allah bilir). Cazibə qüvvəsi kainatda mövcud olan bir qüvvədir, ancaq bu cazibə qüvvəsinin riyazi düsturlarla göstərilməsi XVII-XVIII əsrlərdə yaşamış İsaak Nyuton tərəfindən mümkün olmuşdur. Sonrakı ayədə qeyd edilən «əlcəvari» kəlməsi də bu cazibə qüvvəsinə qarşı dirənən mərkəzdənqaçma qüvvəsindən qaynaqlanan orbitvarı hərəkətləri vurğulayır. Şübhəsiz ki, seyr edənlər, axıb gedənlər mənasına gələn «əlcəvari» sözünün «xunnəs» (mərkəzə tərəf çəkilmək, büzülmək) və «kunnəs» (güzərgah, yuvaya girmək, hərəkət halındakı cismin yuvası) kəlmələri ilə işlədilməsi 1400 il əvvəl bilinməsi mümkün olmayan mühüm bir elmi həqiqətə diqqət çəkir (ən doğrusunu Allah bilir). Bundan başqa, Quranda and içilən məsələlərdən biri olan bu ayələr mövzunun əhəmiyyətinə diqqəti çəkən başqa bir işarədir.









                                                                                                                                                                   

                                                                                                                                                        DÜNYANIN DAİRƏVİ OLMASI  

        "Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün, gündüzü də gecənin üstünə sarıb örtür... " ("Zumər" surəsi, 39/5)

 

         Quranın kainatı tanıdan ayələrində istifadə olunmuş ifadələr kifayət qədər diqqət çəkicidir. Yuxarıdakı ayədə "sarıb örtmək" kimi tərcümə edilən ərəb kəlməsi "yukəvviru"dur. Bu kəlmənin Azərbaycan dilindəki qarşılığı "dairəvi bir şeyin üzərinə bir cisim örtmək"dir. (Məsələn, ərəb dili lüğətlərində "başa əmmamə sarımaq" kimi dəyirmi cisimlərlə bağlı olan feillər bu kökdən əmələ gələn sözlərlə işlədilir).

Ayədə gecə ilə gündüzün bir-birinin üzərini sarıb örtməsi ("təkvir" etməsi) mövzusunda verilən bilik, eyni zamanda, dünyanın quruluşu haqqında səhih və dolğun məlumat verə bilər. Yəni VII əsrdə nazil edilən Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir.

      Unutmaq olmaz ki, o dövrdəki astronomiya dünyanı daha fərqli şəkildə və səviyyədə təsəvvür edirdi. O dövrdə belə hesab edirdilər ki, Yer düz səthə malikdir. Bütün elmi hesablama və açıqlamalar da buna nəzərən qurulurdu. Ancaq Quran Allah`ın sözü olaraq kainatı xarakterizə edərkən, burada sözügedən məsələ ilə bağlı ən doğru kəlmələrdən istifadə olunmuşdur. Yaxın əsrlərdə öyrəndiyimiz bu məlumatlar Quran ayələrində hələ 1400 il bundan əvvəl xəbər verilib.





                                                                                                                                                                      DÜNYANIN İSTİQAMƏTİ  

 

"Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allah`ın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır". ("Nəml" surəsi, 27/88)





     "Nəml" surəsindəki ayədə Yerin təkcə hərəkət etməsi deyil, onun dövr etdiyi istiqamət də təsvir olunur. 3500-4000 metr yüksəklikdəki bulud topalarının hərəkət istiqaməti həmişə qərbdən şərqə tərəfdir. Hava proqnozları hazırlanarkən əksər hallarda qərbdəki hava şəraitinin əsas götürülməsinin başlıca səbəbi də budur.

 

     Bulud topalarının qərbdən şərqə tərəf hərəkətinin əsas səbəbi Yerin dövr etdiyi istiqamətdir. Məlum olduğu kimi, Yer də qərbdən şərqə tərəf olmaqla dövr edir. Elmin yaxın illərdə kəşf etdiyi bu həqiqət Quranda əsrlərlə bundan əvvəl xəbər verilib.





                                                                                                                                                          DÜNYANIN GEOİT FORMASI  







                                             «Bundan sonra da yeri döşəyib düzəltdi». («Naziat» surəsi, 30)







        Yuxarıdakı ayədə «döşəyib düzəltdi» kimi tərcümə edilən «dəha» sözü «yaymaq» mənasına gələn «dəhv» kəlməsinin kökündəndir. «Dəhv» kəlməsi «döşəmək, düzəltmək» mənalarına gəlsə də, daşıdığı məna baxımından sadə bir «döşəmək» feili deyil. Çünki bu kəlmə də yuvarlaq olaraq düzəltmək, döşəmək feillərini tərif etmək üçün işlədilir.

      «Dəhv» kəlməsindən törəyən başqa sözlərdə də dəyirmilik, yuvarlaqlıq mənası var. Məsələn, uşaqların topu yerdəki bir çuxura salması, daş atıb çuxura atmaq yarışları, qozla oynanan oyun hamısı «dəhv» kəlməsi ilə ifadə edilir. Dəvəquşunun yuva qurmasına, yatacağı yerdəki daşları təmizləməsinə, yumurtladığı yerə və yumurtasına da bu köklərdən törəyən kəlmələr işlədilir.

Elə Yer kürəsinin forması da bir yumurtanı xatırladan yuvarlaqlıqdadır. Yer kürəsinin qütblərdən yastı kürəvarı forması «geoit» kimi ifadə edilir. Bu baxımdan ayədə «dəha» sözünün işlədilməsi özündə Allah`ın Yer kürəsi haqqında verdiyi mühüm bir məlumatı ehtiva edir. İnsanların əsrlərlə Yer kürəsinin düz olduğunu düşünməsi və onun həqiqi formasının ancaq texnoloji imkanlar nəticəsində bilinməsi Quranın Allah`ın vəhyi olduğuna dair mühüm dəlillərdən biridir.









 

                                                                                                                             YER KÜRƏSİNİN VƏ KOSMOSUN DİAMETRLƏRİ







  «Ey cin və insan tayfası! Əgər göylərin və yerin bucaqlarından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq üstün qüdrət ilə çıxa bilərsiniz!» («Rəhman» surəsi, 33)





      Yuxarıdakı ayədə «bucaqlar» kimi tərcümə olunan sözün əsli ərəb dilində «əqtar» deyə ifadə edilir. «Əqtar» ərəb dilində diametr mənasına gələn «qutur» kəlməsinin cəmidir, göylərin və Yerin çoxlu diametrinin olduğunu ifadə edir. Ərəb dilində sözün işlədilməsində tək, yoxsa cəm (ikidən çox), yaxud ikili mənada istifadə edildiyini bilmək mümkündür. Dolayısilə, sözün buradakı işlədilmə tərzi ilə -ikidən çox olduğunu ifadə edən cəm şəkilçisi ilə- başqa möcüzəvi məlumat xəbər verilir.

Məlum olduğu kimi, üçölçülü bir cisim ancaq düzgün bir kürəvarı formaya malikdirsə, tək bir diametrdən bəhs edilir. Diametrlər ifadəsi isə ancaq düzgün olmayan bir kürəvarı formaya aid ola bilər. Həmçinin ayədə seçilən bu kəlmə -diametrlər- Yer kürəsinin geoit quruluşunu göstərməsi baxımından əhəmiyyətlidir. Ayədə diqqəti cəlb edən ikinci mövzu isə diametrlərdən bəhs edilərkən Yer üzü və göylərdən ayrı-ayrılıqda bəhs edilməsidir.

    Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kainat genişlənir, lakin bu, qalaktikaların və başqa kosmik cisimlərin kosmosda ətrafa dağıldığı mənasına gəlmir. Bu, kosmosun genişləndiyi və bu əsnada qalaktikalar arasındakı məsafənin də artdığı mənasına gəlir.

   «Rəhman» surəsinin 33-cü ayəsində qeyd edilən «göylərin bucaqları (diametrləri)» şəklində ifadə edilməsi də kosmosun kürəvarı quruluşuna işarə edir (ən doğrusunu Allah bilir). Kosmosun müxtəlif yerlərindən onun diametrləri fərqli olacağı kimi, davamlı genişlənən kosmosun diametrləri də davamlı dəyişiklik göstərəcək. Bu baxımdan ayədə bucaq kəlməsinin cəm halında işlədilməsi çox hikmətlidir və Quranın hər şeyin elminə sahib olan Rəbbimizin vəhyi olmasının göstəricilərindən biridir.



                                                                                                                                                          ATMOSFERİN TƏBƏQƏLƏRİ





Quran ayələrində kainat haqqında verilən məlumatlardan biri də göyün yeddi təbəqə olaraq təşkil edilməsi məsələsi ilə bağlıdır:

"Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!" ("Bəqərə" surəsi, 2/29)





"Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları yeddi göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi..." ("Fussilət" surəsi, 41/11-12)





Quranın əksər ayələrində rastlaşdığımız "göy" kəlməsi kainatı ifadə etmək üçün istifadə olunduğu kimi, həm də dünyanın səmasını ifadə etmək üçün də işlədilmişdir. Kəlmənin bu mənasına varanda belə qənaət hasil olur ki, Yer kürəsinin göy təbəqələri, başqa sözlə, məhz atmosferin 7 qatı yaradılıb.



Bu kəlmə həmçinin onu təsdiqləyir ki, atmosfer üst-üstə təbəqələnmiş müxtəlif qatlardan meydana gəlib.

Kimyəvi vəziyyətin və ya havanın istiliyinin əsas götürülməsi yolu ilə qeyd edilən məsələlərdə atmosferin 7 təbəqə olduğu təsdiq edilmişdir.21 Bu gün hələ 48 saatlıq hava proqnozlarında istifadə edilən və "Limited Fine Mesh Model" (LFMM) adlandırılan atmosfer modelinə görə də, atmosfer 7 təbəqədən meydana gəlib. Müasir geoloji formullara görə, atmosferin 7 qatı belə tərtib edilib:

1. Troposfer

2. Stratosfer

3. Mezosfer

4. Termosfer

5. Ekzosfer

6. İonosfer

7. Manyetosfer.







       Bu mövzu ilə bağlı daha bir möcüzə öz əksini "Fussilət" surəsinin 12-ci ayəsində qeyd edilən "O, hər bir göyün işini özünə vəhy edib bildirdi" cümləsində tapır. Bu ayədə Allah`ın hər təbəqə üçün müəyyən bir vəzifə müəyyən etdiyi bildirilir. Sonrakı səhifələrdə də ətraflı görəcəyimiz kimi, adlarını yuxarıda sadaladığımız atmosfer təbəqələrinin hər biri insanların və dünyamızdakı bütün canlıların həyatı baxımından çox mühüm vəzifələr daşıyır.

     Yağışın meydana gəlməsindən zərərli şüaların qarşısının alınmasına, radio dalğaların ötürülməsindən meteoritlərin zərərsiz hala gətirilməsinə qədər hər bir təbəqənin özünəməxsus bir vəzifəsi var. Aşağıdakı ayələr isə bizə atmosferin 7 təbəqəsi ilə bağlı bitkin və əhatəli bilgilər verir:

                              "Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?" ("Nuh" surəsi, 71/15)

                                             "Yeddi göyü qat-qat yaradan da Odur..." ("Mülk" surəsi, 67/3)

       Bu ayələrdə "qat" kimi tərcümə edilən "tibəqən" kəlməsi ərəb dilində "təbəqə, bir şeyin uyğun olan qapağı və örtüyü" mənalarına da gəlir ki, bu da öz növbəsində üst qatın alt qata uyğunluğunu göstərir. Kəlmənin cəm halda istifadəsi isə "qat-qat" şəklində yazılır.

      Ayələrdə göyün qat-qat halında təsvir edilməsi atmosfer təbəqələrini şübhəsiz ki, ən mükəmməl şəkildə ifadə edir. Müasir insanın XX əsrin texnologiyası olmadan dərk edib anlaya bilmədiyi bu həqiqətlərin 1400 il əvvəl göndərilmiş Qurani-kərimdə aydın şəkildə ifadə olunması, əlbəttə ki, çox böyük bir möcüzədir.

19. http://royal.okanagan.bc.ca/mpidwirn/atmosphereandclimate/atmslayers.html; Michael Pidwirny, Atmospheric Layers, 1996.
20. http://www.tpub.com/weather3/4-27.htm







                                                                                                                                                                           QORUYUCU TAVAN 





     Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə diqqət çəkir:





     "Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər ayələrimizdən üz döndərirlər". ("Ənbiya" surəsi, 21/32)





     Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar - XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların Yer üzünə düşərək canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün zəruri olan az bir qismi çatır.

    Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan yenə atmosfer qatının sayəsində qorunur.

    Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. "Van Allen qurşaqları" adlanan və dünyanın maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.





Dünyanın maqnetik sahəsinin meydana gətirdiyi manyetosfer təbəqəsi,

yer üzünü göy daşlarından, zərərli kosmik şüa və parçacıqlardan qoruyan bir qalxan kimidir.

Yandakı şəkildə Van Allen qurşaqları adı da verilən bu manyetosfer təbəqəsi görülməkdədir.

Yer kürəsinin on minlərlə kilometr uzaqlığındakı bu nəsillər, yer üzündəki canlıları

kosmosdan gələn öldürücü enerjidən qorumaqdadır.











Bütün bu elmi tapıntılar, Dünyanın xüsusi bir şəkildə qorunduğunu sübut edir. Əhəmiyyətli olan, bu qorunmanın "Göyü qorunub saxlanılan bir tavan etdik" ayəsiylə 1400 il əvvəl Quranda xəbər verilmiş olmasıdır.



Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini belə izah edir:



     "Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir. Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur".



Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılan atom bombalarından 100 milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.







Göyü seyr edən insanların çoxunun ağlına atmosferin qoruyucu quruluşu gəlməz.

Bu quruluş olmasa Dünyanın necə bir yer olacağını da insanlar çox vaxt düşünməzlər.

Yuxarıdakı şəkil Dünyaya düşən bir göy daşının ABŞ Arizona'da açdığı nəhəng çuxur görülməkdədir.

Əgər atmosfer olmasaydı bu göy daşlarının milyonlarla

dünya səthinə düşər və planet yaşanılmaz bir hala gələrdi.

Ancaq atmosferin qoruyucu xüsusiyyəti sayəsindədir ki,

Dünyadakı canlılar güvən içində həyatlarını davam etdirirlər.

Bu, əlbəttə ki, Allahın insanlar üzərindəki bir qorumasıdır və Quranda xəbər verilmiş bir möcüzədir.



 







19. http://royal.okanagan.bc.ca/mpidwirn/atmosphereandclimate/atmslayers.html; Michael Pidwirny, Atmospheric Layers, 1996.

20. http://www.tpub.com/weather3/4-27.htm
21. http://www.godandscience.org/apologetics/designss.html 









                                                                                                                                                        GÖY ÜZÜNÜN TAVAN EDİLMƏSİ



"O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allah`a bilə-bilə şəriklər qoşmayın". ("Bəqərə" surəsi, 2/22)





       Yuxarıdakı ayədə "göy üzü" kəlməsi ərəb dilində "əssəməə binaən" şəklində ifadə olunub. Bu kəlmə "qübbə", "tavan" mənaları ilə birlikdə bədəvi ərəblər tərəfindən istifadə edilən çadıra oxşayan bir örtük mənasına da gəlir. Burada nəzərdə tutulan fikir xarici nəsnələrə qarşı qorunmanın təmin edilməsidir. Bizim əksəriyyətimizin nəzərini cəlb etməsə də, başqa planetlərdə olduğu kimi, Yerə çoxlu meteorit düşür. Başqa planetlərə düşəndə böyük kraterlər açan bu meteoritlərin Yerə zərər verməməsinin səbəbi dünyanı əhatə edən atmosferin bu cür meteorit yağışını zərərsizləşdirməsi, təhlükənin qarşısını alması və həmin "gəlmə" cisimlərin qarşısında maneəyə çevrilməsidir. Meteorit bu əngələ çox tab gətirə bilmir və sürtünmədən meydana gələn yanğın nəticəsində öz kütləsinin əhəmiyyətli hissəsini itirir. Beləliklə də bu böyük təhlükə atmosferin mövcudluğu sayəsində fəlakətlərə səbəb ola bilmir və böyüməyə macal tapmamış onun qarşısı alınır. Allah atmosfer haqqında yuxarıda bəhs etdiyimiz qoruyucu xüsusiyyətləri ilə bağlı müxtəlif ayələrlə yanaşı, aşağıdakı ayədə də bu xüsusi yaradılışa diqqət yönəldir:





"Məgər Allah`ın yerdə olanları, dənizdə Onun əmri ilə üzən gəmiləri sizin istifadənizə verdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!" ("Həcc" surəsi, 22/65)





       Əvvəlki səhifələrdə də bəhs etdiyimiz atmosferin qoruyucu xüsusiyyəti onun Yeri kosmosdan, yəni xarici bombardmandan qoruması ilə bağlıdır. Yuxarıda qeyd edilən ayələrdə göy üzü üçün işlədilən tavan kəlməsi də diqqəti tam olaraq göy üzünün Peyğəmbərimizin (s.ə.v) dövründə bilinməsi mümkün olmayan bu cəhətinə yönəldir, bununla da məsələyə tam şəkildə aydınlıq gətirilmiş olur. Bu məlumatların ən müasir texnologiya ilə təchiz olunmuş kosmik vasitələrin, nəhəng teleskopların olmadığı 1400 il əvvəl Qurani-kərimdə xəbər verilməsi Quranın sonsuz elm sahibi olan Rəbbimizin vəhyi olduğunu göstərir.







 

                                                                                                                                                                 GERİ QAYTARAN GÖY





Qurani-kərimdə "Tariq" surəsinin 11-ci ayəsində göy üzünün "geri hərəkət etdirə bilmək" xüsusiyyətindən belə bəhs edilir:





"And olsun qaytarıb endirən səmaya..." ("Tariq" surəsi, 86/11)







    Quran tərcümələrində "qaytarmaq" şəklində tərcümə edilən "rəci" kəlməsi "geri qaytaran" və ya "geri dövr etdirən" mənalarına gəlir.



 

Dünya üzərindəki canlı həyatı üçün suyun varlığı son dərəcə əhəmiyyətlidir.

Suyun meydana gəlməsindəki faktorlardan bir dənəsi də atmosferin

laylarından biri olan troposfer normadan. Troposfer normadan təbəqəsi

okeanlardan yüksələn su buxarını sıxlaşdıraraq yer üzünə yağış olaraq geri çevirər.











Yer üzündəki həyat üçün öldürücü ola biləcək şüaları maneə törədən atmosfer layı isə,

Ozonosfer təbəqəsidir. Stratosfer alt təbəqəsi olan Ozonosfer təbəqəsi ultrabənövşəyi

kimi zərərli kosmik şüaları kosmosa geri çevirərək, bu şüaların yer üzünə çatmasını

və canlılığa zərər verməsinə mane olur.







Atmosferin hər layı insanlara faydalı xüsusiyyətlərə malikdir.

Məsələn atmosferin üst təbəqələrindən biri olan İyonosfer təbəqəsi,

müəyyən bir mərkəzdən nəşr olunan radio dalğalarını yer üzünə

geri əks etdirərək bu nəşrlərin uzaq məsafələrdən belə qəbul edilməsini təmin edər.







      Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer müxtəlif qatlardan ibarətdir. Yerdə həyatın davam etməsi üçün hər təbəqənin mühüm vəzifələri var. Bu məsələ ilə bağlı incələmə aparılanda məlum olur ki, hər təbəqəyə gələn maddə və şüaların kosmosa və ya Yerə geri qaytarmaq xüsusiyyəti var. Atmosfer təbəqələrinin geri qaytarmaq xüsusiyyətini burada bir neçə nümunənin əsasında tədqiq etməyə çalışaq. Məsələn, 13-15 km yüksəklikdəki troposfer təbəqəsi Yerdən yüksələn su buxarının soyuyub, qalınlaşıb, sıxlaşıb yağış formasında geri qayıtmasını təmin edir. 25 km yüksəklikdəki stratosferin aşağı təbəqəsi olan ozonosfer kosmosdan gələn radiasiyanı və zərərli ultrabənövşəyi şüaları əks etdirir və onların Yerə çatmadan kosmosa geri qayıtmasını təmin edir. İonosfer təbəqəsi də Yerdən yayılan radio dalğaları bir peyk kimi Yerin müxtəlif bölgələrinə geri əks etdirərək, radio və televiziya yayımlarına uzaq məsafələrdən baxılmasını, simsiz danışıqların ötürülməsini təmin edir. Manyetosfer təbəqəsi isə Günəşdən və başqa ulduzlardan yayılan zərərli radioaktiv hissələri Yerə çatmağa qoymayaraq onları geriyə - kosmosa qaytarır.

Göy üzü təbəqələrinin hələ yaxın keçmişdə kəşf edilən bu xüsusiyyətinin Quranda əsrlərlə bundan əvvəl bildirilməsi Quranın Allah`ın sözü olduğunu bir daha sübut edir.







                                                                                                                                                                   YER KÜRƏSİNİN LAYLARI





Quranda Yerlə bağlı verilən məlumatlardan biri Yerin yeddi qat olan göyə oxşarlığıdır.





"Yeddi göyü və bir o qədər də yeri yaradan Allah`dır. Allah`ın hər şeyə qadir olduğunu, Allah`ın hər şeyi elmlə ehtiva etdiyini biləsiniz deyə Allah`ın əmri onların arasında nazil olar". ("Talaq" surəsi, 65/12)





Göstərilən ayənin bu vacib və maraqlı məlumatına elmi mənbələrdə də geniş yer ayrılır və Yerin yeddi qatdan meydana gəldiyi açıqlanır. Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır:



1. Hidrosfer

2. Litosfer

3. Astenosfer

4. Üst mantiya

5. Alt mantiya

6. Xarici nüvə

7. Daxili nüvə



     "Litosfer" sözü yunan dilində "qaya" mənasını ifadə edən "lithos" kəlməsindən gəlir. Litosfer Yerin ən üst qatını təşkil edən bərk təbəqədir. Digər təbəqələrlə müqayisədə çox nazik qatdır. Litosfer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha nazikdir. Başqa təbəqələrdən daha soyuq və daha bərkdir. Buna görə də Yerin qabığı vəzifəsini yerinə yetirir.

       Litosferin aşağısında yunan dilində "zəif" kəlməsi "asthenes"dən əmələ gələn "astenosfer" təbəqəsi var. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir. Hərəkətli təbəqədir. İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə yüksək geoloji istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Belə ehtimallar var ki, bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Hər halda, belə zənn olunur. Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən 2900 km qalınlığında olan və adına "mantiya" deyilən bir təbəqə var. Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qalındır, çünki Yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır.

       Yerin mərkəzində da haradasa mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən, digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir. XX əsr texnologiyası sayəsində kəşf edilən Yer kürəsi təbəqələrinin göy üzü ilə olan bu oxşarlığının Quranda bildirilməsi, şübhəsiz ki, Quranın çoxsaylı elmi möcüzələrindən biridir. 









                                                                                                                                      YER KÜRƏSİNİN AĞIRLIQLARINI KƏNARA  ATMASI





«Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi, yer öz ağırlıqlarını çıxardıb atacağı və insan: "Buna nə olur?" -deyəcəyi zaman məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir». («Zilzal» surəsi, 1-4)





      Ərəb dilində «zilzal» kəlməsi «zəlzələ, sarsıntı», «əsqaləhə» sözü isə «ağırlıqlarını, yüklərini» mənalarına gəlir. Yuxarıdakı ayələr ilk mənaları ilə nəzərə alınanda zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyi görünür.

     «Zilzal» surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı olaraq yerin ağırlıqlarını atmasından bəhs edilir. Son əsrlərdə aparılan tədqiqatlar nəticəsində Yerin mərkəzində ağır metalların olduğu və bunların Yer kürəsindəki tərpənmələr nəticəsində ortaya çıxdığı məlum olmuşdur. Geoloqların təsbitlərinə görə, dünya soyuduqca ağır və qalın maddələr dünyanın mərkəzinə tərəf çökdüyü halda, daha yüngül olanlar Yerin səthinə tərəf qalxır. Buna görə, Yer qabığı ən yüngül maddələrdən (bazalt və qranit qayalardan) meydana gələrkən, nüvədə ağır metallar (nikel və dəmir) mövcud olur. Nəticə olaraq, ərimiş metallardan yaranan Yerin altı onun üstündən daha çox ağır və qalın bir materialdan meydana gəlmişdir.

     Zəlzələ vaxtı isə Yerin altındakı ağır maddələr Yer üstünə çıxmağa imkan tapır, beləliklə, ayələrdə tərif edildiyi kimi, Yer üzü ağırlıqlarını kənara atır. Həmçinin metal resurslarının sıx olduğu yerlər zəlzələ və vulkanların daha çox gerçəkləşdiyi bölgələrdir. Aparılan əhatəli tədqiqatlar nəticəsində yaxın keçmişdə ortaya çıxan bu elmi tapıntılar Allah`ın Quranda işarə etdiyi elmi həqiqətlərdən yalnız biridir.







                                                                                                                                                                          DAĞLARIN FUNKSİYASI   





  "Quranda dağların mühüm geoloji funksiyasına da işarə edilir: "Yer onları silkələməsin, atıb-tutmasın deyə orada möhkəm dağlar yaratdıq..." (Ənbiya surəsi, 31)





      Diqqət etsək, görərik ki, ayədə dağların yer üzündəki silkələnmələrin qarşısını alma xassəsinə malik olması xəbər verilir. Quranın nazil edildiyi dövrdə heç bir insan tərəfindən dərk edilməyən həqiqət bu günlərimizdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılıb. Əvvəllər dağların ancaq Yer səthindəki yüksəkliklər olması qəbul edilirdi. Lakin alimlər bunun fərqinə vardılar ki, dağlar təkcə Yer səthindəki yüksəkliklər deyil. Özlərinin dağ kökü deyilən hissəsi ilə öz yüksəkliklərinin 10-15 misli qədər də yerin altına qədər uzanır. Dağlar bu xüsusiyyətləri ilə sanki çadırı yerə möhkəm-möhkəm bərkidən bir mismarın və ya dirəyin funksiyasına oxşayan bir rolu ifa edirlər. Məsələn, zirvəsi Yerdən 9 km yuxarıda olan Comolunqma (Everest) dağının 125 km-dən çox kökü var.

















Dağların torpaq səviyyəsinin olduqca dərinlərində köklərinin olması                                                          

                                                                                                                                                                                     Sxematik kəsik. Paya şəklindədağların torpaqların içərilərinə yerləşməsi











   Dağların dərin kökləri səbəbiylə şəkil olaraq çarmıxa bənzədilən görüntü      



       Bundan başqa, dağlar Yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkət və toqquşmaları nəticəsində meydana çıxır. İki təbəqə toqquşan zaman daha möhkəm olanı o birinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları meydana gətirir. Altda qalan təbəqə isə Yerin altına uzanaraq dərin uzunluq yaradır. Artıq qeyd etdiyimiz kimi, dağların Yer üzündə gördüyümüz kütlələri qədər də yer altına işləyən böyük çıxıntıları var. Bir elmi mənbədə dağların bu quruluşu belə təsvir edilir:

"Qatların daha qalın olduğu dağlıq bölgələrdə Yer qabığı mantiya qatına dərininə olmaqla sancılır".

Dünyanın ən məşhur dənizaltı geoloqlarından olan professor Siaveda isə dağların Yer üzündə öz kökləri sayəsində dayanmasından bəhs edərkən belə bir izahat verir:

       "Qitə dağları ilə okean dağları arasındakı əsas fərq onların materialındadır... Ancaq dağların hər ikisində onlara kömək edən kökləri var. Qitə dağlarında dağdan gələn aşağı yoğunluq maddəsi Yerin daxilinə tərəf həmin dağın kökü şəklində uzanır. Okean dağlarında da dağı kök kimi dəstəkləyən yüngül maddə var. Ancaq bu, o qədər də kövrək deyil. Çünki reaksiya yüngüldür, isti olduğu üçün genişlənir. Lakin qalınlıq prizmasından baxılanda onlar da dağları dəstəkləmək yönündə eyni vəzifəni yerinə yetirirlər. Bu səbəbdən də köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür".

Bundan başqa, Amerika Elm Akademiyasının əvvəlki rəhbəri Frank Pressin dünyanın əksər universitetlərində dərs kitabı kimi tədris edilən "Earth" (Dünya) adlı kitabında dağların dirək formasında olması və Yerin dərinliklərinə qədər uzanması iqrar edilir.

Quranın digər ayələrində isə dağların «dirək oxşatması» vəzifəsinə belə işarə edilir:





"Məgər biz yeri döşək etmədikmi?! Dağları da dirək?!" (Nəbə surəsi, 6-7)





      Yenə başqa bir ayədə Allah bu həqiqəti "Dağları yerləşdirdi" ("Naziat" surəsi, 79/32) şəklində bildirir. Bu ayədə qeyd edilən "ərsəhə" kəlməsi "sabit etdi", "köklü etdi", "yerə çaxdı" mənalarına gəlir. Dağlar bu xüsusiyyətləri sayəsində Yer təbəqələrinin birləşmə nöqtələrində Yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə geydirir, onları bir-birinə birləşdirir. Bu şəkildə, Yer qabığını sabitləşdirərək onun maqma təbəqəsi üzərində, ya da öz təbəqələri arasında sürüşməsinə mane olur. Qısası, dağları taxtaları bir yerdə saxlayan mismarlara bənzədə bilərik.

      Dağların sabitləşmə təsiri elmi ədəbiyyatda «izostasiya» adlandırılır. İzostasiya mantiya təbəqəsinin yuxarı tərəfə tətbiq etdiyi güclə Yer qabığının aşağı tərəfə tətbiq etdiyi qüvvə arasındakı müvazinətdir. Dağlar eroziya, torpaq sürüşməsi və ya buzlaqların əriməsi kimi səbəblərlə ağırlıq itirərkən buzlaqların meydana gəlməsi, vulkan püskürmələri və ya torpaq meydana gəlməsi üzündən ağırlıq qazana bilər. Buna görə, dağlar yüngülləşəndə mayelərin tətbiq etdiyi qaldırma gücü ilə aşağıdan yuxarı itələyir, ya da ağırlaşanda Yerin cazibə qüvvəsinin təsiri ilə mantiyanın daxilinə tərəf basdırılır. Yer qabığı üzərində bu iki güc arasındakı balans izostasiya sayəsində təmin edilir. Dağların bu balanslaşdırıcı xüsusiyyəti bir elmi mənbədə belə qeyd edilir:

G.B.Airy 1855-ci ildə Yer qabığının su üstündə üzən şalbandan hazırlanmış sallara oxşadıla biləcəyini söyləmişdi. Qalın taxta hissələri nazik hissələrlə müqayisədə su səthinin lap üstündə üzə bilər. Oxşar olaraq Yer qabığının qalın hissələri də bir maye və ya daha yoğun olan aşağı təbəqələr üzərində üzəcək. G.B.Airy dağların düzənliklərdə olmayan daha az iri qayalardan dərin köklərə malik olması fikrini müdafiə edirdi. O, öz araşdırmalarını nəşr etdirəndən 4 il sonra J.H.Pratt alternativ bir hipoteza təklif etdi. Bu hipotezaya görə, dağların altındakı qaya sütunlarının düzənliklər altındakı qaya sütunlarına nəzərən daha uzun olmasından ötrü daha az qalın olması lazım gəlirdi. Airy və Prattın fərziyyələrinin hər ikisi səthdəki kələ-kötürlüyün aydın hissələrindəki (dağlar və düzənliklər) qayaların yoğunluqlarındakı fərqlərlə balanslaşdığını müəyyən etmişdi. Bu müvazinət vəziyyəti «izostasiya» kimi tərif edilir.

       Bu gün bilirik ki, Yer üzünün dağlıq olan üst səthi dərin laylarla qırılmış və ərimiş maqmanın üstündə üzən lövhələr halında parçalanmışdır. Bu lövhələr ona görə üzür ki, Yerin öz orbitindəki hərəkət sürəti çox yüksəkdir. Əgər dağların sabitləşdirici təsiri olmasaydı, həmin bu üzən lövhələr hərəkət halında olacaqdılar. Belə bir vəziyyətdə Yerin üzərində torpaq bir yerdə dayanmaz, torpaqda su saxlamaq mümkün olmazdı. Heç bir bitki cücərməz, heç bir yol, ev inşa edilməzdi. Qısaca belə deyək ki, dünyada həyat mümkün olmazdı. Buna görə də dağlar Allah`ın bir mərhəməti olaraq mismar vəzifəsini yerinə yetirməklə qitə kütlələrini okean təbəqələrinə tərəf saxlayır və onların hərəkətini tənzimləyir.

      Göründüyü kimi, dağların müasir geologiya və seysmik araşdırmalar nəticəsində kəşf edilən çox həyati bir funksiyası yüz illər öncə göydən endirilmiş Qurani-kərimdə Allah`ın üstün hikmətinə bir örnək olaraq verilib. Başqa bir ayədə belə buyurulur:

     "Allah göyləri, gördüyümüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın, atıb-tutmasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir". (Loğman surəsi, 10)









                                                                                                                                                                  DAĞLARIN HƏRƏKƏT ETMƏSİ


         Bir Quran ayəsində dağların göründükləri kimi sabit olmaması, davamlı hərəkət etməsi belə bildirilir:









​           "Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər..." (Nəml surəsi, 88)





     Dağların bu hərəkəti üzərində dayandıqları Yer qabığının hərəkətindən meydana gəlir. Yer qabığı özündən daha çox qalın olan mantiya təbəqəsinin üstündə sanki üzür. İlk dəfə XX əsrin əvvəllərində Alfred Veqner adlı alman alimi Yer kürəsindəki qitələrin dünyanın yaradıldığı ilkin dövrdə bir yerdə olduqlarını, onların sonradan ayrılaraq müxtəlif istiqamətlərə doğru uzaqlaşdıqlarını iddia etmişdi. Ancaq geoloqlar Veqnerin iddiasının doğruluğunu onun ölümündən yalnız 50 il sonra, yəni 1980-ci illərdə başa düşə bildilər.

     Veqner 1915-ci ildə dərc olunan bir məqaləsində qeyd edirdi ki, Yer kürəsinin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birinə bitişik idilər. Pangeya deyilən bu böyük quru hissəsi Cənub qütbündə yerləşirdi. Təxminən 180 milyon il əvvəl Pangeya iki yerə ayrılıb. Müxtəlif istiqamətlərə ayrılan bu iki nəhəng qitədən birincisi özündə Afrika, Avstraliya, Antarktika və Hindistanı ehtiva edən Qondvana idi. İkincisi isə Avropa, Şimali Amerika, Hindistan istisna olmaqla, Asiyadan ibarət Lavraziya idi.

Bu bölünmədən sonra təxminən 150 milyon il ərzində Qondvana və Lavraziya müxtəlif dövrlərdə daha kiçik hissələrə ayrıldılar. Pangeyanın hissələrə bölünməsi ilə ortaya çıxan bu qitələr quru və dəniz arasında ildə bir neçə santimetrlik uzaqlaşmalarla Yer üzərində bir-birindən davamlı olaraq uzaqlaşırlar.

     Yer qabığının XX əsrin əvvəllərində aparılmış geoloji tədqiqatlar nəticəsində kəşf edilən bu hərəkəti elmi əsərlərdə belə izah edilir:

   Yer qabığı və yuxarı mantiyadan meydana gələn 100 km qalınlığındakı Yerin üst qatı "təbəqə" deyilən hissələrdən təşkil edilmişdir. Dünyanın səthini təşkil edən 6 böyük təbəqə və saysız-hesabsız kiçik təbəqələr mövcuddur. "Təbəqə tetonogiyası" deyilən nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean tabanını da özü ilə apararaq dünya üzərində hərəkət edir... Qitələrin hərəkətinin ildə 1-5 sm arasında olması dəqiq şəkildə hesablanıb. Təbəqələr bu cür hərəkət etdikcə dünyanın coğrafiyasında da dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir.

Burada qeyd edilməsi vacib olan bir məsələ də budur: Allah dağların hərəkət etdiyini ayədə "keçib getmə" olaraq bildirib. Həmçinin alimlərin bu gün bu hərəkəti ifadə etmək üçün ingilis dilində işlətdiyi "continental drift" kəlməsinin də tərcüməsi "qitələrin sürüşməsi"dir.

       Qitələrin bir-birindən ayrılması Quranın göndərildiyi dövrdə müşahidə edilə bilməyən bir məsələdir. Allah ayədə bildirilən "dağlara baxıb onları donmuş zənn edərsən" ifadəsi ilə insanların bu məsələni necə dəyərləndirdiyini əvvəlcədən xəbər verib. Ancaq ayənin davamı ilə bir həqiqəti də açıqlayıb və dağların buludların keçdiyi kimi keçib getdiyini xəbər verib. Göründüyü kimi, ayədə dağların yerləşdiyi təbəqənin hərəkət etməsinə aydın şəkildə diqqət yetirilir. Elmin yeni kəşf etdiyi bu həqiqətin Quranda bildirilməsi, şübhəsiz ki, Quranın möcüzələrindən biridir.





                                               

                                                                                                 GÜNƏŞİN GOĞMASINDAKI VƏ BATMASINDAKI MÜXTƏLİF MƏSƏLƏLƏR



​                        "Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz, həqiqətən, qadirik". (Məaric surəsi, 40)



​             "O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur". (Saffat surəsi, 5)



                                              "İki məşriqin və iki məğribin Rəbbi Odur". (Rəhman surəsi, 17)













         

         Bu ayələrdən də göründüyü kimi, "şərq" və "qərb" kəlmələri Quranda cəm halında işlədilmişdir. Məsələn, yuxarıdakı ilk ayədə "məşariq" kəlməsi şərq üçün, "məğarib" kəlməsi də qərb üçün ikidən çox olduqlarını ifadə edən cəm şəklindədir. Axırıncı ayədə isə "məşriqeyn" iki şərq, "məğribeyn" iki qərb şəklində işlədilmişdir.

        Ayələrdə işlədilən "məşariq" və "məğarib" kəlmələri Günəşin doğduğu və batdığı yer mənalarına da gəlir. Dolayısilə, yuxarıdakı ayələrdə Günəşin çıxmasının və batmasının müxtəlif yönlərindən bəhs edilir. Bundan başqa, ilk ayədə şərqlərin və qərblərin Rəbbi olaraq and içilməsi də çox diqqətəlayiq bir məsələdir.

         Bəlli olduğu kimi, Yerin fırlanma oxunun öz orbitindəki hərəkəti 230 27-lik mailliyə malikdir. Həm bu mailliyə görə, həm də dünya ellips şəklində olduğu üçün Günəş şüaları Yer kürəsinə həmişə eyni bucaq altında düşmür. Buna görə də Günəş şərqdə müxtəlif nöqtələrdə çıxır, qərbdə də müxtəlif nöqtələrdə batır. Yuxarıdakı ayələrdə şərq və qərblə bağlı qeyd edilən ifadələr Günəşin müxtəlif istiqamətlərdən çıxmasına və fərqli yerlərdə batmasına işarə etməsi baxımından çox hikmətlidir (ən doğrusunu Allah bilir).



 

 

                                                                                                                    YER KÜRƏSİNİN QURU SAHƏSİNİN - TORPAĞIN AZALMASI



          

            "Məgər onlar bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi?..." (Rəd surəsi, 41)

"    ...Məgər bizim onların torpağına girib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi?..." (Ənbiya surəsi, 44)



DEV ATƏŞ TOPU                                                                                             Elm ətraflarında,

                                                                                                                        dünyanın ekvator ətrafındakı qabarıqlığının artmaqda olduğu ifadə edilməkdədir.                                                

Nəhəng ölçülərdə burğu şəklindəki 

günəş partlayışları 60.000o istiliyindəki

ionlu olmul helyumla doludur.

(SOHO peykinin çox yüksək ultrabənövşəyi şüadan müşahidə kimi)          













          Dünya Günəşdən gələn roton, elektron və alfa şüalarının axını ilə bombardmana məruz qalır. Bu Günəş küləkləri atmosferi Yerdən ayıracaq qədər güclüdür. Ancaq atmosferin tükənməsi Yerin hazırkı maddə itirmə nisbəti ilə (saniyədə ən çox 3 kq) Günəşin bütöv ömrünün beş misli qədər bir müddət sərf edəcək.35 Çünki Yer atmosferdəki manyetosfer təbəqəsinin meydana gətirdiyi güclü maqnit sahəsi sayəsində bu güclü eroziyalardan bir növ qorunur.

         Yerin ionosfer təbəqəsinin üstündən kosmosun dərinliklərinə tərəf yayılan ion itkisi - oksigen, helium və hidrogen - Yeri əhatə edən ucsuz-bucaqsız hava təbəqəsi ilə müqayisə ediləndə çox kiçik ölçüdədir. Ancaq kosmosa doğru istiqamətlənən miqdar da çox əhəmiyyətli ölçüdədir. Tədqiqatçılar Günəşdəki enerji partlayışlarının Yer atmosferinin xarici təbəqəsindən oksigenin və başqa qazların kosmosa yayılmasına səbəb olması ilə bağlı ilk dəlilləri NASA-nın kosmik alətləri ilə əldə etdilər. Bununla da alimlər Yerin xarici təbəqələrinin maddə itkisi ilə üzləşməsini ilk dəfə 1998-ci il sentyabr ayının 24-25-də müşahidə etmişdilər.

         Yuxarıdakı ayələr diqqətimizi Yerin quru hissəsinin, yəni torpaqların itkiyə məruz qalmasına bir başqa yöndən də cəlb edə bilər. Hal-hazırda, qütbdəki buz təbəqələri əriyir və okeanlarda suyun səviyyəsi qalxır. Artan suların miqdarı quru təbəqəsinin üzərini örtür. Dəniz sahilləri suların altında qaldıqca isə Yerin quru hissəsinin və yaxud torpaqların sahəsi azalır.38 Ehtimal olunur ki, nümunə gətirilən ayələrdə qeyd edilmiş "onu tərəflərindən əskildirik", "hər tərəfdən əskiltdiyimizi" ifadələri də dəniz sahillərinin sularla əhatə edilməsinə işarədir. "New York Times" qəzetində bu məsələ ilə bağlı verilən xəbərə nəzər salaq:

         "Keçən əsr ərzində Yer səthinin hərarəti orta hesabla 1 farengeyt qədər yüksəldi. Hərarətin səviyyəsi son yarım əsrdə daha da artdı. Bu isə çox mühüm miqdardır. Əvvəlki müşahidələr Şimal qütbünün hərarətinin çoxaldığını, buz kütlələrinin əriməyə meyilliliyinin da buna münasib olaraq artdığını qeydə alıb. NASA-nın Manhettendəki (ABŞ) tədqiqat mərkəzi olan Qoddard Kosmik Elmlər İnstitutunun alimləri 50-60-cı illərin dənizaltı müşahidələrə dair hesabatlarını 90-cı illərin müşahidələri ilə müqayisə edərək, Şimal qütbündəki buz təbəqəsinin 45 faizə qədər nazikləşdiyini sübut etdilər. Qeyd edək ki, kosmosdan çəkilmiş şəkillər də həmin bölgəni əhatə edən buzların əvvəlki illərə nisbətən daha da azaldığını göstərir".

Diqqətəlayiq məsələ odur ki, XX əsrin axırlarındakı kəşflər "Ənbiya" surəsinin 44-cü və "Rəd" surəsinin 41-ci ayələrindəki hikmətləri başa düşməyimizə kömək edir. Allah`ın ayədə bildirdiyi Yer üzünün ətrafından azaldılması məsələsi Quranda bildirilən başqa bir elmi həqiqətə işarə kimi də şərh edilə bilər. Öz oxu ətrafında dövr edən Yer kürəsinin fırlanmasından qaynaqlanan geoit formaya malik olduğu son əsrlərdə qəbul edilmiş bir həqiqətdir.

Aparılan tədqiqatlarda fırlanma nəticəsindəki qüvvə ilə Yer kürəsinin ekvator ətrafında genişlənərək uc nöqtələrdən, yəni qütblərdən yastılaşdığı müəyyən edilmişdir. Bundan əlavə, dünyanın fırlanma hərəkəti davam edən bir mərhələ olduğu üçün bu dəyişiklik də hələ davam edir. Həmçinin «Rəd» surəsinin 41-ci ayəsində «əskildirik» kimi tərcümə edilən sözün ərəb dilindəki əsli olan «nənkusu» ifadəsi azaltma (əskiltmə) əməliyyatının hələ davam etdiyini göstərir.

Yerin cazibə qüvvəsi Yer kürəsi kimi göy cisimlərini də kürəvarı şəkildə formalaşdırmışdır. Ancaq bu forma tam bir kürə deyil, qütblərdən az hamarlanmış və ekvator tərəfdən daha qabarıq formadır. ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) məlumatına görə, Yer kürəsinin ekvator radiusu 6 milyon 356 min 8 km-dir.

Bu fərq isə təxminən 0,3 faizlik bir fərq yaradır.

         Dünyanın quruluşu ilə bağlı bu model ilk dəfə 1687-ci ildə İsaak Nyuton tərəfindən ortaya atılmışdır. Ayələrdə təxminən 1400 il əvvəl işarə edilən bu vəziyyət Quranın başqa elmi möcüzəsidir.



3

4.http://www.irf.se/press/press_010309eng.html

35. http://science.nasa.gov/newhome/headlines/ast08dec98_1.htm
36. http://science.nasa.gov/newhome/headlines/ast08dec98_1.htm
37. Dr. Mazhar U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, ABD, 1998, s. 115.
38. http://www.planetwaves.net/polar_NYT.html; New York Times, 19 Aðustos 2000.
39. http://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/earthfact.html





                                                                                                                                                                            YARILAN YER KÜRƏSİ



                

                          "And olsun qaytarıb endirən səmaya. And olsun yarılan yerə..." (Tariq surəsi, 11-12)

















    

      Yuxarıdakı təmsili şəkillərdə yer üzünün qırıqlığı quruluşu görülməkdədir. Yer qabığının altındakı magma təbəqəsi, bu qırıqlığı quruluş sayəsində çölə çıxış imkanı

                                                                          tapar; beləcə yer üzünün istiliyi əhəmiyyətli ölçüdə azalmış olar.



        Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki "sada" kəlməsi Azərbaycan dilində "yarılmaq", "ayrılmaq", "çatlamaq" mənalarına gəlir. Allah`ın Yerin yarılmasına and içməsi diqqəti Quranın başqa elmi möcüzələrində olduğu kimi, burada da bir məsələyə yönəldir. 1945-46-cı illərdə alimlər mineral mənbələri tədqiq etmək üçün ilk dəfə dənizlərin və okeanların dibinə endilər. Onların tədqiqatlarında diqqətçəkən məsələlərdən biri Yer səthinin yarıq olması məsələsi ilə bağlı idi. Yerin üst səthindəki dağlıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətli olub, on minlərlə kilometr uzunluğunda çoxsaylı və geniş çatlarla (fay) yarılmışdı. Bundan əlavə, alimlər dənizlərin və okeanların altındakı 100-150 km dərinliklərdə ərimiş maqmanın olduğunu aşkarladılar. Dənizlərin ortasında yerləşən dağlardan bu yarıqlara görə kənara lava axınları yayılır. Yer üzünün bu yarıqlı səthi kənara çox əhəmiyyətli miqdarda istilik saçır və ərimiş qayaların əksər hissəsi okeanlardakı təpələri meydana gətirir. Əgər Yer üzünün qabığında böyük miqdarda istiliyin kənara çıxmasına səbəb olan bu yarıq və çatlar olmasaydı, dünyada yaşamaq mümkün olmazdı. Çünki Yer qabığının altından kənara çıxış nöqtəsi (yolu) olmayan istilik bu vəziyyətdə çox böyük miqdarda mənfi nüvə təsirinin meydana gəlməsinə səbəb olacaqdı.

Şübhə yoxdur ki, belə bir məlumatı yalnız yüksək texnologiyaya sahib olmaqla əldə etmək mümkündür. Amma nəzərə alınmalıdır ki, Quran bunu hələ 1400 əvvəl xəbər verib. Bu isə Quranın Allah`ın sözü olduğunu isbatlayan əlavə dəlillərdən biridir.



        









     

      Əgər yer üzünün, qabığından yüksək miqdarda istiliyin çölə çıxmasına imkan verən quruluşu olmasaydı, Dünya üzərində həyat qeyri-mümkün olardı.





40. http://tea.rice.edu/schauer/6.23.2000.html;http://www.eri.u-tokyo.ac.jp/seno/sealevel_abst.html; http://theory.uwinnipeg.ca/mod_tech/node195.html;
http://www.nekkah.com/Main/EngPage/Scientific_Signs_in_the_Quran.htm







                                                                                                                                                         DƏMİRDƏKİ BÖYÜK BİR SİRR





       Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın "Hədid", yəni "Dəmir" adlı surəsində belə buyurulur:

   

  "...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik (endirdik)..." (Hədid surəsi, 25)





     Ayədə xüsusi olaraq dəmirlə bağlı işlədilən "ənzəlnə", yəni "endirmək" kəlməsi məcazi anlamda onun insanların xidmətinə verilməsi mənasında başa düşülə bilər. Fəqət kəlmənin yağış və günəş şüaları ilə bağlı işlədilən "göydən fiziki olaraq endirmə" şəklindəki həqiqi mənasına diqqət veriləndə ayənin çox mühüm elmi möcüzə olduğu aşkara çıxır. Çünki müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut etmişdir.

«Hədid» surəsinin 25-ci ayəsində dəmir üçün işlədilən «ənzəlnə», yəni «endirmək» kəlməsinin məcazi mənada insanlara xidmət üçün verilmək mənasında olduğu düşünülə bilər. Lakin kəlmənin yağış və günəş şüaları barədə işlədilən «göydən fiziki olaraq endirmək» şəklindəki həqiqi mənası diqqətə alınanda ayənin yuxarıda ifadə etdiyimiz bu mühüm elmi həqiqətə işarə etdiyi görünür.

     Təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kənardan əldə edilmişdir. Çünki Günəşin hərarəti dəmir elementinin meydana gəlməsi üçün kifayət etmir. Günəşin 60000 C dərəcəlik səthinin və 20 milyon0 C dərəcəlik nüvə hərarəti vardır. Dəmir ancaq Günəşdən də böyük olan ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istidə əmələ gələ bilər. Nova və supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən həddi keçdikdə, ulduzlar artıq onu saxlaya bilmir və partlayır. Dəmirin kosmosa səpələnməsi bu partlayışlar nəticəsində mümkün olur.



     Bir elmi mənbədə bu məsələ ilə bağlı aşağıdakı məlumat qeyd edilir:



              "Daha çox yaşı olan Supernova hadisələrini göstərən dəlillər də var. Dəniz tavanında yığılmış dəmir-60

              Günəşdən 90 işıq ili uzaqlıqda təxminən 5 milyon il əvvəl meydana gələn bir supernova partlayışının

              dəlili olaraq izah edilir. Supernova partlayışında əmələ gələn dəmir-60 elementi 1,5 milyon il ömrü olan

              radioaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən dəmir-60 izotopu yaxın kosmosda olan

             elementlərin nüvə sintezi prosesindən keçərək əvvəlcə Yer atmosferinə, oradan da Yerin alt təbəqələrinə

             düşməsi nəticəsində meydana gəlmişdir".



       Bütün bunlardan da göründüyü kimi, dəmir mədənləri Yerdə əmələ gəlməmiş, supernovalardan göy daşları vasitəsilə daşınaraq eynilə ayədə bildirildiyi şəkildə Yerə endirilmişdir. Bu məlumatın Quranın nazil olunduğu VII əsrdə elmi şəkildə təsbit edilməsinin qeyri-mümkünlüyü isə tam aydındır. Bu həqiqət yalnız hər şeyi sonsuz biliyi ilə əhatə edən Allah`ın sözündə - Quranda var. Dövrümüzün astronomik bilikləri bizə başqa elementlərin də Yer kürəsindən kənarda meydana gəldiyini göstərir. Ayədəki «dəmiri də endirdik» ifadəsindəki «də» vurğusu bu həqiqətə diqqəti cəlb etmək üçün ola bilər. Ancaq ayədə dəmirin xüsusilə vurğulanması XX əsrin axırlarında əldə edilən məlumatlar nəzərə alınanda daha çox maraq kəsb edir. Məşhur mikrobioloq Maykl Denton «Təbiətin taleyi» adlı kitabında dəmirin əhəmiyyətini bu sözlərlə ifadə etmişdir:

             «Bütün metalların arasında dəmirdən daha çox zəruri əhəmiyyəti olanı yoxdur. Bir ulduzun nüvəsində

             dəmirin yığılması supernova partlayışına təkan verir və bununla da həyat üçün zəruri olan atomların

              bütün kainata yayılması təmin edilir. Dəmir atomlarının dünyanın ilk mərhələlərində nüvədə meydana

             gətirdiyi cazibə qüvvəsi ilə yaranan hərarət dünyanın başlanğıcındakı kimyəvi fərqliliklərə səbəb olmuş və

           atmosferin meydana gəlməsi ilə son nəticədə hidrosferin yaranmasını təmin etmişdir.

           Dünyanın mərkəzində mövcud olan ərimiş dəmir nəhəng bir maqnit vəzifəsini yerinə yetirir və dünyanın maqnit

            sahəsini yaradır. Bu maqnit sahəsi sayəsində Yer kürəsinin səthini yüksək enerjili dağıdıcı kosmik radiasiyadan

          qoruyan Van Allen radiasiya zolaqları meydana gəlir və həyat üçün mühüm əhəmiyyəti olan ozon təbəqəsini kosmik

         şüanın dağıdıcı gücündən qoruyur...» Dəmir atomu olmasaydı, kainatda karbona bağlı həyatın olması da mümkün

           olmazdı.

            Supernovalar, dünyanın ilk dövrlərində hərarət, atmosfer, yaxud da hidrosfer mövcud olmazdı.

            Qoruyucu maqnit sahəsi olmaz, Van Allen radiasiya zolaqları meydana gəlməz, ozon təbəqəsi olmaz,

           (insan qanında) hemoqlobini meydana gətirən heç bir metal olmazdı, oksigenin reaktivliyini

           aşağı salan metal yaranmaz və oksidə əsaslanan bir metabolizm meydana gəlməzdi.

             Həyatla, dəmirlə və qanın qırmızı rəngi ilə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə təkcə

            metalların biologiya baxımından mühüm olduğunu göstərməklə qalmır, həmçinin kainatın bioloji cəhətdən

             əhəmiyyətini vurğulayır.



                                             Əl-Hədid Surəsi Quranın 57-Cİ surəsidir,

                                            Əl-Hədid sözünün ərəb dilindəki nömrə dəyəri isə 57dir.

                                          yalnız "Hədid" sözünün nömrə dəyəri 26'dır. 

                                           Yandakı periodik cədvəldə də göründüyü kimi 26 sayı

                                           dəmirin atom nömrəsidir.

                                          Üstün qüdrət sahibi olan Allah, Hədid surəsində

                                           endirdiyi ayə həm dəmirin necə

                                           meydana gəldiyinə diqqət çəkməkdə həm də ayəni                                   

                                          ehtiva etdiyi riyazi şifrələr ilə elmi bir möcüzəni bizə göstərir.



        Dəmir atomunun əhəmiyyəti bu izahlarla daha yaxşı başa düşülür. Quranda dəmirə xüsusi diqqət verilməsi də bu maddənin əhəmiyyətini göstərir. Peyğəmbərimizin (s) dövründə də dəmirdən istifadə edilməklə və müxtəlif alətlər düzəldilirdi, ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqındakı məlumatlar o vaxt kifayət qədər deyildi. Dünyanın nüvəsində dəmirin olduğu, insanın qanında dəmirin mövcudluğu və dəmirin canlı aləm üçün həyati əhəmiyyəti XX əsrə kimi hələ bilinməyən həqiqətlər idi.

        Bütün bunlarla yanaşı, Quranda dəmirin əhəmiyyətinə diqqəti yönəldən bir sirr də var. İçində dəmirdən bəhs edilən «Hədid» surəsinin 25-ci ayəsi özündə çox maraqlı iki riyazi şifrəni ehtiva edir.

"Hədid" Quranın 57-ci surəsidir. "Hədid" kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni "əbcəd" hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: 57. (Əbcəd hesabları ilə bağlı ətraflı məlumat üçün baxın: "Quranda əbcəd hesabı" fəsli). "Hədid" kəlməsinin riyazi dəyəri isə 26-dır. 26 da dəmirin atom sayıdır.

      Digər tərəfdən, ötən aylarda həyata keçirilən bir xərçəng xəstəliyinin müalicəsində dəmir-oksid hissəciklərindən istifadə olundu və müsbət nəticələrin əldə olunduğu müşahidə edildi. Almaniyanın bütün dünyada məşhur olan "Charite" xəstəxanasında doktor Andreas Cordanın rəhbərliyi altında çalışan heyət xərçəng xəstəliyinin müalicəsi üçün müəyyənləşdirdiyi yeni üsulla - maqnit maye hipertermiya, yəni yüksək hərarətli maqnetik maye tətbiqi üsulu ilə - xərçəng hüceyrələrini məhv etməyi bacardı. Xəstəxanada ilk dəfə 26 yaşlı Nikolaus H. adlı bir tələbə üzərində sınaqdan keçirilən bu üsulun nəticəsində həmin şəxsdə üç ay yeni xərçəng hüceyrələri müşahidə edilməmişdi.

          İstifadə edilən bu müalicə üsulu qısa olaraq bu formadadır:

 1. İçində dəmir-oksid hissəcikləri olan maye xüsusi şprislə şişin içinə göndərilir. Bu hissəciklər şiş hüceyrələrinə dağılır. Bu mayenin 1 sm3-ində dəmir-oksiddən meydana gələn və eritrositlərdən (qırmızı qan hüceyrələrindən) 1000 dəfə kiçik milyonlarla hissəcik mövcuddur və bunlar asanlıqla qan damarlarında qarışa bilir.

 2. Xəstə bundan sonra güclü maqnetik təsiri olan bir cihazın altına yatızdırılır.

 3. Kənarda tətbiq edilən bu maqnetik cərəyan şişin içindəki dəmir hissəciklərini hərəkətə gətirməyə başlayır. Bu əsnada özündə dəmir-oksid hissəciklərini ehtiva edən şişdəki şüa müsbət 450 C-yə qədər qalxır.

 4. İstiliyə qarşı özünü qoruya bilməyən xərçəng hüceyrələri bir neçə dəqiqə ərzində zəiflədilir, ya da tamam məhv edilir.

        Bundan sonra aparılan kimyaterapiya ilə şiş tamamilə yox ola bilir.

    Bu üsulun yayılması ölümcül olan bu xəstəliyin müalicəsi baxımından çox böyük elmi tərəqqidir. Xərçəng kimi geniş yayılmış bir xəstəliyin müalicəsində Qurandakı ifadə ilə «insanlara fayda verən dəmir»dən istifadə edilməsi çox diqqətəlayiq məqamdır («Hədid» surəsi, 25). Həmçinin Quranda həmin ayə ilə dəmirin insan sağlamlığı baxımından bu yöndəki faydalarına da işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).



41. Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997,

ss. 110-111; http://www.wamy.co.uk/announcements3.html; Prof. Zighloul Raghib El-Naggar'ın konuþmasından.
42. Dr. Mazhar, U. Kazi, 130 Evident Miracles in the Qur'an, Crescent Publishing House, New York, 1997, ss. 110-111; http://www.wamy.co.uk/announcements3.html
43. http://www.istanbul.edu.tr/fen/astronomy/populer/cevre/cevresi.htm; Yard. Doç. Dr. Yüksel Karataþ, İstanbul Üniversitesi Fen Fakültesi Astronomi ve Uzay Bilimleri Bölümü, Popüler Bilim (Popular Science Magazine), no. 92, 2001, ss. 38-43, [American Scientist, c. 88, s. 1].
44. Michael J. Denton, Nature's Destiny, The Free Press, 1998, s. 198.
45. http://www.inm-gmbh.de/cgi-bin/frame/frameloader.pl?sprache=en&url=http://www.inm-gmbh.de/htdocs/technologien/highlights/highlights_en.htm
46. "Nanotechnology successfully helps cancer therapies", IIC Fast Track, Nanotech News from Eastern Germany,
Industrial Investment Council, Ekim 2003; www.iic.de/uploads/media/NANO_FT_Nov2003_01.pdf







                                   

                                                                                                                                                                           NEFTİN ƏMƏLƏ GƏLMƏSİ



  

   «Xəlq edən və nizama salan, əzəldən müəyyən edən və yol göstərən, ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub

       şəninə təriflər de! O Rəbbin ki, yamyaşıl otlar çıxartdı. Sonra da onu quru, qara vəziyyətə döndərdi». (Əla surəsi, 1-5)





      Məlum olduğu kimi, neft dənizlərdəki bitkilərin və heyvanların çürüməsindən sonra qalan qalıqlarından meydana gəlir. Bu qalıqlar dəniz yatağında milyonlarla il boyunca çürüyəndən sonra yerdə ancaq yağlı maddələr qalır. Palçıq və böyük qaya laylarının altında qalan yağlı maddələr də neftə və qaza dönür. Yer qabığındakı hərəkətlənmələr bəzən dənizlərin torpaq hissələri halına gəlməsinə və özündə nefti ehtiva edən qayaların minlərlə metr dərinliyə gömülməsinə səbəb olur. Meydana gələn neft də bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərindən səthə çıxır və burada buxarlanaraq (qaz halına dönərək) geriyə qatran yığnağı buraxır.

    «Əla» surəsinin ilk dörd ayəsində diqqəti cəlb edən üç məsələ neftin yaranma mərhələləri ilə ciddi paralellik içindədir. Xüsusilə «otlaq, düz, çəmənlik» mənalarına gələn «əlməra» ifadəsi ilə neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə olunması ehtimalı daha çoxdur. Ayədə ikinci maraqlı söz isə qara rəngə çalan yaşıl, qaraya çalan, əsmər, his rənglərini bildirmək üçün işlədilən «əhva» kəlməsidir. Bu sözü də yerin altında yığılıb qalan bitki qalıqlarının zaman ötdükcə qara rəngli maddəyə çevrilməsi kimi qəbul etmək olar. Çünki bu kəlmələr üçüncü bir kəlmə ilə - «qusaən»lə - dəstəklənir. Bəzi Quran tərcümələrində «çör-çöp, süpürüntü» kimi məna verilən «qusaən» kəlməsi «sel suyunun otları, çöplərini bir-birinə qataraq sürüyüb gətirdiyi və dərələrin ətrafına atdığı ot, çöp, yarpaq və köpük kimi qarışıqlıq» mənasına da gəlir. «Qusmaq» mənası verən bu söz bəzi mənbələrdə «sel qusmağı» kimi tərcümə edilir və torpağın nefti qusması kimi də tərif edilir. Həmçinin neftin meydana gəlməsi, ortaya çıxması, köpüklü görünüşü, rəngi nəzərə alınanda ayələrdə işlədilən kəlmələrin nə qədər hikmətli olduğu daha yaxşı başa düşülür.

     Buradan da göründüyü kimi, ayədəki bitkinin qara və axıcı bir mayeyə dönməsi neftin əmələ gəlməsi ilə çox oxşardır. Neftin əmələ gəlməsi haqqında məlumatın olmadığı bir dövrdə bu cür uzun illəri əhatə edən bir təşəkkül prosesinin tərif edilməsi, şübhəsiz ki, Quranın Allah`ın vəhyi olmasının başqa bir dəlilidir.





                                                                                                                                                                               ZAMANIN NİSBİLİYİ





              Zamanın nisbiliyi mövzusu bu gün tam isbat edilmiş elmi bir həqiqətdir.

Ancaq bu həqiqət XX əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb.

O dövrə qədər insanlar zamanın nisbiliyinin bir nəzəriyyə olduğunu, şəraitə görə

dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Ancaq məşhur alim Albert Eynşteyn zamanın

nisbiliyi nəzəriyyəsi ilə bu həqiqəti aydın şəkildə sübut etdi. Bəşər tarixi boyu heç kim

bu məsələni açıq-aşkar deyə bilməmişdi. Ancaq bir istisna ilə - Quranda zamanın

nisbi olduğunu göstərən məlumatlar var! Sözügedən məsələ ilə bağlı ayələr

i bu cür qeyd edə bilərik:



                           "...Rəbbinin dərgahında bir gün sizin saydıqlarınızın min ili kimidir!" (Həcc surəsi, 47)

     

"O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə

       Ona yüksələr". (Səcdə surəsi, 5)

     

        "Mələklər və Ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar". (Məaric surəsi, 4)



      610-cu ildən etibarən göndərilməyə başlanan Quranda zamanın nisbiliyindən bu cür aydın şəkildə bəhs edilməsi onun ilahi bir kitab olduğunun başqa bir sübutudur.







                                                                                                                                                                         ALTI GÜNDƏ YARADILIŞ





       «Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Allah`dır...» (Əraf surəsi, 54)





      Quranla müasir elm arasındakı uyğunluğun bir nümunəsi də özünü kainatın yaşı məsələsində büruzə verir. Kosmoloqlar kainatın yaşının 16-17 milyard il olduğunu hesablayıblar. Quranda isə bütün kainatın 6 günə yaradıldığı açıqlanır. İlk baxışda fərqli kimi görünən bu zaman kəsikləri arasında çox təəccüblü bir uyğunluq var. Əslində isə, əlimizdə kainatın yaşı ilə bağlı mövcud olan bu iki rəqəmin hər ikisi də doğrudur. Yəni kainat Quranda da bildirildiyi kimi, 6 günə yaradılıb və bu dövr bizim dərk etdiyimiz zaman hesabı ilə 16-17 milyard ilə uyğun gəlir.

     Eynşteyn 1915-ci ildə zamanın nisbi olduğunu, məkana, səyahət edən adamın sürətinə və həmin andakı Yerin cazibə qüvvəsinə bağlı olaraq zamanın axma əmsalının da dəyişdiyini iddia etmişdi. Zamanın axma əmsalındakı bu fərqlər nəzərə alınanda Quranda 7 fərqli ayədə bildirilən kainatın yaradılma müddətinin alimlərin təxminləri ilə üst-üstə düşdüyü görünür. Quranda bildirilən 6 günlük vaxtı 6 dövr kimi də qəbul edə bilərik. Çünki zamanın nisbiliyi nəzərə alınanda «gün» təkcə bugünkü şərtlərlə dünyada dərk edilən 24 saatlıq bir zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində, başqa vaxtda və şəraitdə «gün» daha uzun müddətlik bir zaman kəsiyidir. Həmçinin bu ayələrdə («Səcdə» surəsi, 4; «Furqan» surəsi, 59; «Hədid» surəsi, 4; «Qaf» surəsi, 38; «Əraf» surəsi, 54) qeyd edilən 6 gün («sittəti əyyamin») ifadəsindəki «əyyamin» kəlməsi «günlər» mənası ilə yanaşı, həm də «çağ, dövr, an, müddət» mənalarına gəlir.

Kainatın ilk dövrlərində zaman bu gün öyrəşdiyimiz axış sürətindən daha sürətlə axıb. Bunun səbəbi budur: «Biq bənq» («Böyük partlayış») anında kainat çox kiçik bir nöqtəyə sıxışdırılmışdı. Bu böyük partlayış anından bu yana kainatın genişlənməsi və kainatın həcminin geriyə getməsi onun hüdudlarını milyardlarla işıq ili uzaqlığa apardı. Həmçinin «Biq bənq»dən bu günə kimi kosmosun gərilməsinin kainat saatına çox önəmli təsirləri oldu.

«Biq bənq» anındakı enerji universal saatın zaman axış sürətini milyon dəfə milyon (1012) dəfə yavaşıtmışdır. Kainat yaradılanda universal zamanın axış əmsalı - bu gün dərk edildiyi kimi - milyon dəfə milyon (trilyon) qat qədər daha böyük idi, yəni zaman daha sürətlə axırdı. Dolayısilə, biz Yer kürəsində milyon dəfə milyon dəqiqəni yaşadığımız əsnada universal saat üçün ancaq bir dəqiqə ötür. Zamanın nisbiliyi nəzərə alınaraq hesablananda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) günə uyğun gəlir. Çünki universal saat Yer kürəsindəki saatın axış sürətində milyon dəfə milyon daha sürətli ötür. 6 trilyon günün əvəzi olan illərin sayı təxminən 16,427 milyarddır. Bu rəqəm günümüzdə kainatın təxmin edilən yaş aralığındadır.

                                                          6 000 000 000 000 gün / 365,25 = 16 427 104 723 il.



        Digər tərəfdən, yaradılışın 6 gününün hər biri - bizim zaman idrakımızla - bir-birindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axma əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olmaqla azalmasıdır. «Biq bənq»dən etibarən kainatın böyüklüyü hər ikiyə qatlananda zamanın axma əmsalı yarıya düşüb. Kainat böyüdükcə kainatın ikiyə qatlanma sürəti də getdikcə artan tərzdə yavaşıyıb. Bu genişlənmə nisbəti «Fiziki kosmologiyanın əsasları» adlı dərs kitablarında qeyd olunan, dünyanın hər yerində geniş şəkildə yayılan və bəlli olan elmi həqiqətdir. Yaradılışın hər gününü dünya zamanı ilə hesablayanda qarşımıza aşağıdakı mənzərə çıxır:



* Zamanın başladığı andan etibarən baxıldıqda, yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam edib. Ancaq bu müddət bizim zamanı dünyada dərk etdiyimiz şəkli ilə 8 milyard ilə bərabərdir.



* Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam edib. Ancaq bu, bizim dərk etdiyimiz əvvəlki günün yarısı qədər davam edib. Yəni 4 milyard il.

 

* 3-cü gün (3-cü dövr) isə yenə əvvəlki gün olan 2-ci günün yarısı qədər davam edib. Yəni 2 milyard il. 

 

* 4-cü gün (4-cü dövr) 1 milyard il çəkib.

* 5-ci gün (5-ci dövr) 500 milyon il davam edib.

* 6-cı gün (6-cı dövr) 250 milyon il davam edib.

* Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü dünyadakı zaman növü əsasında cəmlənəndə bu zaman kəsiyi 15 milyard 750 milyon ilə bərabər olur. Bu rəqəm müasir dövrümüzdəki təxminlərlə böyük ölçüyə uyğun gəlir.



        Bu nəticə XXI əsr elminin ortaya qoyduğu həqiqətlərdir. Elm 1400 il əvvəl Quranda xəbər verilən bir həqiqəti bir daha təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allah`ın vəhyi olduğunun möcüzəli sübutlarından biridir.





                                                                                                                               ALIN YAZISI (QİSMƏT, QƏDƏR, TALEH) HƏQİQƏTİ







       «Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hökm və hikmət sahibidir!» (İnsan surəsi, 30)





       ABŞ-ın Kaliforniya Universitetinin neyrofizioloqlarından olan professor Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib qurtarandan yarım saniyə sonra hərəkətə gəldiyini ortaya qoydu. Başqa neyrofizioloqlar da bu halı həmişə keçmişdə yaşadığımız və şüurumuzun bütün baş verənləri yarım saniyədən sonra göstərən bir monitor kimi olduğu şəklində şərh edir.

Dolayısilə, dərk etdiyimiz təcrübələrin heç biri həqiqi zamanda deyil, lakin gerçək hadisələrdən yarım saniyə qədər gecikir. B.Libet öz tədqiqatlarını beyin əməliyyatlarının narkoz verilməmişdən, yəni xəstənin şüuru tamamilə yerində ikən aparıla bilməsindən faydalanaraq həyata keçirmişdi. B.Libet üzərində təcrübə apardığı adamların beynini aşağı səviyyəli elektrik cərəyanı ilə xəbərdar edərək əllərinə toxunulduğu dərki meydana gətirərkən, həmin adamlar bu «toxunuşu» haradasa yarım saniyə əvvəl hiss etdiklərini söyləyirdi. B.Libet apardığı ölçmələrin köməyi ilə belə bir nəticəyə gəlmişdi: «Adi halda bütün dərklər beyinə çatdırılır. Burada şüuraltında dəyərləndirilib şərh edilərkən mən(lik) heç bir şeyin fərqində deyil. Zehnimizdə canlanan, yəni fərqinə vara bildiyimiz məlumatlar isə xeyli uzun bir gecikmədən sonra kortesə - şüurun olduğu bölgəyə göndərilir».

       Ortaya çıxan nəticəni belə xülasə etmək olar: bir əzələ hərəkətini həyata keçirmək qərarı həmin qərarın şüuruna varmazdan əvvəl gerçəkləşir. Həmişə nevroloji, ya da idraki bir müddətlə bizim onu təmsil edən düşüncənin, hissin, idrakın, ya da hərəkətin şüurunda olmağımız arasında bir gecikmə var. Başqa sözlə, biz ancaq bir qərar zatən alınandan sonra həmin qərarın şüurunda ola bilərik.

       Professor B.Libetin təcrübələrində bu gecikmə 350 milli saniyə ilə 500 milli saniyə arasında dəyişir, lakin ortaya çıxan nəticə bu rəqəmlərdəki dəqiqliklə bağlı deyil. Çünki B.Libetə görə, bu gecikmə olduğu müddətdə - nə qədər böyük, ya da kiçik olmasından asılı olmayaraq, bir saat, ya da mikrosaniyə olması nəzərə alınmadan - bizim maddi olan bu anı yaşamağımız həmişə keçmişdədir. Bu isə hər fikrin, hissin, idrakın, ya da hərəkətin biz bunu qavramadan əvvəl gerçəkləşdiyini göstərir ki, bu da gələcəyin tamamilə bizim nəzarətimizdən kənarda olduğunu sübut edir.

       Professor B.Libet başqa təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirəcəklərini seçməyi üzərində təcrübə apardığı adamların öz öhdəsinə buraxmışdı. Barmaqlarını hərəkət etdirmək anı beyinlərindən izlənən adamların bu qərarı verməzdən əvvəl əlaqəli beyin hüceyrələrinin fəaliyyətə keçdiyi görülüb. Başqa sözlə, insana «et» əmri gəlir, hərəkəti etmək üzrə beyin hazırlanır; adam isə ancaq 0,5 saniyə sonra bunun şüuruna varır. Bu, bir hərəkəti etməyə qərar verib sonra etmək deyil, özü üçün əvvəlcədən müəyyən edilən hərəkətləri etmək mənasına gəlir. Lakin beyin müəyyən bir zaman tənzimləməsi apararaq insanın, əslində, keçmişdə yaşadığı hissini aradan qaldırır. Dolayısilə, «bu an» deyəndə keçmişdə müəyyən edilmiş bir hadisəni yaşayırıq. Göründüyü kimi, bu çalışmalar «İnsan» surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allah`ın istəməsi ilə gerçəkləşdiyini təsdiq edir (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, «Zamansızlıq və tale həqiqəti»).





47. Benjamin Libet, "Unconscious cerebral initiative and the role of conscious will in voluntary action", The Behavioral and Brain Sciences, 1985, ss. 529-566.

48. http://www.genetikbilimi.com/genbilim/bilincbeyninkuklasi.htm
49.http://faculty.virginia.edu/consciousness/new_page_8.htm#5.10.
%20Free%20will%20as%20the%20possibility%20of%20alternative%20action







                     

                                                                                                                                                                     YARADILIŞDAKI ÇİFTLƏR





"Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir". (Yasin surəsi, 36)





      Erkəklik-dişilik "cüt" ifadəsinə uyğundur, amma bununla yanaşı, ayədə qeyd olunan

"bilmədiklərindən" ifadəsi daha geniş mənanı ehtiva edir. Həmçinin biz ayənin işarə

etdiyi mənalardan biri ilə bu gün də qarşılaşırıq. Maddənin cüt yaradıldığını ortaya

qoyan ingilis alimi Pol Dirac 1933-cü ildə fizika sahəsində Nobel mükafatına

layiq görüldü. "Parite" deyilən bu kəşf maddənin antimaddə deyilən bir cütünün

olduğunu göstərirdi. Antimaddə maddənin əksinin xüsusiyyətlərini daşıyır. Məsələn,

maddənin ziddinə olaraq antimaddənin elektronları müsbət, protonları da mənfi yüklüdür.

Bu həqiqət elmi mənbələrdə belə ifadə edilir:



"...Hər kiçik hissənin əks yükdə bir antihissəsi var. Qərarsızlıq əlaqəsi bizə bu cütlərin var olmasının da, yox olmasının da hər yerdə və həmişə eyni vaxtda meydana gəldiyini göstərir". Yaradılışdakı cütlərə başqa bir misal da bitkilərdir. Nəbatatçı alimlər bitkilərdə cinsiyyət fərqlərinin olmasını cəmi 100 il əvvəl kəşf edə biliblər. Halbuki, bitkilərin cüt yaradılması Quranda hələ 1400 il bundan əvvəl aşağıdakı ayələrlə aydın şəkildə bildirilir:





"Allah göyləri gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə hər gözəl olan cütdən bir bitki yaratdıq". (Loğman surəsi, 10)



"O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik". (Taha surəsi, 53)



      Həmçinin meyvələr də dişi və erkək olaraq fərqli quruluşlara malikdir. Bu məlumat Quranın «Rəd» surəsinin 3-cü ayəsində belə ifadə edilir:



«Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi) iki cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!» (Rəd surəsi, 3)





      Ayədə «cüt» kimi tərcümə edilən «zəvcəyni» kəlməsi ərəb dilində «tay, həyat yoldaşı» mənasında işlədilən «zəvc» kəlməsindən gəlir. Məlum olduğu kimi, yetişən bitkilərin məhsullarının son forması meyvələrdir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəklik və dişilik orqanları var. Çiçəyə tozcuq daşınaraq mayalanma gerçəkləşəndə - erkək və dişi çoxalan hüceyrələri birləşəndə - meyvə verməyə başlayır. Zaman ötdükcə meyvə yetkinləşir və toxum tökməyə başlayır. Bu həqiqət - meyvələrdə fərqli cinslərə aid xüsusiyyətlərin olması - Quranda işarə edilən başqa elmi məlumatdır.





50. http://www.2think.org/nothingness.shtml; Nothingness: The Science of Empty Space, Henning Genz, s. 205.

51. http://www.therevival.co.uk/Revival_issue/vol5_iss2_quran_miracle.htm





 

                 

                                                                                                                                                   ATOMUN DAXİLİNDƏKİ HİSSƏCİKLƏR





       Yunan filosofu Demokrit məşhur atom nəzəriyyəsini inkişaf etdirəndən sonra insanlar maddənin atom deyilən çox kiçik, bölünməyən və yox edilə bilməyən hissələrdən ibarət olduğuna inanmağa başlamışdılar. Müasir dövrümüzdə isə elm maddənin ən kiçik hissəsi kimi qəbul edilən atomun özünün də hissələrə ayrıla biləcəyini sübuta yetirib.

    Yalnız ötən əsrdə ortaya çıxan bu həqiqət insanlara Quran vasitəsilə hələ 1400 il bundan əvvəl xəbər verilib:





"...Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Səba" surəsi, 34/3)

"Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Yunis" surəsi, 10/61).





     Diqqətlə baxanda yuxarıdakı ayələrdə "zərrə"dən və bundan daha da

kiçik hissələrdən bəhs edilir. Ərəb dilində işlədilən "zərrə" kəlməsi

"insanların bildiyi ən kiçik hissə, toz, atom" mənalarına gəlir.

Dövrümüzdən 20 il əvvələ qədər belə güman edilirdi ki, atomları

təşkil edən ən kiçik hissələr protonlar və neytronlardır.

Ancaq çox yaxın tarixdə üzə çıxarıldı ki, atomun daxilindəki

bu hissələrin özünü də təşkil edən daha kiçik hissələr var.

Atomun tərkibindəki "alt hissələri" və onların özünəməxsus

hərəkətlərini araşdırmaq üçün fizika elminin "Hissə fizikası"

adlı bir sahəsi də ortaya çıxdı. Hissə fizikasının apardığı

araşdırmalar belə bir həqiqəti ortaya çıxardı ki, atomu təşkil edən

proton və neytronlar da, əslində, "kvark" deyilən daha kiçik hissəciklərdən

meydana gəlir. İnsan ağlının idrak sərhədlərini aşacaq kiçiklikdəki

protonu təşkil edən kvarkların ölçüsü isə, həqiqətən də, heyrətamizdir:



10-18 (0,000000000000000001) metr.



          Bununla bağlı diqqət yetirilməsi lazım gələn başqa bir məsələ isə "zərrə" ilə əlaqəli ayələrdə çəki amilinə xüsusi yer ayrılmasıdır. Ayədə qeyd edilən "misqalə zərrətin" ("zərrə qədər") ifadəsindəki "misqal" kəlməsi çəki məfhumu ilə bağlıdır və çəki mənasını verir. Həmçinin atomu bölünə bilən hala gətirən proton, neytron və elektron kimi hissələrin atoma ağırlıq verməsi də kəşf edilib. Bu nöqteyi-nəzərdən "zərrə"nin ölçülərinə və yaxud da başqa bir xüsusiyyətinə deyil, onun məhz ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, "Atom Möcüzəsi", Araşdırma nəşriyyatı).



52. http://i115srv.vu-wien.ac.at/physik/ws95/w9560dir/w9561d10.htm









                                                                                                                                                                                    QARA DEŞİKLƏR





        XX əsrdə kainatdakı göy cisimləri ilə əlaqədar çoxlu yeni kəşflər oldu. Dövrümüzdə hələlik yenicə aşkarlanmağa və öyrənilməyə başlanan bu cisimlərdən biri də qara deşiklərdir. Qara deşiklər enerjisi tükənən bir ulduzun öz daxilinə tərəf büzülməsi və axırda ulduzun yerinə hüdudsuz ölçüdə çox güclü cazibə sahəsinin ortaya çıxması ilə yaranır. Hətta nəhəng teleskoplarla belə qara deşikləri görmək mümkün deyil, çünki onun səthinin cazibə qüvvəsi olduqca güclüdür və işığın içindən kənarlaşa bilmir. Lakin qara deşiyin daxilinə çökən ulduz özünün olduğu yerin əhatəsinə göstərdiyi təsirlə aşkarlana bilir.



         Allah "Vaqiə" surəsində ulduzların yerlərinə and içərək bu məsələyə belə diqqət yetirmişdir:





"Ulduzların mənzillərinə and olsun. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz..." ("Vaqiə" surəsi, 56/75-76)





     «Qara dəlik» anlayışı ilk dəfə 1767-ci ildə ingilis alimi Con Miçel tərəfindən ortaya atılmışdı. Bu ifadə ilk dəfə amerikalı fizik Con Uayler tərəfindən 1969-cu ildə işlədilmişdir. Əvvəllər bütün ulduzları görə bildiyimizi zənn edirdik. Ancaq sonrakı illərdə bəlli oldu ki, kosmosda bizim onları görə biləcəyimiz qədər işığı olmayan ulduzlar da var. Çünki enerjisi tükənən bu ulduzların işıqları yox olur.  



















      Qara dəlik bir kütlənin artıq şüanın da sıza bilməyəcəyi qədər kiçik bir sahədə yığılmasıdır. Güclü cazibə sahəsi fotonları və ən sürətli hissəcikləri də bu bölgədə saxlayar. Günəşin kütləsindən üç dəfə böyük kütləyə sahib olan tipik bir ulduzun əks etməsi və partlaması nəticəsində meydana gələn qara dəliyin diametri təkcə 20 km qədərdir. Qara dəliklər «qara»dır, yəni onları birbaşa müşahidə etmək mümkün deyil. Özlərini başqa göy cisimlərinə dolayı yolla tətbiq etdikləri böyük cazibə gücləri ilə təsbit və ifadə edirlər.

Aşağıdakı ayədə qiyamət gününün təsvirləri ilə yanaşı bir cəhəti ilə də bu elmi kəşfə eyham vuran fikir var: 





                                      "Ulduzlar örtülüb (işıqları) sönəcəyi zaman..." ("Mursəlat" surəsi, 77/8) 





        Böyük kütləyə malik olan ulduzlar kosmosda büzülməyə səbəb olur. Ancaq qara deşiklər kosmosda təkcə büzülməyə səbəb olmur, həm də kosmosu deşib keçir. Bu sönən ulduzların qara deşiklər adlandırılmasının səbəbi də budur. Ayədə ulduzlarla bağlı bu məqama ayrıca diqqət yetirilməsi Quranın Allah`ın sözü olmasını ilahi dəlillər əsasında sübut edən başqa mühüm nümunədir:





"And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? (O, zülməti yaran) parlaq ulduzdur". ("Tariq" surəsi, 86/1-3)





      Ayənin ərəb dilindəki «deşik» mənasına gələn «saqb» kəlməsinin kökündə «deşik açan, deşən və deşib keçən» mənalarına gələn «əssaqibu» ifadəsi işlədilir. Qara dəliklərə tərif verən elmi nəşrlərdə isə «deşik açmaq, deşmək» mənalarına gələn ingilis dilindəki «puncture» sözündən istifadə edilir. Qara dəliklərin xüsusiyyətini ifadə etmək üçün Quranda qeyd edilən bu söz çox hikmətlidir. Ayədə ulduzlarla bağlı bu məlumata da diqqəti çəkilməsi Quranın Allah`ın sözü olduğunu sübut edən daha bir əhəmiyyətli nümunədir.







 

                                                                                                                                                       DÖYÜNƏN ULDUZLAR   - PULSALAR            





    

    «And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? Zülməti yaran parlaq ulduzdur!» («Tariq» surəsi, 1-3)





          Quranın 86-cı surəsi olan «Tariq» «tarq» sözündən törəyən bir kəlmədir. Bu kəlmə «bir səs eşidiləcək tərzdə vurmaq, döyünmək» mənalarına gəlir. Kəlmənin ən əsas mənası - «vuruş, şiddətlə döyünən» mənaları nəzərə alınanda bu surədə çox əhəmiyyətli bir elmi həqiqətə diqqətin cəlb edildiyi görünəcək. Bu məlumata keçməmişdən əvvəl qeyd edək ki, ayədə bu ulduzları tərif edən başqa kəlmələr belədir. Yuxarıdakı ayədə qeyd edilən «əttariqi» ifadəsi gecəni, zülməti yaran, gecə doğan, deşib keçən, vuran, döyən, çalan, iti ulduz mənalarına gəlir. Bundan başqa, ayədə qeyd edilən «vav» ifadəsi ilə and içilərək and içilən şeylərin - göyün və Tariqin - əhəmiyyətinə diqqət çəkilir.

         Jozelin Bell Barnell 1967-ci ildə İngiltərənin Kembric Universitetində apardığı tədqiqatlar nəticəsində nizamlı bir radio dalğasını tutmuşdu. Ancaq həmin dövrə qədər ürək döyüntüsü kimi nizamlı döyüntülərin mənbəyi ola biləcək bir göy cismi məlum deyildi. Amma 1967-ci ildə astronavtlar öz məhvəri ətrafında fırlanan nüvədəki maddə sıxlaşdıqca ulduzun maqnit sahəsinin də sıxlaşdığını və beləliklə, ulduzun qütblərində Yer kürəsinin maqnit sahəsindən 1 trilyon dəfə çox qüvvə yarandığını müəyyənləşdirdilər. Bu qədər sürətlə fırlanan və bu qədər güclü bir maqnit sahəsinə malik olan bir nəsnənin ulduzun hər fırlanmasında çox güclü radiodalğaların yaratdığı bir şüa yaydığını fərq etdilər. Bir müddətdən sonra haqqında bəhs edilən siqnalların mənbəyinin neytral ulduzlarının çox böyük sürətdə fırlanması olduğu aydın oldu. Kəşf edilən bu neytral ulduzları «pulsar» adlandırıldı. Süpernova partlayışları ilə ölərək «pulsar» halına gələn bu ulduzlar kainatın ən ağır kütləli, ən parlaq və ən hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz ətraflarında saniyədə 600 dəfə dövr edir.

Pulsar kəlməsi ingilis dilində «pulse» feilindən törəyib. «American Heritage» lüğətində bu feil «düzənli və ritmik döyünmək» mənasına gəlir. «Webster» lüğətində isə eyni kəlmə oxşar kökə mənsub başqa feil olan «pulsate», yəni «ritmik olaraq genişlənmək və büzülmək, döyünmək» feilləri ilə ifadə olunur.

        Bu kəşfdən sonra Quranda «tariq», yəni «döyünmək» kəlməsi ilə ifadə edilən pulsar adlandırılan neytral ulduzları ilə çox oxşar xüsusiyyətlərə malik olduğu üzə çıxır. Nəhəng ulduzların nüvələri çökərək nötron ulduzlarını əmələ gətirir, həddən artıq qalınlaşıb sıxlaşanda sürətlə fırlanan bu kiçik kürəşəkilli maddə ulduzun ağırlığının və maqnit sahəsinin çoxunu saxlayır və sıxışdırır. Sürətlə fırlanan bu neytral ulduzunun yaratdığı güclü maqnit sahəsinin Yer kürəsindən müəyyən edilə bilən güclü radiodalğaların yayılmasına səbəb olduğu təsdiqlənmişdir.

«Tariq» surəsinin üçüncü ayəsində isə deşən, deşib keçən, deşik açan, aydınladan mənalarına gələn «ənnəcmu əssaqibu» ifadəsi ilə Tariqin qaranlığı yarıb keçən parlaq ulduz olduğu bildirilir. «Tariq» surəsinin ikinci ayəsində də «Sən nə bilirsən ki,         Tariq nədir?» sualındakı «ədrakə» ifadəsi qavramağı, başa düşməyi ifadə edir. Günəşin bir neçə misli olan ulduzların sıxışması nəticəsində meydana gələn pulsarlar dərk edilməsi çətin olan göy cisimlərindəndir. Ayədə sual əvəzliyi ilə bu vuruşlu ulduzların qavranmasının çətin olduğu vurğulanır (ən doğrusunu Allah bilir).

         Göründüyü kimi, Quranda «Tariq» kimi bildirilən ulduzlar XX əsrin axırlarında kəşf edilən pulsarlarla böyük oxşarlığa malikdir və bizə Quranın başqa elmi möcüzəsini göstərir.





53. http://www.atnf.csiro.au/news/press/double_pulsar/







                                                                                                                                                                                                       SİRUİS ULDUZU



           Quranda qeyd edilən bəzi qavramlar XXI əsrin elmi nailiyyətləri ilə tədqiq ediləndə qarşımıza bir Quran möcüzəsi kimi çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilən Sirius ulduzudur:

                           

                                                      «Şira ulduzunun da Rəbbi Odur!» («Nəcm» surəsi, 49)





        Ərəb dilində əvəzi «Şira» olan Sirius ulduzunun təkcə «ulduz» mənasına gələn «Nəcm» surəsinin 49-cu ayəsində qeyd edilməsi çox diqqət çəkici bir məqamdır. Çünki alimlər gecələr göydəki ən parlaq ulduz olan Siriusun hərəkətindəki nizamsızlığa əsaslanaraq onun bir cüt ulduz olduğunu kəşf etmişdilər. Dolayısilə, Sirius Sirius A və Sirius B kimi ifadə edilən iki ulduzdan meydana gələn bir dəst ulduzdur. Bunlardan daha böyük olan Sirius A Sirius B-dən Yer kürəsinə daha yaxındır. Onun əsas xüsusiyyəti adi gözlə görünən ən parlaq ulduz olmasıdır. Sirius B ulduzunun xüsusiyyəti isə onun teleskopsuz görünməməsidir.

         Bu iki Sirius ulduzu bir-birinə tərəf qövs formasında bir ox çəkir və hər 49,9 ildə bir-birinə yaxınlaşaraq göy üzündə sallanırlar. Bu, müasir dövrümüzdə Harvard, Ottava və Leikester universitetləri astronomiya ilə məşğul olan bölmələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir.Bu məlumatlar bəzi mənbələrdə belə qeyd edilir:

«Ən parlaq ulduz olan Sirius, əslində, bir cüt ulduzdur... Fırlanma periodu 49,9 ildir».

«Məlum olduğu kimi, Sirius A və Sirius B ulduzları bir-birinin ətrafında hər 49,9 ildə bir cüt qövs çəkərək fırlanırlar».

Burada diqqətəlayiq məqam iki ulduzun bir-birinin ətrafında fırlanaraq qövs formasında iki ədəd orbit çəkməsi ilə bağlıdır. Ancaq XX əsrin axırlarına doğru üzə çıxan bu elmi həqiqət 14 əsr əvvəl möcüzəli bir tərzdə Quranda ifadə edilmişdir. «Nəcm» surəsinin 49-cu və 9-cu ayələri birlikdə oxunanda bu möcüzə qarşımıza çıxır:



         «Şira ulduzunun da Rəbbi Odur!» («Nəcm» surəsi, 49) «(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə ondan da yaxın oldu» («Nəcm» surəsi, 9) «Nəcm» surəsinin 9-cu ayəsində başa düşülən «onların ikisi arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun hərəkət etdiyi orbitdə bir-birinə yaxınlaşdığını ifadə edir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə bilinməsi mümkün olmayan bu elmi fakt Quranın uca Rəbbimizin bir sözü olduğu həqiqətini bizlərə bir daha sübut edir.





54. http://www.star.le.ac.uk/astrosoc/whatsup/stars.html (Leicester edu dept of Physics & astronomy); http://www.site.uottawa.ca:4321/astronomy/index.html#Sirius (University of Ottowa); http://cfa-www.harvard.edu/~hrs/ay45/Fall2002/ChapterIVPart2.pdf (Harvard-Smithsonian Center for Astrophysics)









                                                                                                                                                                                 İŞIQ VƏ QARANLIQLAR





           "Göyləri və yeri xəlq edən, zülmətləri yaradan Allah`a həmd olsun!..." ("Ənam" surəsi, 6/1)



   

        Məlum olduğu kimi, ətrafda işıq olmasa, insanın onu əhatə edənləri, yəni ətrafındakıları adi gözlə görməsi mümkün deyil. Ancaq bizim görə bildiyimiz işıq bu işığı yayan enerjinin çox kiçik bir hissəsidir. İnsanın görə bilmədiyi, ancaq işığı yayan başqa enerji növləri də mövcuddur. Məsələn, infraqırmızı, ultrabənövşəyi, "x" şüaları, radio dalğalar və sairə. İnsan bu işığın adıçəkilən dalğa boyları qarşısında kor kimidir.

       Quranda "qaranlıq" kəlməsinin hər dəfə "qaranlıqlar" olaraq ifadə edilməsi də bu baxımdan çox diqqətəlayiqdir. Ərəb dilində "zulumət" olaraq ifadə edilən "qaranlıqlar" kəlməsi Quranda 23 ayədə cəm formasında işlədilir. "Tək" mənasında isə heç bir yerdə qeyd edilmir. Quranda qaranlıq kəlməsinin bu cür qeyd edilməsi bizim görə bildiyimiz işıq selindən başqa, daha fərqli işıq növlərinin olmasına işarədir. Alimlər buradakı "cəmi" ifadəsinin səbəbini son dövrlərdə kəşf ediblər. Dalğa boyları elektromaqnit şüa kimi tanınan enerjinin müxtəlif formalarıdır.

      Elektromaqnit şüası kosmosda bütün müxtəlif formaları ilə enerji dalğaları şəklində hərəkət edir. Bu isə bir qızılgülün üstünə atılan daşların dalğalarına bənzədilə bilər. Bir göldəki dalğaların müxtəlif ölçüləri olduğu kimi elektromaqnit şüaların da müxtəlif dalğaları olur. Kainatdakı ulduzların və başqa işıq mənbələrinin hər biri eyni cür şüa yaymır. Bu cür fərqli şüalar özlərinin dalğa ölçülərinə görə təsnif olunurlar. Fərqli dalğa ölçülərinin əmələ gətirdiyi boşluq məsafəsi (və yaxud fəza, yelpazə) isə çox genişdir. Ən kiçik dalğa ölçüsünə malik olan qamma şüaları ilə ən böyük dalğa ölçüsünə malik olan radiodalğalar arasında 1025-lik (milyard dəfə milyard dəfə milyardlıq!) bir fərq var. Günəşin yaydığı şüaların demək olar ki, hamısı bu 1025-lik boşluğun təkcə bir hissəsinə sıxışdırılıb.

     Bu rəqəmin böyüklüyünü daha yaxşı başa düşmək üçün belə bir müqayisə yerinə düşərdi. Əgər 1025 rəqəmini saymaq istəsək, onda gecə-gündüz əsla dayanmadan saymağımız və bu işi Yerin yaşından 100 milyon dəfə böyük olan bir müddət ərzində davam etməyimiz lazım gələrdi! Kainatdakı müxtəlif dalğa ölçüləri bu cür nəhəng boşluğun içinə yayılıb. Günəşdən yayılan müxtəlif dalğalar isə 70 faizi 0,3 mikronla 1,50 mikron arasında olan dar bir sərhəd daxilindədir. Bu aralıqda üç cür işıq var: görünə bilən şüalar, yaxın infraqırmızı şüalar və narıncı şüalar. "Görünə bilən" şəklində adlandırılan bu şüalar elektromaqnit yelpazənin 1025-də 1-dən də az bir aralıqda olsalar da, Günəş şüalarının cəmi 41 faizini təşkil edirlər.

Aydın olduğu kimi, gözlərimizin görə bildiyi elektromaqnit dalğaları işıq selinin çox kiçik bir hissəsini əmələ gətirir. Digər qisimlər isə insan üçün geniş qaranlıqları ifadə edir. Bu sərhədin xaricindəki dalğa ölçüləri insanın kor olduğu sahələrdir.

















55. S. Waqar Ahmed Husaini, Qur'an for Astronomy and Earth Exploration from Space, 3. baskı, Goodword Books, New Delhi, 1999, ss. 175-182.











                                                                                                                                                                                   ALOV OLMAYAN YANMA





"Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. (O, elə bir ağacdır ki,) onun yağı özünə od toxunmasa da sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!" ("Nur" surəsi, 24/35)





 

          "Nur" surəsindəki bu ayədə işıq verən bir nəsnədən bəhs edilir. İşıq verən cisim isə bir ulduza oxşadılır. Ayədə ulduza oxşadılan işıqverən nəsnənin enerjisinin şərqə və qərbə aid olmaması isə bu cismin fiziki ölçülərdə olmamasına bir işarə ola bilər. Bu nəsnənin mənbəyinin enerji ölçüsündə olması nəzərdə tutularsa, adı ayədə çəkilən enerjinin elektrik enerjisinə, işıqsaçan cismin də elektrik ampulasına işarə etməsi ehtimal oluna bilər.

         Ampula ayədəki təriflərə çox uyğun gələn, şüşənin içində ulduz kimi parıldayan və işıq saçan bir cisimdir. Ampula qəndil, qaz lampası və digər oxşar işıqsaçan cisimlər kimi yağla yandırılmır və ampulada, ayədəki təriflərə uyğun olaraq alov olmadığı halda da bir yanma gerçəkləşir. Ampulanın içindəki hərarətə müqavimət göstərən tunqsten siminin atomları arasındakı titrəyiş nəticəsində 2000 dərəcədən çox hərarət yaranır. Başqa metalları əridən bu istilik o qədər yüksəkdir ki, o, adi gözlə görünən güclü bir işığın ortaya çıxmasına səbəb olur.

       Ancaq bu yüksək istiliyə baxmayaraq, ampulanın içində oksigen olmadığı üçün ayədəki ifadələrə uyğun olaraq, orada yanğın olmaz. Bundan başqa, ampulanın ortasında parıldayan sim də parıldayan bir ulduzun uzaqdan görünməsinə çox oxşayır.

Elektrikin dünya tarixinin ən böyük kəşflərindən biri olması, dünyanın demək olar ki, hər tərəfinin elektrik enerjisi ilə işləyən ampulalar vasitəsi ilə işıqlandırılması nəzərə alınsa, onda Quran ayəsinin məhz bu mühüm kəşfə işarə etməsi mülahizəsi əsas götürülə bilər (ən doğrusunu Allah bilir).

       Bu məsələ ilə bağlı başqa bir izah da ulduzlardakı nüvə reaksiyalar nəticəsində meydana gələn işığı düşünməkdir. Ulduzlar nüvə reaksiyalarından meydana gəlmiş çox böyük miqdarda istilik və işıq saçan, son dərəcə isti, parlaq, hərəki qaz kütlələridir. Yeni meydana gələn ulduzların əksəriyyəti öz cazibə qüvvələri ilə büzülməyə başlayırlar. Bunun nəticəsində onların mərkəzi daha qalın və daha isti olur. Ulduzların mərkəzindəki maddə kifayət qədər isinəndə - ən azı 7 000 000 Kelvin olanda - isə nüvə reaksiyaları başlayır. Bir ulduzun daxilində baş verən hadisə hidrogenin nəhəng enerji ilə (fuzyonla) heliuma çevrilməsidir. Kütlənin böyüklüyündən ulduzlarda meydana gələn cazibə qüvvəsi 4 hidrogen atomunu bir helium atomunu meydana gətirmək həddinədək aktivləşdirib hərəkətləndirir. Bu zaman meydana gələn enerji işıq və istilik halında kütlənin səthindən kənara yayılır və bu reaksiyalar ulduzun kütləsindəki bütün helium qurtarana qədər davam edir.

      Ancaq ulduzlardakı reaksiyalarda oksigen istifadə edilmədiyi üçün burada yanan odunda olduğu kimi, adi bir yanğın baş verməz.           Ulduzlarda nəhəng alovlar şəklində müşahidə olunan yanğın da, əslində, atəşdən meydana gələ bilməz. Həmçinin ayədə də bu cür yanğının baş verməsinə işarə edilir. Bundan əlavə, ayədə bir ulduzdan, onun enerjisindən və alov olmayan bir yanğından - yəni reaksiyadan - bəhs edildiyini nəzərə alsaq, ayənin ulduzlardakı işığın meydana gəlməsinə və yanğının şəklinə işarə etdiyini düşünmək olar (ən doğrusunu Allah bilir).





56. Meyers Lexikon in drei Bänden Bibliographisches Institut & F.A. Brockhaus AG, Mannheim 1995, Digitale Ausgabe LexiRom.











                                                                                                                                                                                  BULUDLARIN AĞIRLIĞI





        Buludların çəkisini göstərən rəqəmlər çox heyrətamizdir. Məsələn, kümülonimbus növlü fırtına buludunda 300.000 ton çəkidə su olur. Göy üzündə 300 000 tonluq bir kütləni saxlaya bilən bir nizam, şübhəsiz ki, təəccüb doğuran bir vəziyyətdir.

Quranın başqa ayələrində də buludların çəkisinə bu cür diqqət yönəldilir:





 "Küləkləri öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər ağır buludları hərəkətə gətirdiyi zaman biz

  onları (quraqlıqdan) ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk". ("Əraf" surəsi,

   7/57)



    "Sizə qorxu və ümid məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları da yaradan Odur". ("Rəd" surəsi, 13/12)





      Əlbəttə, Quranın göndərildiyi dövrdə insanların buludların ağırlığı ilə bağlı bu məlumatları bilməsi mümkün deyildi. Quran ayələrində nəzəri dərhal cəlb edən və yalnız yaxın keçmişdə kəşf edilən bu məlumat Quranın Allah`ın sözü olduğunu göstərən dəlillərdən biridir.







                                                                                                                                     

                                                                                                                                                                                         YAĞIŞDAKI ÖLÇÜ





      Quranda yağış haqqında verilən başqa bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. "Zuxruf" surəsində belə buyurulur:

  "O Allah ki, göydən müəyyən bir miqdar su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib

    qəbirlərinizdən) belə çıxarılacaqsınız". ("Zuxruf" surəsi, 43/11)





      Yağışın miqdarı ilə bağlı yuxarıdakı məlumat da XX əsrdəki tədqiqatlarla öz təsdiqini tapıb. Hesablamalara görə, Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda, bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıq daxilində "müəyyən bir miqdar"a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamlığı da bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan hətta tam istifadə etsə belə, bu dövriyyəni əsla süni şəkildə gerçəkləşdirə bilməz.

    Əgər bu suyun miqdarında hətta kiçicik dəyişiklik baş versə, qısa vaxt keçdikdən sonra böyük bir ekoloji natarazlıq yaranar ki, bu da həyatın sonuna səbəb olar. Lakin bu, heç vaxt ola bilməz. Çünki Quranda da bildirildiyi kimi, yağış Yer üzünə hər il eyni miqdarda düşməyə davam edir.

















    Hər il səmaya buxarlanan və təkrar yer üzünə yağış olaraq düşən su miqdarı "sabit" dir: 16 milyon ton. Bu sabit miqdar Quranda "müəyyən bir miqdar su" yun göydən endirilməsi olaraq xəbər verilir. Ekoloji tarazlığın və dolayısilə həyatın davamlılığıdır təmin edilməsində bu miqdarın sabit olmasının əhəmiyyəti son dərəcə böyükdür.





         Yağışın yağması hadisəsindəki bu heyrətamiz dərəcədə dəqiq ölçü-biçi, bu ilahi nizam özünü yağışın təkcə miqdarında deyil, həm də yağış damcılarının düşməsindəki sürətin dəyişməz olmasında da göstərir.

Alman fiziki, Nobel mükafatı laureatı Filipp Lenart araşdırmaları nəticəsində müəyyənləşdirib ki, yağış damcılarının diametri genişləndikcə onların yerə düşmə sürəti də çoxalır. Amma düşmə sürətindəki bu çoxalma yağış damcısının diametri 4,5 mm olana kimi davam edir. Daha böyük yağış damcılarında isə düşmə sürəti saniyədə 8 mm-i keçmir.

       Bunun səbəbi damcıların düşərkən aldığı formadır. Yağış damcılarının bu xüsusi forması atmosferin sürtünmə təsirini çoxaldır və damcıların müəyyən bir sürət limitini keçməsinə mane olur.

     Göründüyü kimi, yağışın yağması ilə bağlı əvvəllər heç kimin dərk edə bilmədiyi həqiqətlər öz əksini Quranda hələ 1400 il bundan öncə, özü də heyrətamiz bir dəqiqliklə tapıb.





57. http://www.islandnet.com/~see/weather/history/lenard.htm











                                                                                                                                                                   YAĞIŞLARIN ƏMƏLƏ GƏLMƏSİ



     

        Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi.

       Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın "xammalı" külək vasitəsi ilə havaya qalxır, sonra buludlar meydana gəlir, nəhayət, sonda yağış damcıları ortaya çıxır. Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar söylənənlər isə bütövlükdə bu proseslərin mahiyyətini açıqlayır. Bir ayədə yağışın yaranması prosesi haqqında belə məlumat verilir:





"Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allah`dır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər". ("Rum" surəsi, 30/48)





İndi isə bu ayədə ifadə edilən üç mərhələni araşdıraq:



      I mərhələ. "Allah küləkləri göndərir..." Okeanlardakı suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava qabarcıqları davamlı şəkildə ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu su zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə doğru yol alır. Aerozol adlandırılan bu kiçik su zərrələri dənizlərdən qalxan su buxarını "su tələsi" adı verilən bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud topalarını əmələ gətirir.



     II mərhələ. "...Buludları hərəkətə gətirər, onları göy üzündə istədiyi kimi yaradar və topa-topa edər..." Duz kristallarının və yaxud da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla örtülür.





Yandakı Şəkildə okeanlardakı köpüklənəe ilə yaranan su zərrəciklərinin

səmaya atılması görülməkdədir. Bu, yağışın meydana gəlməsindəki ilk mərhələdir.

Bundan sonra yaranan buludtlardaki su damcıları havada asılı qalacaq və

bunlar sıxlaşaraq yağışı yaradacaq. Bu mərhələlərin hamısı ayələrdə əskiksiz olaraq bildirilməkdədir.







    III mərhələ. "...Artıq buludların arasından yağış çıxdığını görürsən".



        Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər. Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.

Göründüyü kimi, yağışın əmələ gəlməsinin hər bir mərhələsi Quran ayələrində aydın şəkildə təsvir olunub. Həm də bu mərhələlər elmi mənbələrdəki mərhələlərə uyğun olaraq açıqlanıb. Dünyadakı əksər təbii hadisələrdə olduğu kimi, bu məsələdə də Allah ən doğru olanı açıqlamış, həm də bunu elmi kəşflərdən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara çatdırmışdır.



      Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu məlumatlar verilir:

















(A) Ayrı-ayrı kiçik bulud parçaları (kümülonimbüs buludları) (B) Kiçik buludlar bir yerə gəldiyində ibarət olan daha böyük buludun içindəki yuxarı çəkilmələr artar, beləcə buludlar yuxarıya doğru yıxılır.







"Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar?! Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər". ("Nur" surəsi, 30/43)





      Buludların tiplərini öyrənən alimlər yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələr əldə ediblər. Yağış buludları müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağış buludlarından biri olan kümülonimbus növlü buludların əmələ gəlməsi prosesinin elmi izahı aşağıdakı kimidir:



Yuxarıya doğru genişlənərək üst-üstə yığılan buludlar şaquli olaraq böyüdükləri üçün

atmosferin daha sərin yerlərinə doğru çatarlar. Atmosferin sərin bölgələrində isə su

və dolu damlaları böyüməyə başlayar. Ağırlaşan su damlaları buluddan yağış, dolu vs.

şəklində düşməyə başlayır. Bu elmi həqiqət Nur Surəsinin 43-ci ayəsində 14 əsr əvvəl:

"... sonra da onları bulud topasına çevirir; beləcə, yağışın bunların arasından axıb çıxdığını görərsən ..."

ifadəsi ilə bildirilmişdir.













I mərhələ. Qovulma: buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovulurlar.



II mərhələ. Toplanma: külək tərəfindən qovulan bu kiçik buludlar (kümülonimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.



III mərhələ. Yaranma: kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır. Buludun mərkəzindəki yuxarı çəkmə gücü kənarlardakı analoji gücdən daha çoxdur. Bu yuxarı çəkmələr buludun gövdəsindən başlayaraq yuxarı istiqamətə doğru böyüməsinə səbəb olur. Bununla da buludlar yuxarı tərəfə genişlənərək üst-üstə yığılır. Bu da yuxarı tərəfə doğru böyüyən buludun gövdəsinin atmosferin daha sərin yerlərinə tərəf uzanmasına səbəb olur. Bu nöqtədə atmosferin sərin qatlarındakı buludda olan su və dolu damcıları böyüməyə başlayır. Bu mərhələlərin nəticəsində su və dolu damcıları yuxarı çəkilmə gücünün onları dəstəkləyə bilməyəcəyi qədər ağırlaşdığı vaxt buludlardan yağış, dolu və s. yağmağa başlayır.



      Unutmaq olmaz ki, meteoroloqlar buludun əmələ gəlməsi, strukturu və funksiyası ilə bağlı proseslərin bütün təfərrüatlarını yalnız son dövrlərdə, özü də son dövrün inkişaf etmiş elmi-texniki nailiyyətlərindən (təyyarə, süni peyklər, kompyuter və s.) istifadə etməklə öyrəniblər. Amma nəzərdən qaçırılmamalıdır ki, bütün bunlar barədə hələ 1400 il bundan əvvəl Allah`ın bu ayələrində məlumat verilmişdi.







58. Richard A. Anthes, John J. Cahir, Alistair B. Fraser, Hans A. Panofsky, The Atmosphere, 3. baskı, Columbus, Charles E. Merrill Publishing Company, 1981, ss. 268-269; Albert Millers, Jack C. Thompson, Elements of Meteorology, 2. baskı, Columbus, Charles E. Merrill Publishing Company, 1975, s. 141.

59. Richard A. Anthes, John J. Cahir, Alistair B. Fraser, Hans A. Panofsky, The Atmosphere, 1981, s. 269; Albert Millers, Jack C. Thompson, Elements of Meteorology, 1975, ss. 141-142.







                                                                                                                                                         TORPAĞIN TİTRƏYİB QABARMASI





 

    "...Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, titrəyib (hərəkətə gəlib) qabarar və hər gözəl

      cütdən bar gətirər". ("Həcc" surəsi, 22/5)





      Bu ayədə "titrəyir" olaraq tərcümə edilən kəlmə ərəb dilində "ihtəzzət"dir və bu kəlmə "hərəkət edir", "canlanır", "titrəyir", "bitkinin hərəkət etməsi və uzanması" mənalarına gəlir. "Qabarar" olaraq tərcümə edilən "rəbət" kəlməsi isə "artar", "çoxalar", "qabarar", "inkişaf edər", "bitkinin yüksəlməsi", "ərzağın təmin edilməsi", "şişmək", "içinin hava ilə dolması" mənalarına gəlir. Ayədə qeyd edilən bu kəlmələr yağış zamanı torpağın molekulyar quruluşundakı dəyişiklikləri ən düzgün şəkildə ifadə edir. Torpaq parçaları bir-birinin üstünə keçən təbəqələrdən yaranır və bu təbəqələrin arasına daxil olan su torpaq parçalarının həcminin böyüməsinə, onların qabarmasına səbəb olur. Ayədə bəhs edilən mərhələlər elmi şəkildə bu formadadır:



    1. Torpağın titrəməsi. Torpaq yağış suyunu kifayət qədər özünə çəkəndə torpaq parçalarının səthində yaranan elektrostatik yük tarazın pozulmasına səbəb olur. Bu da torpaq parçalarının titrəməsinə gətirib çıxarır. Bu titrəmə torpaqda elektrik yükünün balanslaşmasına kimi davam edir. Torpaq parçalarının hərəkətlənib titrəməsi onların su zərrələri ilə çarpışmasından da meydana gəlir. Su zərrələrinin hərəkəti müəyyən bir istiqamətdə olmur. Hər tərəfdən çarpan su torpaq parçalarının yerdəyişməsinə səbəb olur. Bu, hazırda "Braun hərəkəti" (Brownian movement) kimi məşhur olan və 1827-ci ildə Robert Braun adlı şotland botanikin tərif verdiyi mikroskopik parçaların hərəkətidir. Braun yağış damcılarının torpağa düşərək torpaq molekullarında bir növ silkələnmə və titrəyiş yaratdığını kəşf etmişdi.



    2. Torpağın qabarması. Yağış yağanda müxtəlif istiqamətlərdən gələn su damcıları torpaq parçalarının titrəməsinə, beləliklə, suyu özünə çəkərək həcminin böyüməsinə səbəb olur. Çünki suyun miqdarı bol olanda torpaq parçalarının arasındakı məsafə çoxalır. Bu məsamə və boşluqlar su zərrəciklərinin və ərimiş ionların torpağın içinə daxil olmasını təmin edir. Su və suyun içində ərimiş şəkildə mövcud olan başqa qidalandırıcı maddələr təbəqələr arasında yayılır. Bu da torpaq parçalarının həcminin böyüməsinə səbəb olur. Dolayısilə, bu parçalar torpağı canlandırmaq üçün zəruri olan su anbarı kimi fəaliyyət göstərirlər. Yerin cazibə qüvvəsinə baxmayaraq, suyun heç yerə sızmadan torpaq parçaları təbəqələrinin arasına yığılması Allah`ın insanlara sonsuz mərhəmətinin nümunələrindən biridir. Əgər torpağın suyu saxlama xüsusiyyəti olmasaydı və torpaqda bu mineral anbarları yaranmasaydı, su torpağın dərinliklərinə sızar və bitkilər qısa vaxtda məhv olardı. Ancaq uca Rəbbimiz torpağı müxtəlif məhsullar çıxmasını təmin edəcək xüsusiyyətlərlə birlikdə yaradıb.



   3. Torpağın məhsul verməsi. Torpaqdakı suyun miqdarı kifayət edəcək həddə çatanda toxumlar aktivləşir və bəsit qida maddələrini əmməyə başlayır. Getdikcə inkişaf edən bitkilər su ehtiyacını 2-3 ay boyunca bu depoların hesabına təmin edir. Quru torpağa yağış düşəndə baş verən proseslər yuxarıdakı ayədə üç mərhələli şəkildə bəhs edilir: torpağın titrəməsi, torpağın qabarması və torpağın məhsul verməsi. Aydın olduğu kimi, Quranda dövrümüzdən 14 əsr əvvəl bildirilən bu mərhələlər elmi izahlarla tamamilə üst-üstə düşür. Bir başqa ayədə isə bununla bağlı belə buyurulur:





«Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər». («Yasin» surəsi, 33)







                                                                                                                                                           

© 2013 by ESI .

bottom of page